Icma.az
close
up
RU
ÇİN NECƏ İNKİŞAF ETDİ? Etibar Əliyevin yazısı

ÇİN NECƏ İNKİŞAF ETDİ? Etibar Əliyevin yazısı

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Etibar ƏLİYEV, fəlsəfə üzrə fəlsəfə doktoru

Çinlilərin yeni bir şey yaratmaq və ya gələcəyi görmək qabiliyyəti yox idi. Onlar istehsalda dünya lideri idilər, ancaq nəyi istehsal etmək məsələsində məsləhət verəcək adama ehtiyacları var idi. Öz məhsullarını yarada bilmirdilər. Çin dövləti bunu dəyişmək istəyirdi. Ona görə də ABŞ-a nümayəndə heyəti göndərdi ki, “Apple”, “Google” və “Microsoft” kimi şirkətlərdə işi araşdırıb izləyərək, yaradıcı olmağı öyrənsinlər. Nümayəndə heyəti yaradıcılıq və kəşfin haradan gəldiyini öyrənmək üçün suallar verirdi. “Apple” və “Google” gələcəyi özləri və bizim üçün kəşf edirdilər. Bəs bunu necə edirdilər? 

Tədqiqatçılara belə məlum oldu ki, orada işləyənlər üçün ümumi cəhət uşaqlıqdan elmi kitablara meylli olmalarıdır. Elmi-bədii kitablar elm və xəyalpərəstliyin qovuşmasıdır. Elmin inkişafı üçün fantaziya çox önəmlidir. Bədiilik yeri tərk etmədən uçmağa imkan verir. Elmi-ədəbi şəhər və maşınlar get-gedə yaşadığımız real şəhər və sürdüyümüz həqiqi maşınlara çevrildi. Bədiilik səni əvvəllər heç vaxt olmadığın və mövcud olmayan yerlərə aparır. Gələcəyə bir dəfə düşəndən sonra ətrafındakı dünya ilə qane olmursan. Məhz bu, insanları inkişafa və hər şeyin daha yaxşısını düzəltməyə vadar edir. Çinlilərin isə problemi var idi. Onlar elmi-bədii ədəbiyyatı qadağan etmişdilər. Antimənəvi çirklənmə kampaniyası zamanı (1983-1984) dövlət elmi ədəbiyyatı “mənəvi çirklənmə” adlandırmışdı. Onun praktiki xeyrini görə bilmirdilər və istəmirdilər ki, insanlar xəyalpərəst olub yeni ideyalar qursunlar. Yeni ideyalar həmişə müxtəlif olur, bu onların təbiətindədir. ABŞ-dəki araşdırmaların nəticəsi olaraq çinlilər nəinki qadağanı aradan qaldırdılar, üstəlik elmi ədəbiyyatın təbliğinə başladılar. Çin indi jurnal və kitabların yüksək dövriyyəsinə görə dünyada elmi ədəbiyyat üzrə ən böyük bazara çevrilib.

Özümüzü gələcək üçün planlaşdırmaq insan olmağın əsas xüsusiyyətlərindən biridir. Xəyallarımız bizdə olan ən güclü alətlərdir. Onlar istənilən maşın, təyyarə və ya raketdən daha güclüdür. Çünki məhz bizim xəyallarımız o maşın, təyyarə və raketləri yaradır. Xəyalpərəstlik xeyiri olan praktiki qabiliyyətdir. Tez-tez cilalanmalıdır, yoxsa paslanaraq məhv olar. Harasa gedəcəksən? Bu sənin taleyini müəyyənləşdirəcək? Hamımız istədiyimiz vaxt “yaxın 10 ildə kim olmaq istəyirəm”, “yaxın 10 ildə harada olmaq istəyirəm” və ya “hansı işlə məşğul olmaq istəyirəm” kimi suallar verməklə həyatımızı dəyişə bilərik.(Mənbə: Rod Cadkins “Yaradıcı düşünmə sənəti”)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 31 Yanvar 2025 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see431

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see302

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see277

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see251

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see235

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see226

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see221

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see217

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see217

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see214

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see202

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see194

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see193

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see192

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see191

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see185

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see185

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see184

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see183

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri