Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

A Seriyası: 19 illik rekord təkrarlandı

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

SÖZÜN VİCDANI! Etibar ƏLİYEVİN YAZISI

SÖZÜN VİCDANI! Etibar ƏLİYEVİN YAZISI

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Etibar ƏLİYEV,

Elm və təhsil mütəxəssisi, sabiq millət vəkili

Yaradıcı insanları söz rahat buraxmır. Söz – göstərir, söz – izah edir. “Dünya” dedikdə biz nəyi başa düşürük? Münaqişələrin yoxluğunumu? Unutqanlığımı? Bağışlamağımı? Yoxsa böyük yorğunluğumuzu? Mənə elə gəlir ki, “dünya” sözünü daha çox insanlar qələbə və məğlubiyyət prizmasından dəyərləndirirlər.

Dinc insanların vəhşicəsinə qətlə yetirilməsi, evlərinin yandırılması, bağlarının yerlə-yeksan edilməsi, təhsildən və səhiyyədən məhrum olunmaları, ətraf aləmdən təcrid olunmaları heç zaman yaddaşlardan silinməyəcək. Böyük şair İosif Brodskinin aforizmi bu əzablardan keçmiş bütün xalqlara aiddir: "Əlimizdən məkanımızı aldılar, bizə zamanımız qaldı."

Artıq 37 ildən çoxdur ki, əlimizdən məkanımız alınıb, zamana sığınmışıq. Ancaq zaman artıq bizim xeyrimizə işləyir. Məkanımızı hər gün xatırlayırıq.

Vətən nədir? Vətən haradan başlayır, harada bitir? Deyirlər, vətən anadır. Ananın doğması da olur, ögey olanı da. Bəs vətənin? Ögey vətən varmı? Vətən nədir? İnsanı vətənə cəlb edən nədir – onun insanları, torpağı, daşı? Bəlkə də hər şeyi: insanı da, dağı da, suyu da, çörəyi də. Lap çılpaq qayaları, kəsək-kəsək daşları da. Elə buna görə insana "vətən daşı" – vətəndaşdeyirlər. Bəlkə də ona görə belə deyirlər ki, o vətənin təməl daşıdır, gücüdür, qüvvəsidir, dayağıdır, vuran əlidir, ümididir.

Ümid isə – qəlbin təsəllisi, vicdanın səsi, arzunun özü, təbiətin nur qucağı, xəstənin umacağıdır. Vətəndən uzaqda olsan belə, “vətən” deyib yaşayırsan. Yaradıcı insanlar öz müdrikliyi, səmimiyyəti və yorulmaz fəaliyyəti ilə bu qan yaddaşınıbərpa edirlər.

Onlardan biri və birincisi – professor Mahirə Nağıqızıdır. Mahirə xanımda Qərbi Azərbaycan ağrısı var. Onun vətən sevgisinin ölçüsü yoxdur. O, həqiqət carçısıdır.

Həqiqət!İnsan yalnız şəxsi təcrübə, duyğu və təsəvvürlərə əsaslanmaqla həqiqətə çata bilməz. Həqiqət insana ya ilham, vəcd, kəşf səviyyəsində sezgi ilə verilir, ya da başqalarının təcrübələri ilə dialoq vasitəsilə tədricən formalaşır. Yaradıcılıqla məşğul olan, əsl elm adamları həqiqəti daha tez dərk edirlər.

Vətən, torpaq, el-oba həsrəti Mahirə Nağıqızının şeirlərinə hopub. Bütün simvollar – dağ, çay, bulaq, insan – onun şeirlərində mənalandırılır. Mahirə xanım müdrikliyi ilə seçilən alim-şairdir. Bu müdriklik onun ruhu ilə danışan xalqın yaddaşından, milli-mənəvi dəyərlərindən, passionarlıqdan qaynaqlanır.

Nobel mükafatı laureatı, irland şairi Şeymas Hini deyirdi: “Poeziya – hər dəfə yenilik imkanlarıdır. Bu, feil olmağa can atan isimdir. İsimdir, çünki mövcudluğu ifadə edir; feildir, çünki yaradıcılıq aktını daşıyır.”

Yeri gəlmişkən, mərhum professor Həsən Mirzəyevin “Feil – hərəkətdir, feil – sürətdir, döyüşkəndir” fikri də bu kontekstdə çox mənalı səslənir. O, feilə “heykəl qoymuş” böyük alim idi.

Qərbi Azərbaycan televiziyasında professor Mahirə Nağıqızı ilə söhbətimizin təsirindən çıxmaq çətindir. Onun intellekti, emosional zənginliyi, tolerantlığı, dialoq yaratmaq bacarığı məni valeh etdi. Ziyalı üçün üç əsas dəyər var: demək, yazmaq və mövcud olmaq.Biz mövcud olduğumuz torpaqlara ləyaqətlə qayıdacağıq – hər gün deməklə, yazmaqla və varlığımızla.

Çünki demək – göstərməkdir, bəyan etməkdir, mövcudluğu qorumaqdır.

Belə çətin və məsuliyyətli bir yolda Mahirə xanımdan öyrəniləcək çox şey var.

Dəyərli Mahirə Nağıqızına yaradıcılıq və elmi fəaliyyətində uğurlar arzulayıram!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 15 May 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see664

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see434

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see396

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see280

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see273

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see271

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see241

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see235

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see223

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see214

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see213

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see211

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see210

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see207

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see206

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see196

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see195

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see192

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see186

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri