Çin, Türkiyə, Rusiya... Azərbaycan ən çox hansından alır?
Icma.az, Modern.az saytına istinadən bildirir.
2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanın idxal əməliyyatlarında ən böyük paya Çin sahib olub.
Modern.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, hesabat dövründə Çindən Azərbaycana 2 milyard 165 milyon dollar dəyərində məhsul idxal edilib.
İdxalın dəyərinə görə sonrakı yerlərdə 1 milyard 133 milyon dollarla Türkiyə və 1 milyard 119,7 milyon dollarla Rusiya qərarlaşıb.
Azərbaycanın ABŞ-dan idxalı 409,8 milyon, Almaniyadan 338,1 milyon, İrandan 297 milyon, İtaliyadan 256,6 milyon, Belarusdan isə 206,9 milyon dollar təşkil edib.
Hesabat dövründə Yaponiyadan 147,5 milyon, Birləşmiş Krallıqdan 146,7 milyon, Ukraynadan 144,4 milyon, Koreyadan 125,7 milyon, Hindistandan isə 105,5 milyon dollar dəyərində məhsul idxal olunub.
2025-ci ilin eyni dövrü ilə müqayisədə 2026-cı ilin yanvar-iyun aylarında təzə meyvə idxalı real ifadədə 9,9 faiz, bitki yağları 2,9 faiz, xam şəkər 38,7 faiz, unlu qənnadı məmulatları 8,8 faiz, mal əti 42,3 faiz artıb.
Qara metallardan boruların idxalı 9,7 faiz, hesablama maşınları, blok və qurğuların idxalı 25,5 faiz, avtobusların idxalı 48,4 faiz, sintetik yuyucu vasitələrin idxalı 13,6 faiz, paltaryuyan maşınların idxalı 25,8 faiz, qara metallardan künclüklərin idxalı isə 40,9 faiz yüksəlib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə buğda idxalı 2,9 faiz, kərə yağı, digər süd yağları və pastalar 2,3 faiz, şokolad və şokolad məhsulları 12,6 faiz, çay 7,5 faiz, kartof 22,7 faiz, quş əti və onun əlavə məhsulları 6 faiz azalıb.
Təzə tərəvəz idxalında 41,4 faiz, siqaretlərdə 47,1 faiz, minik avtomobillərində 37,2 faiz, dərman vasitələrində 31,3 faiz, məişət kondisionerlərində 16,8 faiz, mebellərdə 11,2 faiz azalma qeydə alınıb.
Eyni zamanda, yük avtomobillərinin idxalı 14,7 faiz, qara metallardan çubuqlar 59,5 faiz, polipropilen 19,4 faiz, məişət soyuducuları isə 39 faiz azalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 18 Avqust 2026 07:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















