Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi
Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Çin Şanxay sahillərində külək enerjisi ilə işləyən sualtı data mərkəzini kommersiya fəaliyyətinə keçirib. Layihə süni intellekt və digər yüksək hesablama gücü tələb edən texnologiyalar üçün enerji və soyutma xərclərini azaltmaq məqsədi daşıyır.
Qaynarinfo xəbər verir ki, Şanxayın Linqanq Xüsusi Ərazisi yaxınlığında, sahildən təxminən 10 kilometr məsafədə yerləşən mərkəz dənizin altında xüsusi hermetik modullardan ibarətdir. Məlumatlara görə, qurğuların bir hissəsi təxminən 35 metr dərinlikdə yerləşdirilib. Layihənin ümumi gücü 24 meqavatdır və mərkəzdə təxminən 2 min serverin yerləşdirilməsi nəzərdə tutulub.
Dəniz suyu ilə soyudulur
Mərkəzin əsas xüsusiyyətlərindən biri serverlərin soyudulması üçün dəniz suyundan istifadə edilməsidir. Bu yanaşma ənənəvi data mərkəzlərində tələb olunan enerji və su resurslarına olan ehtiyacı azaltmağa imkan verir.
Linqanq rəhbərliyinin məlumatına görə, sistemin enerji sərfiyyatı ənənəvi data mərkəzləri ilə müqayisədə 22,8 faiz azaldıla bilər. Eyni zamanda, layihənin su və torpaq istifadəsini də əhəmiyyətli dərəcədə azaltdığı bildirilir.
Külək enerjisindən istifadə
Data mərkəzi yaxınlıqdakı dənizüstü külək elektrik stansiyası ilə əlaqələndirilib. Beləliklə, serverlərin işləməsi üçün tələb olunan elektrik enerjisinin əhəmiyyətli hissəsi bərpa olunan mənbədən təmin olunur. Layihənin ilkin investisiyasının təxminən 1,6 milyard yuan, yəni 226 milyon dollar civarında olduğu açıqlanıb.
Mərkəz 2025-ci ilin iyununda istifadəyə verilib, tikinti həmin ilin oktyabrında tamamlanıb. Sınaq mərhələsindən sonra tam kommersiya fəaliyyətinə 2026-cı ilin mayında keçib.
Şəbnəm İbrahimxəlilova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 24 Sentyabr 2026 15:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















