Çin sənaye şirkətlərinin mənfəəti 20,4 faiz artıb
Icma.az, Banco.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Müəllif: Tamara Mustafayeva, Banco.az
Çin sənaye şirkətlərinin mənfəəti avqustda 20,4 faiz artıb.
Banco.az xəbər verir ki, Milli Statistika Bürosunun məlumatına görə, illik dövriyyəsi 20 milyon yuanı (təxminən 2,80 milyon dollar) keçən sənaye müəssisələrinin ümumi mənfəəti 2025-ci ilin avqustunda ötən ilin eyni dövrü ilə müqayisədə 20,4 faiz artıb.
May, iyun və iyul aylarında müşahidə olunan azalmadan sonra avqustda qeydə alınan artım ilk 8 ayın göstəricilərini də müsbətə çevirib. Beləliklə, sənaye müəssisələrinin mənfəəti ilin ilk 8 ayında ötən ilin eyni dövrünə nisbətən 0,9 faiz artıb.
Sənaye şirkətlərinin mənfəəti ilin ilk 4 ayında illik müqayisədə 1,4 faiz artmış, lakin may, iyun və iyuldakı azalmalarla birlikdə ilk 7 ayda 1,7 faiz azalmışdı.
Xatırladaq ki, ABŞ ilə Çin arasında davam edən tarif danışıqlarının razılaşma ilə nəticələnib-nəticələnməyəcəyi ilə bağlı qeyri-müəyyənlik son aylarda şirkətlərin fəaliyyətinə mənfi təsir göstərmişdi.
Çində sənaye müəssisələrinin mənfəəti mayda 9,1 faiz, iyunda 2,8 faiz, iyulda isə 1,5 faiz azalmışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 29 Sentyabr 2025 22:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















