Icma.az
close
up
RU
Çin “yaşıl” gələcəyi dəstəkləyir

Çin “yaşıl” gələcəyi dəstəkləyir

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Çin 2027-ci ildən etibarən iqlim siyasətində mühüm yeniliyə start verəcək: Ölkə ilk dəfə olaraq istixana qazı tullantılarına mütləq məhdudiyyətlər tətbiq edəcək. Bu addım Pekinin “yaşıl” iqtisadiyyat qurmaq və qlobal iqlim gündəliyində aparıcı mövqeyini möhkəmləndirmək strategiyasının tərkib hissəsidir. İndiyədək Çin sənayenin enerji səmərəliyinə əsaslanan nisbi yanaşmadan istifadə edirdi. Yəni kvotalar məhsul vahidinə düşən tullantılara görə müəyyənləşdirilirdi. Yeni model isə bütünlükdə emissiyalara limit qoymaqla Avropa İttifaqının (Aİ) təcrübəsinə daha yaxın olacaq.

Çinin təqdim etdiyi yeni sənəddə qeyd olunur ki, 2027-ci ildən etibarən bir sıra sənaye sahələri üçün mütləq məhdudiyyətlər qüvvəyə minəcək. Həmin vaxtadək isə emissiyaların ticarəti sistemi (ETS) ölkənin bütün əsas sənaye sahələrini əhatə edəcək. Hazırda bu sistem yalnız səkkiz sektoru (elektrik enerjisi, neft-kimya, kimya sənayesi, tikinti materialları, polad və çuqun, əlvan metallurgiya, sellüloz-kağız istehsalı və aviasiya) əhatə edir. Gələcəkdə kvotalar pulsuz və ödənişli üsulla bölüşdürüləcək, lakin ödənişli mexanizmin çəkisi davamlı şəkildə artacaq.

Bu addımların nəticəsində 2030-cu ilə qədər ölkədə milli karbon bazarının tam formalaşdırılması hədəflənir. Çin hesab edir ki, həmin ildə istixana qazı tullantılarının həcmi pik həddə çatacaq, 2060-cı ildə isə ölkə karbon neytrallığına nail olacaq. 2021-ci ilin iyulunda işə düşən karbon kvotaları bazarı bu məqsədə çatmaq üçün ilk mühüm addım idi. Çin artıq 2030-cu ilə qədər CO₂ tullantılarını 130 milyon ton azaltmağı planlaşdırır. İki illik “keçid dövrü” isə şirkətlərə daha sərt qaydalara uyğunlaşmaq imkanı verir.

Hazırda Çində kvotaların paylanması “nisbi karbon tutumluluğu” prinsipinə əsaslanır: hər sahəyə məhsul vahidinə görə müəyyən hədd qoyulur, artıq tullantı emissiyaları üçün əlavə kvotalar alınmalı olur. Yeni model isə mütləq limitlər nəzərdə tutur. Bu da o deməkdir ki, müəyyən sahələr üçün ümumi emissiya həddi müəyyənləşdiriləcək və kvotalar şirkətlər arasında bu limit əsasında bölüşdürüləcək. Qeyd edək ki, məhz bu prinsip Avropa İttifaqının European Union Emission Trading System (EU ETS) çərçivəsində tətbiq olunur.

Çinin yeni yanaşması ölkəni Aİ-nin Carbon Border Adjustment Mechanism (CBAM) siyasətinə daha da yaxınlaşdırır. Ekspertlər hesab edirlər ki, yaxın illərdə Çin də Avropaya bənzər “karbon vergisi” sisteminə keçə bilər. Bu, qlobal ticarətə təsirsiz ötüşməyəcək: Avropaya ixrac edilən enerji resursları və gübrə istehsalında istifadə olunan xammal daha ciddi tələblərlə üzləşəcək. Bu baxımdan Rusiya da daxil olmaqla Çinə məhsul ixrac edən ölkələr yeni reallıqlara uyğunlaşmaq məcburiyyətində qalacaqlar.

Bununla yanaşı, ekspertlər vurğulayırlar ki, Çin ETS-in Avropa bazarı ilə tam inteqrasiyası üçün hələ kifayət qədər addım atmayıb. CBAM tələblərinə uyğunlaşmaq üçün ölkənin qarşısında iki əsas məsələ qalır: Pulsuz kvotaların azaldılması və karbon hesabatlığının keyfiyyətinin artırılması. Bundan başqa, hazırda Çin və Aİ sistemləri arasında birbaşa əlaqə mövcud deyil. Ona görə də Çində kvotaların mütləq limitlər əsasında tətbiqi CBAM baxımından zəruri, lakin kifayət qədər olmayan addım sayılır.

Mütəxəssislərin fikrincə, Çin bu addımları ilə yalnız iqlim öhdəliklərini yerinə yetirməyi deyil, həm də texnoloji və metodoloji üstünlüklər qazanaraq qlobal bazarlarda liderliyini gücləndirməyi hədəfləyir. Kept şirkətinin davamlı inkişaf üzrə eksperti Yevgeni Tananayko bildirir ki, Pekin aşağıkarbonlu texnologiyaların inkişafı və kommersiyalaşdırılmasında Avropanı geridə qoymaq niyyətindədir. Digər tərəfdən, bu kursun beynəlxalq ticarətə necə təsir göstərəcəyi çox vaxt Çinin Aİ-nin siyasətinə nə dərəcədə yaxınlaşacağı ilə bağlı olacaq.

Beləliklə, Çin iqlim siyasətində Avropanın izi ilə getsə də, hələ bir sıra boşluqlar qalmaqdadır. Bununla belə, Pekinin elan etdiyi planlar artıq indi qlobal bazarlarda yeni oyun qaydalarının formalaşmasına təkan verir və yaxın illərdə beynəlxalq ticarətin strukturunu dəyişə biləcək əsas amillərdən biri olacaq.

Səbuhi MƏMMƏDOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 31 Avqust 2025 09:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1063

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see372

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see369

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see321

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see248

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see234

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see228

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see228

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see219

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see211

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see203

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see198

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see194

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see192

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see187

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see185

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see177

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see176

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see171

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri