Çin şirkətləri avtomobil istehsalını xaricə köçürür SƏBƏB
Icma.az, Avtosfer portalına istinadən məlumat verir.
Çinin avtomobil sənayesində başlayan geriləmə istehsalçıları yeni yollar axtarmağa vadar edir.
Avtosfer.az xəbər verir ki, 2025-ci ildə 34,4 milyon avtomobil istehsal edilib. Bu rəqəm pik nöqtə hesab edilib. 2026-cı ilin ilk yarısında illik müqayisədə satışlar 20,8 faiz, istehsal 4 faiz azalıb. İstehsal və ölkədaxili satışlar 9 aydır davamlı şəkildə azalır.
İstehsalçılar bunu ixracla kompensasiya etmək istəsələr də, problemsiz ötüşmür. İxracın artması ilə paralel logistika xərcləri və tariflər də artır. Buna görə də, böyük istehsalçılar xaricdə lokallaşmaya üstünlük verirlər. Avtomobil ekspertlərinin fikrincə, çinli istehsalçılar 4 tip qlobal lokalizasiya üsulu seçiblər: ya sıfırdan zavod tikilir, ya hazır zavod alınır, ya yerli partnyorla iş qurulur, ya da qərb tərəfi hazır müəssisə, çinlilər isə avadanlıq və proqram təminatı təklif edir.
Hər bir üsulun özünəxas üstünlükləri və naqisliyi var. Əsas məsələ budur ki, istehsalçılar ayaq üstə qalmaq üçün maksimum çıxış yolları axtarırlar.
Vüqar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 27 Avqust 2026 12:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















