Icma.az
close
up
RU
Ağsuda tarixçi alimə həsr edilmiş elmi praktik konfrans keçirilib

Ağsuda tarixçi alimə həsr edilmiş elmi praktik konfrans keçirilib

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 4 sentyabr, AZƏRTAC

“Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunda AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun İslam dövrü arxeologiyası şöbəsinin müdiri tarix elmləri doktoru, professor Qafar Cəbiyevin 75 illik yubileyinə həsr edilmiş elmi-praktik konfrans keçirilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbir AMEA-nın Rəyasət Heyəti, Arxeologiya və Antropologiya İnstitutu, Ağsu Rayon İcra Hakimiyyəti və “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun birgə təşkilatçılığı ilə keçirilib.

Əvvəlcə konfrans iştirakçıları rayonun mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər.

Konfransın açılış mərasimində çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli professor Qafar Cəbiyevin ömrünün böyük bir hissəsini Azərbaycan tarixinin, xüsusilə də orta əsrlər arxeologiyasının araşdırılmasına həsr etdiyini söyləyib. O vurğulayıb ki, alimin ən böyük xidmətlərindən biri Girdiman tarixi ilə bağlı apardığı tədqiqatlardır. Bu mövzu üzərində illərlə araşdırma aparan Qafar Cəbiyev qədim Girdiman dövlətinin siyasi, iqtisadi və mədəni həyatı haqqında monoqrafiyalar ərsəyə gətirib. Bu tədqiqatlar sayəsində Azərbaycanın erkən orta əsrlər tarixi haqqında daha dolğun təsəvvür formalaşıb.

Ağsu rayonu ərazisində, eləcə də Qəbələ, Şamaxı, İsmayıllı rayonlarında alimin apardığı tədqiqatları xüsusi qeyd edən akademik İsa Həbibbəyli söyləyib ki, Qafar Cəbiyev həm də Basqal arxeoloji ekspedisiyasının rəhbəri kimi ölkəmizin maddi-mədəni irsinin qorunmasına mühüm töhfələr verib. Basqalda aparılan qazıntılar nəticəsində əldə edilən tapıntılar Azərbaycan arxeologiyasına yeni elmi materiallar qazandırıb, həmçinin milli irsimizin dünya ictimaiyyətinə təqdimatına imkan yaradıb.

AMEA prezidenti əlavə edib ki, Qafar Cəbiyevin əsərləri və elmi fəaliyyəti təkcə ölkəmizdə deyil, beynəlxalq aləmdə də tanınır. Onun məqalələri müxtəlif ölkələrin elmi nəşrlərində dərc olunub, konfranslarda təqdim edilib. Alim dəfələrlə beynəlxalq tədbirlərdə Azərbaycanın qədim tarixini və arxeoloji tapıntılarını təqdim edib.

Qeyd olunub ki, Qafar Cəbiyev elmi fəaliyyətində olduğu kimi, pedaqoji işində də seçilib. Onun yetişdirdiyi tələbələr bu gün Azərbaycanın müxtəlif bölgələrində tarixçi və arxeoloq kimi fəaliyyət göstərirlər.

Sonda akademik İsa Həbibbəyli yubilyara AMEA-nın fəxri fərmanını təqdim edib.

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxışında bildirib ki, professor Qafar Cəbiyevin arxeologiya sahəsindəki elmi araşdırmaları Azərbaycan elm tarixinin parlaq səhifələrini təşkil edir.

Milli Məclisin deputatı Elçin Mirzəbəyli, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi professor Səbinə Hacıyeva, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədri biologiya üzrə fəlsəfə doktoru Ruhəngiz Heydərova, AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru dosent Fərhad Quliyev, şöbə müdiri professor Abbas Seyidov, professor Şikar Qasımov, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli çıxış edərək professor Qafar Cəbiyevin elmi fəaliyyəti haqqında söz açıblar.

Daha sonra professor Qafar Cəbiyev Azərbaycan tarixindən, keçdiyi həyat yolundan maraq kəsb edən qısa məlumat verib.

Sonda alimin elmi fəaliyyəti haqqında videoçarx nümayiş etdirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Sentyabr 2025 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see405

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see322

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see279

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see269

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see268

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see256

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see253

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see245

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see243

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see241

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see228

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see216

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see215

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see215

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see214

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see212

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see210

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see201

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri