Icma.az
close
up
RU
“Cinayət yolu ilə əldə edilmiş ƏL/TMM də nəzarət orqanlarının rolu” mövzusunda beynəlxalq elmi praktik konfrans keçirilib

“Cinayət yolu ilə əldə edilmiş ƏL/TMM də nəzarət orqanlarının rolu” mövzusunda beynəlxalq elmi praktik konfrans keçirilib

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 23 may, AZƏRTAC

Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə ölkəmizin müvafiq qurumlarının, habelə xarici ölkələrin (İsrail, Pakistan, Latviya) audit və mühasibatlıq qurumlarının rəhbərləri və ƏL/TMM üzrə mütəxəssislərinin iştirakı ilə “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə nəzarət orqanlarının rolu, vəzifələri və məsuliyyəti” mövzusunda beynəlxalq elmi-praktik konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən Auditorlar Palatasının sədri Vahid Novruzov, Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri Zaur Fətizadə, İqtisadiyyat nazirinin müavini Anar Axundov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, İsrailin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Corc Dik, Pakistanın İmtiyazlı Mühasiblər İnstitutunun (ICAP) prezidenti Saif Ullah və İsrailin Sertifikatlı İctimai Mühasiblər İnstitutunun (ICPAI) prezidenti Çen Şrayber tədbirin əhəmiyyətindən bəhs ediblər və konfransın işinə uğurlar arzulayıblar.

Konfransda həmçinin Pakistanın İmtiyazlı Mühasiblər İnstitutunun (ICAP) prezidenti Saif Ullah “ƏL/TM-ə qarşı mübarizədə Pakistan təcrübəsi”, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva “ƏL/TMM sahəsində Vergi Xidməti və əlaqəli qurumların rolu”, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan İqtisadçılar İttifaqının sədri Ziyad Səmədzadə “Real sektorda sağlam rəqabət mühitinin yaradılması kölgə iqtsadiyyatının azaldılması, çirkli pulların yuyulmasına qarşı mübarizənin strateji amili kimi”, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov “Təhsilin fərdiləşdirilməsi və dəyərlərin prioritetləşdirilməsi - mübarizənin uğur modeli”, Türkiyənin Sertifikatlı Mühasiblər Palataları Birliyinin (TÜRMOB) Beynəlxalq əlaqələr departamentinin rəhbəri Seher Gündoğdu “Türkiyədə çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində təlim, məlumatlandırma və əməkdaşlıq istiqamətlərində TÜRMOB-un fəaliyyətinin səmərəliliyi”, İsrailin Sertifikatlaşdırılmış İctimai Mühasiblər İnstitutunun (ICPAI) İdarə Heyətinin üzvü, İqtisadi Cinayətlərə və Çirkli Pulların Yuyulmasına Qarşı Mübarizə Komitəsinin sədri Simon Yaniv “İsraildə çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə qanunvericiliyin prinsipləri”, Mərkəzi Bankının baş direktoru Fuad İsayev “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Azərbaycan Respublikası Mərkəzi Bankının rolu”, Dövlət Statistika Komitəsi sədrinin müavini Rauf Səlimov “Müşahidə olunmayan iqtisadiyyatın statistik qiymətləndirilməsi”, İsrailin Sertifikatlaşdırılmış İctimai Mühasiblər İnstitutunun (ICPAI) Direktorlar Şurasının üzvü, Blokçeyn və Kriptovalyutalar üzrə Komitəsinin sədri Roi Katz “Çirkli pulların yuyulmasına qarşı mübarizədə mövcud bank qaydaları”, Maliyyə Monitorinqi Xidmətinin Nəzarət və hüquq mühafizə orqanları ilə iş departamentinin direktoru Nurlan Babayev “ƏL/TMM üzrə risk əsaslı nəzarət konsepsiyası”, Hesablama Palatasının Dövlət gəlirlərinin və iqtisadi sahələrin auditi şöbəsinin müdiri Azim Abbasov “Dövlət vəsaitinin mənimsənilməsinə qarşı mübarizədə Hesablama Palatasının rolu”, Latviyanın Sertifikatlı Auditorlar Assosiasiyasının (LZRA) üzvü, ƏL/TMM üzrə mütəxəsis Kiril Kondratovs “Çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə və sanksiyalarda andlı auditorların rolu”, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin rəis müavini Tural Vəlibəyov “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması cinayətlərinin istintaqı zamanı maliyyə təhlili məlumatlarından istifadə edilməsi təcrübəsinin genişləndirilməsi, bu məlumatlara olan ehtiyacların təhlil edilməsi və mütərəqqi çağırışlara yönələn tədbirlərin həyata keçirilməsi üçün təkliflər”, İsrailin Enerji infrastrukturu üzrə şirkətinin icraçı direktorunun müavini və maliyyə rəhbəri Eli Zuker “Böyük korporasiyalarda maliyyə rəhbərləri üçün ƏL/TMM üzrə qanunvericiliyin təsirləri”, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Audit şöbəsinin müdiri Ramil Əliyev “Çirkli pulların yuyulmasına qarşı mübarizədə etik davranış və institusional məsuliyyət: Həmkarlar ittifaqlarının rolu”, Auditorlar Palatasının Auditin hüquqi tənzimlənməsi və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə idarəsinin rəisi Elnur İbrahimov “Azərbaycan Respublikası Auditorlar Palatasının nəzarət orqanı kimi cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə iştirakı”, Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov “Auditorların peşə etik tələbləri və ƏL/TMM qanunvericiliyi”, Auditorlar Palatasının Şurası yanında ƏL/TMM üzrə komitənin sədri, “VXA Audit” MMC-nin direktoru Elçin Qurbanov “ƏL/TMM fəlsəfəsi və bu barədə ictimai şüurun formalaşdırılması”, Auditorlar Palatasının üzvü, “SR Audit Solutions” MMC-nin direktoru Səftər Vəlizadə “ƏL/TM-ə qarşı mübarizədə müstəqil auditin potensial imkanları”, Auditorlar Palatasının üzvü, sərbəst auditor Şamxal Kərimov “ƏL/TMM-də Süni İntellektin tətbiqi və onun kadr təminatı” mövzusunda məruzələrlə çıxış ediblər.

Konfransın yekununda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, habelə təqdim edilən materialların toplu şəklində nəşr etdirilməsi və tövsiyələrin hazırlanması qərara alınıb.

Konfransın ikinci günü mayın 24-də Azərbaycan Dövlət İqtisad Universitetində İsrail, Pakistan, Latviya ölkələrinin mütəxəssislərinin iştirakı ilə ƏL/TMM sahəsində Auditorlar Palatasının üzvlərinə, Maliyyə Monitorinqi Xidmətinin əməkdaşlarına və Azərbaycan Dövlət İqtisad Universitetinin müəllim-tələbə heyətinə seminarın keçirilməsi nəzərdə tutulub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 May 2025 19:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hər beş uşaqdan biri piylənmədən əziyyət çəkir” Tramp

23 May 2025 06:45see193

Bu tədris ili üçün ali təhsil müəssisələrinə ayrılmış plan yerlərinin sayı artırılıb

23 May 2025 11:28see154

Məşhur türk bloger Azərbaycanı silkləyən qətllə bağlı çağırış etdi VİDEO

22 May 2025 03:11see149

Sankt Peterburq sakini Azərbaycan konsulunun iradından sonra söyüşə görə həbs edilib

22 May 2025 02:06see132

Bu halda hər ay 200 manat ala bilərsiniz TƏLƏBLƏR

22 May 2025 07:04see131

Tbilisidəki bu məşhur tikili söküləcək

22 May 2025 03:17see130

TƏHLİL: BƏZİ ABŞ BANKLARI SƏHMLƏRİNİN TÜKƏNMƏSİ İLƏ ÜZLƏŞƏCƏK

22 May 2025 06:12see129

Çox çiyələk yemək sizi kökəldə bilər

22 May 2025 05:31see126

Göyçay İcra Hakimiyyətində 8 vakant yer var

22 May 2025 16:24see124

“Məni öldürmək üçün 10 min dollar ayrılmışdı” Çingiz Abdullayevlə MÜSAHİBƏ

22 May 2025 14:07see124

ABŞ da kiçik təyyarə evlərin üzərinə düşdü 15 ev və maşınlar yanıb

22 May 2025 20:27see120

Ülviyyə Kazımova Almaniyada solo konsert programı ilə çıxış edib FOTO

22 May 2025 17:01see120

Avropa İttifaqı Azərbaycan Təhlükəsizlik Dialoqunun 6 ci iclası keçirildi FOTO

23 May 2025 02:31see119

Şahin İsmayılov: Azərbaycan TDT nin gücləndirilməsi istiqamətində önəmli addımlar atır

23 May 2025 11:06see118

Ölümdən sonraki həyatın SÜBUTLARI

22 May 2025 02:21see115

Hokinq 2025 ci ili necə proqnozlaşdırmışdı? Onun sözləri qorxunc dəqiqliklə doğru çıxır

23 May 2025 14:38see115

Adanada Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib

22 May 2025 03:03see114

Netanyahu Vaşinqtonda İsrail diplomatlarının qətliamına reaksiya verib

22 May 2025 10:57see114

Müavinət və təqaüdlərlə bağlı ŞAD XƏBƏR

22 May 2025 10:35see113

Mikayıl Cabbarova yeni vəzifə verildi

22 May 2025 18:00see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri