Çin yeni nəsil yaddaş çiplərinin istehsalına başladı
Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Çinli DRAM çipi istehsalçısı CXMT beşinci nəsil texnologiya platformasının kütləvi istehsala keçdiyini açıqlayıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, şirkətin bildirdiyinə görə, yeni platforma daha güclü yaddaş çiplərini daha aşağı xərclə və daha az enerji sərfiyyatı ilə istehsal etməyə imkan verir.
CXMT yeni texnologiya əsasında smartfonlar və digər portativ elektron cihazlar üçün iki 24 giqabitlik LPDDR5X çipi təqdim edib. Şirkət bu çiplərin əvvəlki uyğun məhsullarla müqayisədə 50 faiz daha çox məlumat saxlaya bildiyini bildirib.
Yeni platformada məlumat saxlayan hissələr arasındakı məsafə 11,95 nanometrə qədər azaldılıb. CXMT həmçinin yeni texnologiyanın əvvəlki nəsillə müqayisədə bir silikon lövhədən ən azı 50 faiz daha çox çip istehsal edə bildiyini açıqlayıb.
Bu inkişaf Çinin “Samsung”, “SK Hynix” və “Micron” kimi şirkətlərlə yaddaş çipləri bazarında rəqabətini gücləndirmək məqsədi daşıyır.
Məlumat üçün bildirək ki, DRAM çipi kompüter, telefon və digər elektron cihazlarda məlumatları müvəqqəti saxlamaq üçün istifadə olunan yaddaş çipidir. Cihazın sürətli işləməsinə kömək edir, lakin elektrik enerjisi kəsildikdə içindəki məlumatlar silinir. Məsələn, telefonda tətbiqlərin və proqramların işləməsi üçün DRAM yaddaşından istifadə olunur.
Bu mövzuda digər xəbərlər:Çin Nvidia şirkətinin H200 çiplərinin ilkin tədarükünü təsdiqləyib
28 Yanvar 2026 22:23
“Microsoft” yeni nəsil süni intellekt çiplərinin istehsalını artırmağı planlaşdırır
10 Avqust 2026 22:50
ABŞ süni intellekt çiplərinin ixracını məhdudlaşdırır TƏFƏRRÜAT
13 Yanvar 2025 18:22
Huawei AI çiplərinin istehsalını iki dəfə artıracaq
29 Sentyabr 2025 17:06
Tramp süni intellekt çiplərinin ixracına məhdudiyyətləri götürməyi planlaşdırır
08 May 2025 13:05
Baxış sayı:120
Bu xəbər 20 Sentyabr 2026 22:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















