Icma.az
close
up
RU
Çin texnologiya şirkətləri süni intellekt layihələrində yerli çiplərə keçirlər

Çin texnologiya şirkətləri süni intellekt layihələrində yerli çiplərə keçirlər

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Çinin ən böyük texnologiya şirkətləri — "Alibaba", "Tencent" və "Baidu" ABŞ-ın ixrac nəzarətini sərtləşdirməsi fonunda süni intellekt (Sİ) texnologiyalarının inkişafında yerli istehsal olunan çiplərdən istifadə etməyə başlayıblar.

Bizimyol.info xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.

Qəzetin verdiyi məlumata görə, texnoloji şirkətlər ABŞ-ın "Nvidia" korporasiyasının çiplərinə alternativ olaraq yeni yerli mikroprosessorları test edir. Məqsəd həm artan daxili tələbatı, həm də süni intellekt sahəsindəki müştəri ehtiyaclarını qarşılamaqdır.

"Baidu" şirkətinin Sİ üzrə bulud texnologiyaları bölməsinin rəhbəri və vitse-prezident Şen Dou bildirib ki, "Nvidia" çiplərinin əvəzini verə biləcək bir neçə yerli alternativ mövcuddur: "İnanırıq ki, zaman keçdikcə ölkə daxilində hazırlanan çiplər və daha səmərəli yerli proqram təminatı ilə Çin Sİ ekosistemində uzunmüddətli innovasiyalar üçün möhkəm təməl yaranacaq", - deyə qeyd edib.

"Alibaba" şirkətinin rəhbəri Eddi Vu isə: "Müştərilərdən gələn artan tələbləri qarşılamaq üçün müxtəlif seçimləri aktiv şəkildə öyrənirik", - deyə bildirib.

"Tencent" şirkətinin rəhbəri Martin Lau bildirib ki, korporasiya mövcud çiplərdən daha effektiv istifadə etməyə çalışır və eyni zamanda alternativ məhsulları da nəzərdən keçirir.

Daha əvvəl verilən məlumatlara əsasən, Çin texnologiya nəhəngi "Huawei" süni intellekt texnologiyaları üçün yeni "Ascend 910D" prosessor modelini inkişaf etdirir. Bu çipin "Nvidia" şirkətinin "H100" modelindən daha yüksək performans göstərəcəyi gözlənilir. Şirkət may ayının sonuna qədər sınaq partiyasını əldə etməyi planlaşdırır.

Bundan əlavə, "Huawei" bu il müştərilərə 800 min ədəd "Ascend 910B" və "Ascend 910C" prosessoru təqdim etməyi qarşıya məqsəd qoyub.

Aprel ayının əvvəlində ABŞ hakimiyyəti "Nvidia" şirkətinə "H20" model çiplərinin Çin bazarına xüsusi lisenziya olmadan ixracının qadağan edildiyini bildirmişdi. Vaşinqton bu addımı həmin məhsulun “superkompüterlərdə istifadə edilə biləcəyi” ehtimalı ilə əsaslandırmışdı. Halbuki "Nvidia" bu modeli məhz ixrac üçün yaratmış və onu ABŞ ixrac qaydalarına uyğun olaraq daha az məhsuldar etmişdi.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 30 May 2025 09:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri