Icma.az
close
up
RU
CİNAYƏT VƏ GECİKƏN CƏZA

CİNAYƏT VƏ GECİKƏN CƏZA

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Nurəddin İSMAYIL

Cəzasızlıq xoşagəlməz hallara, yaramaz əməllərə və sonda törədilən ağır cinayətlərə münbit zəmin yaradır.

Hər kəs qanuna zidd hərəkətinin cəzasını çəkməlidir. Cəzasızlıq qanunları kölgə altına salır və ədalətin ictimai çəkisini azaldır. Hər kəs qanunun aliliyi prinsipinə əməl etməli və heç kəs qanunu pozduğuna görə sığortalanmamalıdr.

Adi vətəndaşa, yol hərəkət qadasını, ictimai asayişi, mükəlləf olduğu ödəniş qaydasını və qanunla müəyyənlşən digər qaydaları pozduğuna görə dərhal cəza növləri tətbiq edildiyi kimi, dövlət qulluğunda görəv alan və tutduğu vəzifədən sui-istifadə edən şəxslər də qanunun sərt üzü ilə cəzalanmalıdır.

Lakin praktik həyatımızda biz bunun əksini görürük. Çox vaxt qanunun tətbiqində ikili standartlara yol verilir. Orta statistik vətəndaşlarımıza hüquq posuntularına, vergi və rüsumlardan yayınmalara görə mövcud qanunlar həmən işə düşdüyü halda, onillərlə yüksək vəzifə kürsüsündə əyləşən və rüşvətlə, əyri yollarla harın həyatını quran məmurlar ya vaxtında cəzalanmır, ya da cəzadan yayınırlar.

İstisna hallar da var. İnsafən, son vaxtlar bir sıra yüksək görəvlilər, icra başçıları vəzifəsindən sui-istifadə hallarına, rüşvət və digər cinayət əməlləri törətdiyinə görə vəzifəsindən uzaqlaşdırılmış və layiqli cəzalarını alaraq, həbsə məhkum edilmişlər. Bu cür cəza tədbirləri səlahiyyət həddini aşanlara, məsuliyyətini anlatmaq üçün düzgün vasitədir. Ancaq vəzifə cinayətlərinə görə cəzaların gec verilməsi cəmiyyətdə haqlı suallar doğurduğu kimi, hüququn, ədalətin də arxa plana keçməsi anlamına gəlmirmi? Vaxtında verilən cəza, şəxsin daha böyük cinayət əməllərinin qarşısını almaqla, ədalətin də domokl qılıncı kimi hər an hər kəsin başı üzərində asıldığına işarə olmalıdır.

Naxçıvanda özü və yaxın ətrafının at oynatdığı, qanunu ayaqlar altına saldığı, dədə malı kimi milyardları mənimsədiyi Vasif xan həzrətlərini vəzifədən uzaqlaşdırmaq, rüşvət və korrupsiya maniyasının qarşısını almaq üçün, doğrudanmı 30 il gözləməyə, xalqı intizarda saxlamağa əşhədi-ehtiyac var idi? 

Bu gün ən ağır cinayət əməlləri ilə ittiham olunan Ramiz Ənvəroviçin törətdiyi əməllər, topladığı saysız-hesabsız varidat indimi aşkarlandı? Adam onillərdir dövlətin ağzını şimal ayısına tərəf yönəltməkdən tutmuş, altdan-altdan milyardları mənimsəməyə qədər nə bacarmışsa, onu da etmiş. Lakin ta haqqında irəli sürülən ittihamlar işıq üzü görənə qədər toxunulmazlığını qorumuşdur. Nazirlər, komitə sədrləri, icra başçıları vəzifəyə başladığı elə ilk gündən siftəsini eləyib, oturuşduqca, rüşvət və korrupsiya çamuruna girməkdən çəkinmədilər. Yığ ki, yığasan, sağ ki, sağasan prinsipi ilə almadıqları mal, mülk, yığmadıqları para qalmadı. Qəssabxanalardan, marketlərdən, bazarlardan tutmuş restoranlara, mərasim evlərinə, bütün iaşə obyektlərinə, otellərə qədər hamısına əl qoyub, ya şərik oldular, ya da tam ələ keçirdilər. Cəzaları isə çox yüngül. İşdən uzaqlaşdırılıb, yığdıqlarını qorxusuz, hürküsüz, daha rahat formada əritməyə başladılar.

Kim bilir, milli təhlükəsizlik orqanı kimi nüfuzlu bir təşkilatı ucuz alver obyektinə çevirən sabiq MTN şefinin xarici banklarda və elə buralardaca nə qədər milyardaları yatır.

“Gəl səhərim” mahnısını oxuya-oxuya Azərbaycan mədəniyyətinin səhərini qara günə qoyan Polad Bülbüloğlunun, onun davamçısı, indi xarici ölkələrə tur atan Əbülfəs Qarayevin xalqdan oğurladığı pulun sayı-hesabı nə qədər? Hər ay, hər il qiymət artımına start verən taarif şurası bu quldur dəstəsinin çalıb-taladığı sərvətin hesabını gedib, inflyasiyanın qarşısını almaq üçün tövsiyələrini versə, pis olmaz.

Aşkar görülən hər bir yüksək ranqlı görəvli, həm də gizlin fəaliyyət göstərən, azad bazar iqtisadiyyatını çökdürən monopolistdir. Bu arada tutduğu yüksək vəzifəni şəxsi biznesinə xidmət etdirən parlamentin keçmiş spikeri Oktay Əsədovu, Bakı şəhərinin sabiq icra başçısı Hacıbala Abutalıbovu da boş buraxmaq lazım deyil. Onların əldə etdiyi, zəhmətsiz gəlir hesabına xalqdan topladığı paralar xalqa qaytarılmalı, Qarabağda bərpa-quruculuq işlərinə yönəldilməlidir.

Qaçqın və didərgin düşənlər hesabına topdağıtmaz sərvət yığan “qaçqınkom”un sabiq sədri Əli Həsənov da mərəndə gəlməli, onun geninə-boluna dağıtdığı sərvətin böyük hissəsi, ən azından doğulduğu Cəbrayıl rayonun bərpasına sərf olunmalıdır.

Dövlət baba bu cəza tədbirlərini həyata keçirməlidir ki, sonra gələnlərə görg olsun. Olacaqmı, omayacaqmı, bu məslənin başqa tərəfi. Ancaq dövləti vəzifələrə etimad göstərilən istənilən şəxs, səlahiyyət həddini aşmamalı, məsuliyyət hissini itirməməlidir. İtirənlər, yolunu azanlar cəzalanmalı, özü də vaxtında cəzalanmalıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 21 Noyabr 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see274

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see241

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see239

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see225

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see220

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see220

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see216

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see208

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see208

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see205

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see203

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see200

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see197

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see197

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see196

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see193

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see192

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see179

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see167

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri