Icma.az
close
up
RU
Cinayət Məcəlləsinin ölü norması QANUNSUZ HÖKM ÇIXARAN HAKİMLƏR NİYƏ HƏBS EDİLMİR?

Cinayət Məcəlləsinin ölü norması QANUNSUZ HÖKM ÇIXARAN HAKİMLƏR NİYƏ HƏBS EDİLMİR?

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Baş Prokurorluğun keçmiş idarə rəisi Nazir Bayramov Gununsesi.info-ya açıqlamasında Azərbaycanda bilə-bilə qanunsuz hökm çıxaran hakimlərin cəzasız qalması faktlarını şərh edib.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 295-ci (Bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və qərar çıxarma” maddəsində cinayət məsuliyyəti nəzərdə tutulub.

Həmin maddədə hakimlərin bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərar çıxarması – beş min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Həmçinin, eyni əməllər azadlıqdan məhrum etmə barədə məhkəmənin çıxardığı qanunsuz hökm ilə əlaqədar olduqda və ya başqa ağır nəticələrə səbəb olduqda – beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması nəzərdə tutulub.

Nazir Bayramov deyir ki,  bu günə kimi bir nəfər də bu maddə ilə məhkum edilməyib.

“Görəsən, hansı səbəbə görə? Düşünürük ki, Azərbaycanda indiyə kimi heç bir hakim “bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərar” çıxarmayıb. Çünki, heç kəs bilmir ki, hökm, qətnamə, qərardad və ya qərarı hansı əlamətlər “ədalətsiz” edir. Bu barədə heç bir normativ göstəriş yoxdur. Nə qanun, nə də digər normativ hüquqi aktda, o cümlədən hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsi mənbələrində “ədalətsiz” hökm, qətnamə, qərardad və ya qərarın meyarları barədə bilgiyə rast gələ bilməzsiniz.

Problem hüququn aliliyində, cinayət məsuliyyəti əsaslarının dəqiq və aydınlığındadır. Fikrimizcə, prokurorluq hüququndan istifadə edərək Konstitusiya Məhkəməsinə CM-nin 295-ci maddəsinin şərhi ilə bağlı sorğu göndərməklə “Konstitusiya və Suverenlik ili”ndə məhkəmə hüquq islahatlarının məntiqinə uyğun əhəmiyyətli bir addım atmış olar.

Yeri gəlmişkən, “ölü norma”lar bir çox ölkələrin qanunvericiliyinə tanışdır. Onların yaratdığı çətinliklərin həllində müxtəlif yanaşmalar mövcuddur. Məsələn, Almaniyada federal qanunlar dövrü olaraq təhlil edilir, istifadə edilməyən normalar rəsmi şəkildə ləğv edilir. Buna “normativ tənzimləmə” (Normbereinigung) adı qoyulub.

Fransada cinayət qanunları vaxtaşırı yenilənir. Bu zaman istifadə olunmayan normalar Cinayət Məcəlləsindən çıxarılır. Bu yanaşmaya “kodifikasiya və konsolidasiya” adını veriblər. Türkiyədə 2004-cü ildə Cinayət Məcəlləsi yeniləndi və bu zaman köhnə, tətbiq edilməyən normalar ləğv edildi.

Böyük Britaniyada qanunların tətbiqi məhkəmə presedentləri ilə tənzimlənir (Case law). Tətbiqi olmayan normalar faktiki olaraq ölü sayılır.

ABŞ-da “Blue Laws” və “Dead Letter Laws” yanaşmasına əsasən, ştatlar səviyyəsində ləğv mexanizmləri işləyir. Buna baxmayaraq, bəzi ştatlarda hələ də tətbiq edilməyən, lakin qüvvədə olan qanunlar var.

Beləliklə, ölkəmizin hüquq sisteminin qabaqcıl ölkələrin hüquq sistemlərindən geri qalmaması barədə fikir söyləyə bilərik”.

Firuzə Mahmudova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:29
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 30 Oktyabr 2025 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see389

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see207

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see207

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see195

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see191

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see191

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see175

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see169

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see168

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see166

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see163

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see163

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see161

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see160

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see157

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see145

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see140

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see139

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see137

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri