Icma.az
close
up
RU
Paşinyanın hədəfi bəzi müxalifətçiləri referendumun lehinə səs verməyə razı salmaqdır ŞƏRH

Paşinyanın hədəfi bəzi müxalifətçiləri referendumun lehinə səs verməyə razı salmaqdır ŞƏRH

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Bu məqsədlə parlament binası qarşısında deputatlara qarşı ictimai təzyiq aksiyalarının təşkili də istisna edilmir

“Parlament müxalifətini yeni konstitusiyanın qəbuluna dair referendum layihəsini dəstəkləməyə məcbur etmək cəhdi Nikol Paşinyan hökumətinin devrilməsi ilə nəticələnə bilər”.

Bunu parlamentdəki müxalif “Güclü Ermənistan” fraksiyasının rəhbəri Narek Karapetyan deyib.

O qeyd edib ki, referendumun keçirilməsinin məqsədəuyğunluğunu hakimiyyət və müxalifətin müzakirəsi üçün layihə Milli Məclisə təqdim olunacaq. Narek Karapetyan iddia edib ki, müxalifət onun keçirilməsinə imkan verməyəcək. Ermənistan Baş naziri Nikol Paşinyanın referendum layihəsini dəstəkləməsi üçün müxalifətə ictimai təzyiq göstərməklə hədələməsi barədə suala cavabında fraksiya rəhbəri qeyd edib: “Səsverməyə məcbur etmək konstitusiya quruluşunun devrilməsi deməkdir”. Xatırladaq ki, Nikol Paşinyan oktyabr ayında yeni konstitusiyanın qəbul edilməsi məsələsində müxalifətin dəstəyini ictimai təzyiq vasitəsilə əldə edəcəyini bəyan etmişdi.

Politoloq Abutalıb Səmədov Sherg.az-a açıqlamasında bildirib ki, Nikol Paşinyan parlamentdə referendumun təyin olunmasına nail olmaq üçün müxalifət deputatlarına ictimai təzyiq göstərilməsi ehtimalını gündəmə gətirib. Onun sözlərinə görə, baş nazir parlament binası qarşısında insanların toplaşaraq müxalifət nümayəndələrinə təzyiq göstərə biləcəyini istisna etməyib:

“Paşinyan bu yolla istədiyi nəticəyə nail ola bilməyəcəyi təqdirdə növbədənkənar parlament seçkilərinə getmək variantını da nəzərdən keçirir. Yəni parlamentin buraxılması və yeni seçkilərin keçirilməsi ehtimalı da mövcuddur. Bu halda Paşinyanın əsas məqsədi referendumun əleyhinə çıxan müxalifət deputatlarının növbəti seçkilərdə parlamentə qayıtmasının qarşısını almaq və onların siyasi gələcəkləri ilə bağlı narahatlıqlarından istifadə etməkdir. Bu, müxalifət deputatlarına qarşı kifayət qədər ciddi siyasi təzyiq vasitəsidir. Çünki deputatların bir qismi növbədənkənar seçkilərdə yenidən mandat qazana bilməyəcəyindən ehtiyatlanaraq referendumun lehinə səs verməyə məcbur qala bilər. “Güclü Ermənistan” fraksiyasının rəhbəri Narek Karapetyan da məhz bu cür təzyiq cəhdlərinə etiraz edib”. O, deputatların ictimai və siyasi təzyiq altında referendumun lehinə səs verməyə məcbur edilməsini konstitusiya quruluşuna qəsd kimi qiymətləndirib: “Referendum ətrafında mübahisə tədricən konstitusiya dəyişikliyinin özündən daha geniş siyasi qarşıdurmaya çevrilir. Parlament deputatlarına təzyiq göstərilməsi özlüyündə Paşinyan hakimiyyətinin devrilməsi təhlükəsi yaratmır. Burada əsas məsələ müxalifətin bu cür təzyiq cəhdlərini konstitusiya quruluşuna qəsd kimi qiymətləndirməsi və siyasi qarşıdurmanın daha da dərinləşməsi ehtimalıdır. Paşinyan belə addımlar atmağa başlayarsa, bu, Ermənistanda ictimai-siyasi vəziyyəti gərginləşdirə bilər. Baş nazirin növbədənkənar parlament seçkilərinə getməsi isə kifayət qədər riskli qərar olardı. Çünki belə bir ssenaridə Paşinyan həm daha böyük qələbə qazana, həm də seçkiləri uduza bilər. Buna görə də o, parlamenti buraxmaq qərarı verməzdən əvvəl bütün mümkün nəticələri ciddi şəkildə təhlil etməli və seçkilərdə qalib gələcəyinə əmin olmalıdır”.

Abutalıb Səmədovun qənaətinə görə, hələlik Paşinyanın əsas hədəfi müxalifət deputatlarına siyasi və ictimai təzyiq göstərməklə onların bir qismini referendumun lehinə səs verməyə razı salmaqdır. Bu məqsədlə parlament binası qarşısında deputatlara qarşı ictimai təzyiq aksiyalarının təşkili də istisna edilmir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://sherg.az
archiveBu xəbər 18 Noyabr 2026 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see331

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see318

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see298

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see292

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see283

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see261

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see259

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see258

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see247

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see241

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see238

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see238

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see232

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see231

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see225

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see221

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see218

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see213

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see208

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri