Icma.az
close
up
RU
Menu

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

Möminlərə Musa peyğəmbərin əsasının bir parçası göstərilib...

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

“Həkim məsləhəti” rubrikamızda

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

Avropa İttifaqı Rusiya ilə bağlı qərar verdi

Belə tənqidi qəbul etmirəm Dambrauskasdan AÇIQLAMA

Politico: Avropa Komissiyası bütün Aİ üzrə sosial şəbəkələrdə yaş məhdudiyyəti tətbiq etmək qərarına gəlib

AK 15 yaşınadək uşaqların sosial şəbəkələrə girişini qadağan etmək niyyətindədir

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

Süni şirinləşdiricinin parçalanma məhsulu DNT yə zərər verə bilər

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

Netanyahu ABŞ yə səfər edəcək

114 il öncə okeanın dibinə qərq olan gəmi...

114 il öncə okeanın dibinə qərq olan gəmi...

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Titanik”i xilas etmək mümkün idi?

Titanik dövrünün texnologiya möcüzəsi sayılırdı. O qədər böyük və möhkəm idi ki, “Allah da bu gəmini batıra bilməz” deyə “Titanik” gəmisinin ekipaj üzvü nigaran sərnişini arxayın etdi. Ancaq bir neçə gün sonra, aprelin 14-dən 15-ə keçən gecə dünyanın ən iri okean layneri və “White Star Line” şirkətinin tacı aysberqlə toqquşaraq Şimali Atlantikin 3 kilometr dərinliyinə qərq oldu. Müasir nəslin əksər üzvləri bu haqda məlumatı Ceyms Kameronun rejissorluq etdiyi epik “Titanik” filmindən alıblar. Üstündən 114 il keçməsinə baxmayaraq, bu gəmi qəzası insanları riqqətə gətirməkdə davam edir.

“Titanik” gəmisinin batması dəniz sərnişin daşımaları tarixində ən böyük faciələrdən biri hesab edilir. 1912-ci ildə gəminin Atlantik okeanda aysberqlə toqquşması nəticəsində göyərtədə olan 2224 sərnişin və ekipaj üzvündən 1513-ü həlak olub. “Titanik”, Britaniyanın öz dövrünün ən nəhəng sərnişin gəmisi sayılırdı. 66 min ton ağırlığında olan gəminin inşasına 1909-cu il martın 31-də Şimali İrlandiyanın paytaxtı Belfastda başlanmış, 1911-ci il mayın 31-də isə gəmi istismara verilmişdi.

Gəmi 1912-ci il aprelin 10-da ilk və son səfərinə yola düşdü. Aprelin 14-ü saat 23:40-da gəmi aysberqlə toqquşdu və 2 saat 40 dəqiqədən sonra batdı.

Özü-özlüyündə “Titanik”in batması qeyri-adi faciə deyildi. Tarixdə çox gəmilər batıb. Elə onlardan biri 3 il sonra Birinci Dünya müharibəsi zamanı alman sualtı qayığı tərəfindən batırılmış “Lusitania” gəmisinin hekayəsidir...

Bəs “Lusitania”nı “Titanik”dən fərqləndirən nə idi? Gəminin adına diqqət yetirək: Qədim yunan əsatirində Titanlar Allaha qarşı üsyan qaldırmış və sonda məğlub olmuş super məxluq irqi sayılırlar. “Lusitania”nın batması cəmi 18 dəqiqə vaxt aparmışdı. “Titanik” isə aysberqə toqquşandan 2 saat 40 dəqiqə sonra sulara qərq olmuşdu. Bu vaxt bir kinonun süjet xətti üçün, saysız hesabsız məhəbbət, fədakarlıq hekayələri üçün bəs edir. “Lusitania”dan fərqli olaraq, Transatlantik səyahət “Titanik”in ilk səyahəti idi. Gəmiçilik zavodundan yenicə çıxmış bu gəmidə hər şey təzə idi. Mühəndislər son model texnologiyaya əsaslanan “Titanik”in suda qalaya çevrilməsi üçün əllərindən gələni əsirgəməmişdilər. Gəmi az qala istənilən ssenariyə qarşı sığorta olunmuşdu, amma...

2224 sərnişinə cəmi 22 xilasetmə qayığı

Amma bütün bunlarla yanaşı, “Titanik” özündə ölümcül səhvləri də əks etdirirdi. Gəminin xarici görünüşünün gözəlliyini korlayar deyə təhlükəsizlik qayıqları az sayda qoyulmuşdu. 2 mindən artıq sərnişinə cəmi 22 xilasedici qayıq nəzərdə tutulmuşdu. Bəlkə də bu ondan irəli gəlirdi ki, “Titanik”də maksimum təhlükəsizlik tədbirləri görülmüş, hər şey nəzərə alınmışdı. Nəhəng gəmini kiçik bir sükan idarə edirdi, təbii olaraq bu da belə böyük bir nəhəngin manevr qabiliyyətini məhdudlaşdırırdı.

Bundan başqa, gəmi nədənsə, xəbərdarlıq və kəşfiyyat avadanlıqları ilə zəif təchiz olunmuşdu. Sərnişinlər və gəmi heyəti bu möhtəşəm laynerin qəzaya uğramasının mümkünlüyünə inanmırdılar. Onların buna haqqı var idi. Gəmini təcrübəli dəniz mütəxəssisi- kapitan Edvard Smit idarə edirdi və ona xüsusi kurs keçmiş bacarıqlı ekipaj üzvləri kömək edirdilər. Həm də “Titanik” çox möhkəm və etibarlı düzəldilmişdi. Bəli, sərnişinlərin kiçik üzən şəhəri - “Titanik” müasirlik, rahatlıq və təhlükəsizlik simvolu idi...

Milyonçuların ekspresi

Hələ reysə çıxmazdan əvvəl gəmini “milyonçuların ekspresi” adlandırmışdılar. Həqiqətən də özünün ilk və son səfərində gəminin göyərtəsində xeyli zəngin adamlar - neft, kömür, dəmiryol və polad kralları toplaşmışdı. Bu adamlar özləri ilə çoxlu qızıl, brilyant və digər daş-qaşlar, həmçinin qiymətli sənət əsərləri aparırdılar.

Ölüm anında sinfi ayrı-seçkilik

“Titanik” yalnız 2 saat davam gətirə bildi və sonra ortadan iki yerə ayrıldı. Gəmidə qalanlar özlərini okeanın soyuq sularına atdılar. Okeanın qaranlıq səması altındakı soyuq suda sarsıdıcı bir mənzərə yaranmışdı. Nəhayət, gecə saat 1 radələrində dünyanın ən nəhəng okean layneri, “Batmayan gəmi” adlandırılan “Titanik” yüzlərlə sərnişini ilə birlikdə okeanın dibinə qərq oldu.

Atlantik okeanının soyuq suları üzərinə səpələnmiş yüzlərlə insan isə hələ də ölümlə çarpışmaqda idi. Bu, yaşamaq uğrunda aparılan son savaş idi və bu savaşdan çox az adam qalib çıxdı. Səhər saat 9:30-da “Karpatiya” gəmisi qəza yerinə çatdı və bu müdhiş faciənin şahidləri olan 711 sərnişini götürərək, Nyu-Yorka çatdırdı.

Sirr pərdəsi qalxır

“Titanik”in batmasından bəri onun haqqında çox yazılıb. Son illər isə daha bir mülahizə meydana çıxıb. Həmin versiyaya görə, guya bu gəmini hazırlayan şirkət həmin vaxt müflis olmaq həddində imiş və bundan yaxa qurtarmaq üçün “Titanik”i elə birinci səfərindəcə məhv etmək haqqında çox məxfi şəkildə qərar qəbul edib. Çünki “Titanik” çox böyük məbləğə sığorta edilmişdi...

Fişənglər düz atılsaydı...

“Titanik” batarkən son ümid olaraq uzaqdakı gəmilərin diqqətini çəkə bilmək üçün dalbadal havaya fişənglər atılıb. Hava fişənglərini görən “Kaliforniya” adlı gəminin heyəti atılan fişənglərin ağ olması səbəbindən gəmidə əyləncə olduğunu təxmin ediblər. Çünki o zaman gəmilərin fişəng rənglərinə görə bir qaydaları vardı. Ağ rəng əyləncə, qırmızı rəng isə təhlükə demək idi. “Titanik” səfərdən öncə kifayət qədər qırmızı fişənglə təmin edilmişdi, amma buna baxmayaraq, havaya ağ fişənglər atılır.

“Titanik”dən təxminən 70 km uzaqlıqda olan “Mount Temple” gəmisi kömək çağırışını duyub və ona verilən koordinatlara doğru sürətlə hərəkət edib. Ancaq koordinatlar səhv verildiyindən “Mount Temple”, “Titanik”ə 12 km uzaq olan başqa bir bölgəyə gedib çıxıb.

Gəminin fitləri o zamana qədər ən böyük və ən gurultulu fitlər idi. Bu fitləri dənizdə 11 mil uzaqlıqdan belə duymaq mümkün idi. Demək, bir qədər uzaq olan gəmilər də bu siqnalı duymalı idi. Amma araşdırmalar zamanı məlum oldu ki, həmin vaxt okeanda olan və “Titanik”ə 11 mildən də az məsafə yaxınlığında olan gəmilər nədənsə fit səsini duymayıblar.

Kapitan Smit ilə gəminin dizayneri “Titanik”lə batmağı seçmişdi. Ancaq bütün aysberq xəbərdarlıqlarına baxmayaraq, gəminin son sürətdə Amerikaya getməsini tələb edən “White Star Line” dənizçilik şirkətinin idarəçisi Brus İsmay, qadın və uşaqların mindiyi bir avarlı qayığa minib və uzaqdan “Titanik”in batmasını izləyirmiş...

Yeganə BAYRAMOVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 Aprel 2026 09:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

15 Sentyabr 2026 11:23see393

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

14 Sentyabr 2026 21:41see235

Möminlərə Musa peyğəmbərin əsasının bir parçası göstərilib...

14 Sentyabr 2026 21:09see201

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

15 Sentyabr 2026 12:22see200

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

15 Sentyabr 2026 13:01see198

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

15 Sentyabr 2026 03:39see196

“Həkim məsləhəti” rubrikamızda

15 Sentyabr 2026 16:05see195

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

15 Sentyabr 2026 18:49see191

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see186

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see185

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see184

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see175

Avropa İttifaqı Rusiya ilə bağlı qərar verdi

14 Sentyabr 2026 22:36see175

Belə tənqidi qəbul etmirəm Dambrauskasdan AÇIQLAMA

15 Sentyabr 2026 01:04see170

Politico: Avropa Komissiyası bütün Aİ üzrə sosial şəbəkələrdə yaş məhdudiyyəti tətbiq etmək qərarına gəlib

14 Sentyabr 2026 20:59see170

AK 15 yaşınadək uşaqların sosial şəbəkələrə girişini qadağan etmək niyyətindədir

15 Sentyabr 2026 02:36see166

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see165

Süni şirinləşdiricinin parçalanma məhsulu DNT yə zərər verə bilər

15 Sentyabr 2026 03:43see164

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

15 Sentyabr 2026 19:29see162

Netanyahu ABŞ yə səfər edəcək

14 Sentyabr 2026 22:19see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri