Icma.az
close
up
RU
Çin modernləşməni inkişaf etdirmək üçün yeni bir kampaniya çərçivəsində 15 ci beşillik plan hazırlayıb

Çin modernləşməni inkişaf etdirmək üçün yeni bir kampaniya çərçivəsində 15 ci beşillik plan hazırlayıb

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

Müəllif: Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı səfiri Lu Mey

20-23 oktyabr 2025-ci il tarixində Pekində Çin Kommunist Partiyasının (ÇKP) 20-ci çağırışının 4-cü plenar iclası keçirilib. ÇKP-nin Baş katibi Si Cinpin bu iclasda mühüm bir nitq söyləyib. İclasda «ÇKP-nin 15-ci beşillik sosial-iqtisadi və sosial inkişaf proqramının hazırlanmasına dair təkliflər» müzakirə olunub və qəbul edilib, Çinin gələn 5 il üçün sosial-iqtisadi inkişafına dair böyük bir plan təsdiq edilib, həmçinin Çin ilə bütün dünya arasında əməkdaşlıq və qarşılıqlı fayda prinsiplərinə əsaslanan əlamətdar bir vizyon nümayiş etdirilib.

İclasda Çinin 15-ci beşillik inkişaf planı hazırlanıb. Elmi əsaslarla hazırlanmış və davamlı şəkildə həyata keçirilən beşillik proqramlar, ÇKP-nin ölkəni idarə etməsinin mühüm bir yolu və Çin modernizasiyasının həyata keçirilməsinin əsasıdır. 1953-cü ildən bəri Çin 14 beşillik proqramı (planı) fasiləsiz şəkildə hazırlayıb və həyata keçirib. Beşillik proqramların hazırlanması və həyata keçirilməsi vasitəsilə ÇKP, tarixdəki mövqeyini daha yaxşı idarə edə bilir və gələcəkdə Çin modernizasiyasının daha da irəliləməsinə strateji qərarlılıq, geniş strateji baxış və dəyişməz strateji cəsarət ilə dəstək verir.

Plenar iclasda qeyd edilib ki, 14-cü beşillik dövründə ölkənin inkişafı son dərəcə qeyri-adi və mürəkkəb bir yol keçib və böyük uğurlar əldə edilib. Son beş il ərzində Çin dünyaya daha geniş və müxtəlif inkişaf imkanları, bazar imkanları və innovasiya fürsətləri təqdim edib. Çin iqtisadiyyatının orta illik artım tempi 5,5%-ə çatıb və onun dünya iqtisadiyyatına töhfəsi hələ də təxminən 30%-ə yaxındır, bu isə dünya iqtisadiyyatının sabitləşdirilməsində mühüm rol oynayıb. Çin yalnız dünyanın ikinci ən böyük iqtisadiyyatı olmaqla yanaşı, eyni zamanda dünyanın ən böyük emal sənayesi, ən böyük mal ticarəti dövriyyəsi, ikinci ən böyük istehlak bazarı və ən böyük valyuta ehtiyatlarına sahib ölkəsidir, həmçinin 150-dən çox ölkə və regionun əsas ticarət tərəfdaşıdır. Çin, innovasiyalar baxımından dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə çevrilib. Süni intellekt, rəqəmsal iqtisadiyyat və "yaşıl" inkişaf kimi innovativ nailiyyətlər davamlı olaraq ortaya çıxır, dünyaya gələcəyin sonsuz imkanlarını nümayiş etdirir və qlobal innovasiyalara təkan verir.

İclasda yüksək səviyyəli layihə və strateji planlaşdırma həyata keçirilib. 15-ci beşillik dövr üçün sosial-iqtisadi inkişafın əsas məqsədləri müəyyənləşdirilib: yüksək keyfiyyətli inkişafda nəzərəçarpan nəticələr əldə etmək, elmi-texniki müstəqilliyi və özünə yetərliliyi əhəmiyyətli dərəcədə artırmaq, islahatların daha da dərinləşdirilməsi ilə bağlı yeni sıçrayışlar etmək, cəmiyyətin mədəniyyət səviyyəsini əhəmiyyətli dərəcədə yüksəltmək, xalqın həyat keyfiyyətini davamlı olaraq yaxşılaşdırmaq, «Gözəl Çin» inşasında yeni mühüm irəliləyişlər əldə etmək və milli təhlükəsizliyin etibarlılığını artırmaq. Bu əsasda Çin, 2035-ci ilə qədər iqtisadiyyatın, elmi-texniki, müdafiə və ümumi milli gücün, eləcə də beynəlxalq təsirinin əhəmiyyətli artımını əldə etmək üçün növbəti beşillik dövrü ilə bağlı mübarizə aparmalıdır. Fərdi gəlir səviyyəsi orta inkişaf etmiş ölkələrin göstəricilərinə yaxınlaşmalı, xalqın həyat səviyyəsi daha yaxşı və rifah içində olmalıdır, sosialist modernizasiyası isə əsasən tamamlana bilər.

Çinin qapıları bağlanmayacaq, əksinə daha yeni qapıları açılacaq. İclasda qeyd olunub ki, xarici dünyaya açılışı yüksək səviyyədə genişləndirmək və qarşılıqlı faydalı əməkdaşlıqda yeni perspektivlərə doğru irəliləmək lazımdır. Çin, institusional səviyyədə açılışı sistemli şəkildə genişləndirmək, çoxistiqamətli ticarət sistemini qorumaq, beynəlxalq dövriyyəni inkişaf etdirmək, açılış vasitəsilə islahatları və inkişafı dəstəkləmək, beləliklə, dünya ölkələri ilə imkanları bölüşmək və birgə inkişafı təşviq etmək niyyətindədir. Proaktiv açılışı təşviq etmək, ticarətdə innovativ inkişafı stimullaşdırmaq, qarşılıqlı investisiya əməkdaşlığı üçün yeni imkanlar yaratmaq və «Bir Kəmər, Bir Yol» təşəbbüsünü yüksək keyfiyyətlə birgə həyata keçirmək lazımdır.

Çin həmişə dünyanın güc mərkəzi, sabitlik və inkişafın təminatçısı olaraq qalacaq. Bərabər hüquqlu və nizamlı çoxqütblü bir dünya və ümumi açıq və inklüziv iqtisadi qloballaşma tərəfdarı olaraq, Çin qlobal tərəfdaşlıq şəbəkəsini genişləndirəcək, yeni beynəlxalq əlaqələr növünün formalaşmasına dəstək verəcək, qonşu ölkələrlə inteqrasiya olunmuş inkişafı təşviq edəcək, ümumi təhlükəsizliyi və strateji qarşılıqlı inamı gücləndirəcək, onlarla birgə tale birliyi cəmiyyəti yaradacaq. Çin, dünya gücləri ilə münasibətlərin ümumilikdə sabitliyini qorumağa, inkişaf etməkdə olan ölkələrlə həmrəyliyi və əməkdaşlığı gücləndirməyə, Qlobal İnkişaf Təşəbbüsü, Qlobal Təhlükəsizlik Təşəbbüsü, Qlobal Sivilizasiya Təşəbbüsü və Qlobal İdarəetmə Təşəbbüsünü həyata keçirməyə, beynəlxalq nizamı daha ədalətli və məntiqli inkişaf istiqamətində yönəltməyə çalışacaq.

Qlobal Cənub ölkələrini birləşdirmək və gücləndirmək, digər ölkələrə dəstək tədbirlərini artırmaq, beynəlxalq cəmiyyətə daha çox ictimai yaxşılıqlar təqdim etmək, hegemonluğa, despotizmə və zorakılığa qarşı mübarizə aparmaq, beynəlxalq münasibətlərdə bərabərlik və ədaləti qorumaq və bütün ölkələrin maraqlarını müdafiə etmək lazım olacaq. Çin, insanlığın ümumi dəyərlərini yayacaq, uzunmüddətli sülh, ümumi təhlükəsizlik, ortaq rifah, açıq və inklüziv bir dünya yaratmağa dəstək verəcək, beləliklə, insanlıq üçün ümumi tale birliyi cəmiyyətinin qurulmasına öz töhfəsini verəcək.

Çin öz milli şəraitinə uyğun inkişaf yolunu izləyərək modernizasiyanı həyata keçirir. Bu, tam olaraq göstərir ki, çoxlu sayda inkişaf etməkdə olan ölkələr özləri üçün uyğun olan inkişaf yolunu seçə bilərlər. Modernizasiya yalnız bir neçə ölkəyə aid bir ayrıcalıq olmamalıdır. O, bütün ölkələrin yorulmaz mübarizə aparmaqla əldə edə biləcəyi bərabər hüquq olmalıdır. Çin modernizasiyası yalnız Çinin inkişafı ilə bağlı deyil, eyni zamanda digər ölkələrə modernizasiya əldə etmə üçün yeni bir yol açır.

Çin modernizasiyanı irəlilətməyə davam edərək, bütün ölkələrin birgə inkişafı üçün geniş imkanlar yaradacaq. Çin, sülh və inkişaf yolunda böyük məsuliyyət daşıyaraq insanlığın irəliləyişinə dəstək verməyə davam edəcək. Bu ilin avqustunda Baş katib Si Cinpin, Prezident İlham Əliyev ilə görüşdə bildirib ki, Çin və Azərbaycan inkişaf və yenidən doğuş yolunda tərəfdaşlardır. Çin tərəfi, Çin modernizasiyasının açdığı inkişaf imkanlarını Azərbaycanla paylaşmağa, hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin yaxşı dinamikasını qorumağa, qarşılıqlı fayda, iki ölkənin və xalqlarının refahı naminə yeni üfüqlər açmağa hazırdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:27
embedMənbə:https://sia.az
archiveBu xəbər 11 Noyabr 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xoşbəxtlik okeanı Məryəm Bağırova yazır

10 Noyabr 2025 14:10see528

Şamaxı nın forvardı: Azərbaycan Premyer Liqası oynadığım ən çətin liqalardan biridir

09 Noyabr 2025 16:22see214

Zaman beyində işləyir…

09 Noyabr 2025 23:32see172

Bayraq artıq əbədi Zəfərin rəmzidir!

09 Noyabr 2025 18:16see160

3I/ATLAS “Kosmik gəmisi” Günəşə yaxınlaşarkən qəribə reaktivlər yayıb...

09 Noyabr 2025 21:06see136

Zəfər turu nun qalibi bəlli oldu

09 Noyabr 2025 21:00see136

1 tonluq sirr: Bir balqabaq necə 1000 kiloqrama qədər böyüyür?

10 Noyabr 2025 05:31see134

Rusiyada bu avtomobillərin qiyməti qalxacaq...

09 Noyabr 2025 23:47see133

Tramp Putin görüşü yalnız bu halda keçiriləcək Siyarto

09 Noyabr 2025 21:10see131

Bu, səhv qərar idi Slot Van Deykin qolunun ləğvi barədə

10 Noyabr 2025 00:22see131

Gün ərzində tərəvəz yeyin, axşama təsirini görəcəksiniz

09 Noyabr 2025 21:00see128

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see128

Maşını Röya alacaq Video

09 Noyabr 2025 21:10see127

La Liqa: Real xal itirdi, Barselona səhv etmədi

10 Noyabr 2025 02:28see126

“Səbəbləri bilirəm, amma danışmaq həll yolu deyil”

09 Noyabr 2025 18:20see126

Zelenski ilə müsahibə zamanı işıqlar söndü Video

10 Noyabr 2025 01:28see125

Əsl zeytun yağını saxtasından ayırd etmək üçün DÖRD ÜSUL

10 Noyabr 2025 14:49see124

Beş ildə Zəfərlə bağlı hansı kitablar yazılıb? AYB dən CAVAB

10 Noyabr 2025 10:10see124

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see124

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri