Qətl sifarişinə görə 2 nəfər də saxlanıldı Azərbaycanlı kriminal avtoritetin cinayəti dosyesi
Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.
Gürcüstanın Kvemo Kartli bölgəsində adam öldürməyə cəhd və qanunsuz olaraq odlu silah almaq, saxlamaq və gəzdirmək ittihamı ilə iki nəfər saxlanılıb.
Bakupost.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.
İstintaqla müəyyən edilib ki, bu ilin oktyabr ayında kriminal avtoritet Elmuraz Məmmədov “oğru dünyası” adından Qardabaninin kəndlərindən birində yaşayan S.A. adlı fermerlə sosial şəbəkə vasitəsilə əlaqə saxlayaraq ondan 200 min ABŞ dolları tələb edib və ona üç gün möhlət verib, əks halda ailə üzvlərinin həyatlarına son qoyacağı ilə hədələyib.
Üçgünlük müddətin başa çatmasından sonra həmin kənddə avtomobili ilə hərəkət edən S.A.-nın oğluna naməlum şəxslər atəş açıblar, nəticədə xəsarət alan olmayıb.
Cinayətdə iştirak edən daha bir nəfər axtarışa verilib. Törədilmiş cinayət əməli 15 ilədək həbslə cəzalandırılır.
Qeyd edək ki, ötən gün Marneulidə də Elmuraz Məmmədovla əlaqəli iki nəfər saxlanılıb. Həmin şəxslər Məmmədova 50 min ABŞ dolları köçürməkdən imtina edən iş adamına məxsus avtomobil ehtiyat hissələri mağazasının fasadına atəş açıblar.
Bundan başqa, iki gün öncə Qabal kəndində Məmmədova 200 min ABŞ dolları ödəməkdən imtina edən şəxsi qətlə yetirmək sifarişi almış, lakin onu yerinə yetirə bilməmiş 18 yaşlı gənc saxlanılıb.
Xaricdə olan Elmuraz Məmmədov İnterpolun “qırmızı xətti” ilə axtarışdadır.
Bu mövzuda digər xəbərlər:Azərbaycanlı kriminal avtoritetin qətl sifarişinə görə daha 2 nəfər TUTULDU
09 Noyabr 2025 12:18
Gürcüstanda qətl sifariş edən azərbaycanlı kriminal avtoritetlə əlaqəli daha 2 nəfər saxlanılıb
09 Noyabr 2025 11:49
Azərbaycanlı kriminal avtoritetin oğlu ermənilərlə şərikli biznes qurub? FOTO
04 Yanvar 2025 15:28
Gürcüstanda azərbaycanlı kriminal avtoritetin sifariş etdiyi qətlin qarşısı alınıb
07 Noyabr 2025 17:40
Bakıda tutulan ukraynalı kriminal avtoritetin gizli dosyesi Oleq əslində kimdir?
07 May 2025 15:21
Baxış sayı:46
Bu xəbər 09 Noyabr 2025 12:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















