Çin Ukraynaya qoşun göndərir? Gözlənilən cavab gəldi
Icma.az bildirir, GlobalInfo portalına istinadən.
“Çin təhlükəsizlik zəmanəti çərçivəsində Ukraynaya hərbi kontingent göndərməyi planlaşdırmır”.
Globalinfo.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Jian Almaniyanın “Die Welt” qəzetinin xəbərini şərh edərkən deyib.
“Müvafiq məlumatlar reallığa uyğun gəlmir. Çinin Ukrayna məsələsində mövqeyi aydın və ardıcıldır”, – diplomat qeyd edib.
Xatırladaq ki, sözügedən nəşr Pekinin yalnız BMT mandatı əsasında öz qüvvələrini Ukraynada yerləşdirməyə razı olduğunu yazmışdı.
Əliyar Xəlil
Globalinfo.az

