Çin öz şirkətlərinə ciddi ixrac rüsumu tətbiq etməyə hazırlaşır
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İlk baxışda qəribə görünən addım yaxın vaxtlarda reallığa çevrilə bilər. Belə bir maraqlı sual ortaya çıxır: Axı biznes və istehsal fəaliyyətinin kifayət qədər rahat olduğu, minimal bürokratiyalı ölkə nə üçün belə bir addım atsın? Pekin öz sənayesini zərbə altında qoymaq istəyir? Bir qədər ətraflı təhlil etdikdə vəziyyətin başqa cür olduğu üzə çıxır.
Avtosfer.az ABŞ mediasına istinadla xəbər verir ki, Pekində yarımkeçiricilər və elektronika detallarının ixracına dair yeni qanun layihəsi hazırlanır. Qanun layihəsində sözügedən detalların ixracına əlavə rüsumların tətbiqi nəzərdə tutulur.
Nəzərə alaq ki, bu detalları istehsal edən Çin şirkətlərinin əsas müştəriləri Avropa və ABŞ şirkətləridir. Rəsmi Pekin belə bir addımı atacağı təqdirdə ilk zərbə Avropanın avtomobil istehsalçılarına dəyəcək. Elektromobillərin qiyməti hiss ediləcək qədər bahalaşacaq. Bununla da, “Köhnə qitə”də istehsal edilən elektromobillərin rəqabət qabiliyyəti də aşağı düşəcək.
Avropalı ekspertlərin qənaətinə görə, sözügedən qanun layihəsi Pekinin kommersiya müharibəsinin tərkib hissəsi olacaq. Başqa sözlə, ABŞ və Avropanın elektromobillərə tətbiq etdiyi idxal rüsumuna Çin bu yolla cavab verəcək. Rüsumların artırılması yarımkeçirici istehsal edən Çin şirkətlərinə heç bir halda ziyan vurmayacaq, onları müştəri bazasından məhrum etməyəcək. Çünki bu məhsulların istehsalı demək olar bütövlüklə Çində cəmləşib.
Vüqar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 10 Dekabr 2024 12:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















