Icma.az
close
up
RU
Çin vətəndaşlarının Ukraynada əsir götürülməsi məlumatına reaksiya verib

Çin vətəndaşlarının Ukraynada əsir götürülməsi məlumatına reaksiya verib

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Çin Ukraynada rus qoşunlarının tərəfində döyüşən vətəndaşlarının əsir götürülməsi ehtimalı ilə bağlı xəbərləri araşdırır.

Bizimyol.info xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Cian məlumat verib.

"Çin hökuməti hər zaman öz vətəndaşlarını silahlı münaqişə zonalarından uzaq olmağa və bu münaqişələrdə iştirak etməməyə çağırıb", - deyə diplomat bildirib.

Onun sözlərinə görə, Pekin hazırda Ukrayna tərəfi ilə birlikdə bütün halları aydınlaşdırır. Eyni zamanda Lin Cian bu məsələ ilə bağlı Çin və Ukrayna arasında rəsmi təmasların olub-olmadığını təsdiq edə bilməyib: “Yuxarıda qeyd olunan məsələ ilə bağlı iki tərəfin əlaqə saxlayıb-saxlamaması ilə bağlı məlumatım yoxdur”, - deyə bildirib.

Çin öz vətəndaşlarının Ukraynaya qarşı müharibədə mümkün iştirakı ilə bağlı bəyanatları “tamamilə əsassız” adlandırıb və münaqişənin həllində “Çinin konstruktiv rolunu düzgün qiymətləndirməyə” çağırıb.

Xatırladaq ki, aprelin 8-də prezident Vladimir Zelenski Donetsk vilayətində Ukrayna hərbçilərinin Rusiya Federasiyasının tərəfində döyüşdə iştirak etmiş iki Çin vətəndaşını əsir götürdüyünü açıqlamışdı. Onun sözlərinə görə, döyüşdə ümumilikdə altı çinli iştirak etdiyi məlum olub. Zelenski vurğulayıb ki, Pekinin müharibə kontekstində hərəkətləri onu Rusiyanın təcavüzünü dəstəkləyən İran və Şimali Koreya ilə eyni vəziyyətə gətirir.

Ukrayna Xarici İşlər Nazirliyi buna sərt reaksiya verib. Xarici işlər naziri Andriy Sybiha Çinin Ukraynadakı müvəqqəti işlər vəkilini çağıraraq izahat tələb edib.

"Çin vətəndaşlarının Ukraynanı işğal edən orduda iştirakı Çinin sülh lehinə bəyan etdiyi mövqeyi şübhə altına alır və Pekinin BMT Təhlükəsizlik Şurasının məsul daimi üzvü kimi etibarını sarsıdır", - deyə Sıbqa qeyd edib.

Lin Cian bu tənqidə cavab olaraq: "Belə iddiaların heç bir əsası yoxdur. Çinin Ukrayna böhranı ilə bağlı mövqeyi çox aydındır və beynəlxalq ictimaiyyət tərəfindən geniş şəkildə tanınır", - deyib.

O əlavə edib ki, Pekin “obyektiv və ədalətli mövqe”yə sadiqdir və münaqişəyə və sülh danışıqlarına son qoymağın tərəfdarıdır.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 09 Aprel 2025 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri