Aytən çayların keyfiyyətini tənqid etdi: “Biz nə içirik?”
Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Aparıcı Aytən Səfərova mağazalarda satılan çayların keyfiyyətindən narazı olduğunu və buna görə də çay içmədiyini bildirib.
Axşam.az xəbər verir ki, o, bu barədə “Xəbər ertəsi” proqramında danışıb.
“Yadımdadır ki, çayın dəmlənməsi üçün 10-15 dəqiqə gözləmək lazım olurdu. O vaxt sarı qablaşdırmada ən ucuz hind çayı var idi, insanlar ondan alırdı. Amma nə qədər dadlı idi. Çay və ot mənşəli nəyisə içdiyini uşaqlıqdan anlayırdın.
İndi isə çaya su dəyən kimi rəngi qaralır. Özü də o nə çaydır ki, ləkəsi düşən kimi az qala xlorla silməlisən ki, o boya getsin. Və biz nə içirik? Maşallah, çay içənik, hara gediriksə, xeyirdə, şərdə çay süfrəsi var. Soyuqda, qızmar günəş altında belə, çay insanın susuzluğunu yatırır, amma içdiyimiz çaydırmı?" deyə, Aytən bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 26 Noyabr 2026 20:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















