Icma.az
close
up
RU
Alimlər xəbərdarlıq etdi: Gecə oyaq qalmağın bədəli var

Alimlər xəbərdarlıq etdi: Gecə oyaq qalmağın bədəli var

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Alimlər insan beyninin gecə yarısından sonra fərqli işlədiyini və bu vəziyyətin insanları mənfi düşüncələrə, riskli impuls və təhlükəli fikirlərə daha açıq hala gətirdiyini müəyyən ediblər.


Gecə yarısından sonra beyin fərqli işləyir

Tədqiqatçılar beynin gecə saatlarında fərqli bir fəaliyyət rejiminə keçdiyinə dair güclü dəlilləri vurğulayaraq xəbərdarlıq ediblər ki, gecə yarısından sonra oyaq qalmaq risklidir.


Sherg.az xəbər verir ki, "Frontiers in Network Psychology" jurnalında dərc olunan “Gecə Yarısından Sonra Zehin” (Mind After Midnight) adlı elmi hipotezə görə, insan bədəni və beyni duyğular və davranışlar üzərində dərin təsirə malik 24 saatlıq bir bioloji dövrlə (sirkadiyen ritmlə) fəaliyyət göstərir.

Alimlər bildirirlər ki, gecə yarısından sonra beyin təbii bioloji ritmin dəyişməsi ilə əlaqədar olaraq daha çox mənfi fikirlərə və riskli davranışlara meylli olur.


Mənfi emosiyalar artır, özünə nəzarət azalır


"Science Alert" portalının məlumatına əsasən, alimlər müşahidə ediblər ki, gecə yarısından sonra insanlar mənfi emosiyalara daha çox fokuslanır, təhlükəli fikirləri daha cazibədar hesab edir və özünə nəzarət qabiliyyəti azalır.

Bu davranış dəyişikliklərinin yuxu, əhval-ruhiyyə və idrak funksiyalarını tənzimləyən daxili bioloji saat -sirkadiyen ritmlə birbaşa əlaqəli olduğu vurğulanır.


Harvard Universitetinin neyroloqu, tədqiqat müəlliflərindən biri olan Elizabet Klerman mövzu ilə bağlı belə deyib:

“Gecə yarısı oyaq qalan milyonlarla insan var və onların beyinlərinin gündüz saatlarındakı kimi yaxşı işləmədiyinə dair güclü sübutlar mövcuddur. Sağlamlıqları və təhlükəsizlikləri, eləcə də başqalarının təhlükəsizliyi  - bundan təsirlənir. Buna görə də bu mövzuda daha çox tədqiqat aparılmalıdır.”


Reallıq qavrayışı pozulur

Tədqiqatçılar qeyd edirlər ki, təkamül baxımından insanlar gündüz yaşayan varlıqlardır. İnsan növü ovçuluq və yığım kimi fəaliyyətlər üçün gündüzə uyğunlaşmış, gecə isə tarix boyu təhlükə ilə əlaqələndirilmişdir.

Bu səbəbdən insan beyni qaranlıqda həyatda qalmaq üçün daha yüksək oyanıqlıq vəziyyətində işləməyə meyilli olub. Lakin müasir dünyada bu həssaslıq reallıq qavrayışının pozulmasına, mənfi emosiyaların və riskli davranışların artmasına gətirib çıxara bilər.

Alimlər bu halı “dəyişmiş mükafat və motivasiya sistemi” kimi izah edirlər - yəni beyin mənfi siqnallara daha güclü reaksiya verir, lakin rasional nəzarət zəifləyir.


İntihar və asılılıq riski artır

Tədqiqatçılar tapıntılarını iki nümunə ilə əsaslandırırlar:


Gündüz eroin istifadə etmə istəyinə qarşı dura bilən bir asılı şəxs, gecə yarısı bu istəyə tab gətirə bilmir.

Yuxusuz qalan bir universitet tələbəsi tədricən artan tənha və ümidsizlik hissi ilə intihar fikrinə meyllənir.

Araşdırmalar göstərir ki, gecə yarısı ilə səhər saat 6:00 arasındakı vaxtda intihar riski günün digər saatlarına nisbətən təxminən üç dəfə yüksəkdir.

2020-ci ildə aparılan bir tədqiqat bunu “sirkadiyen ritmlərin uyğunsuzluğu” ilə əlaqələndirərək, gecə oyaq qalmanı intihar risk faktoru kimi müəyyənləşdirib.


Hipotezdə belə qeyd olunur:

“Gündüz ağla gəlməyəcək bir intihar fikri, gecə yalnızlıq və acıdan qaçış kimi təzahür edir; insan nəticələrini düşünmədən hərəkətə keçməyə hazır olur və çox vaxt onu dayandıra biləcək heç kim oyaq olmur.”

Bundan əlavə, qadağan olunmuş maddə istifadəsi də gecə saatlarında artır.

Braziliyada 2020-ci ildə aparılan bir araşdırma göstərib ki, opioid dozası artımına bağlı ölüm halları gecə vaxtı 4,7 dəfə çoxalır.


Gecə növbəsində çalışanlar üçün xüsusi araşdırma çağırışı

Alimlər bildirirlər ki, bu davranışlar təkcə qaranlıq və ya yuxusuzluqla izah edilə bilməz; gecənin özünəməxsus neyroloji dəyişiklikləri də mühüm rol oynayır.

Xüsusilə pilotlar və tibb işçiləri kimi gecə növbəsində çalışan insanlar üçün, yuxu çatışmazlığının və bioloji zamanın mükafat sistemi və qərarvermə üzərindəki təsirlərinin daha dərindən araşdırılması zəruridir.

Elizabet Klerman və komandası yekunda belə nəticəyə gəlir:

“Günün təxminən dörddə birində istər yuxuda, istər oyaq  - insan beyninin necə işlədiyi hələ də bir sirr olaraq qalır.”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:267
embedMənbə:https://sherg.az
archiveBu xəbər 16 Oktyabr 2025 02:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri