Icma.az
close
up
RU
Cinayətə meyilli yeniyetmələr: Problemin kökü haradadır?

Cinayətə meyilli yeniyetmələr: Problemin kökü haradadır?

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Son aylarda yeniyetmələr arasında cinayət hallarının artması ictimai narahatlıq doğuran əsas məsələlərdən birinə çevrilib. Mütəxəssislər bu tendensiyanın dərin sosial, psixoloji və ailəvi səbəblərə söykəndiyini bildirir və problemin qarşısını almaq üçün preventiv tədbirlərin gücləndirilməsinin vacibliyini vurğulayırlar.

Mövzu ilə bağlı psixoloq Fərqanə Mehmanqızı Gununsesi.info-ya açıqlamasında yeniyetmələr arasında artan cinayət meyillərinin kökündə dayanan əsas amillərdən danışıb.

“Ailə nəzarətinin zəifliyi və psixoloji təzyiqlər riskli davranışları artırır”

Psixoloqun sözlərinə görə, problemin ilk səbəbi ailədaxili nəzarətin zəifləməsi və valideyn laqeydliyidir:

“Düşünürəm ki, buna bir neçə amil təsir edir. Ailədə nəzarətin zəifliyi, ailə münasibətlərinin pozulması, valideynlərin laqeyd davranışı, eləcə də qohumlar arasında gərgin münasibətlər uşaqların psixoloji durumuna mənfi təsir göstərir və riskli davranışların artmasına yol açır”.

Fərqanə Mehmanqızı qeyd edir ki, bəzi televiziya kanallarında yayımlanan xarici filmlər və seriallar yeniyetmələrdə cinayətkar obrazlara rəğbət formalaşdırır:

“Bu kimi seriallarda cinayətkarlar qəhrəman kimi təqdim olunur. Onlara rəğbət yaradılır ki, bu da yeniyetmələrin şüurunda yanlış qəhrəmanlıq modeli formalaşdırır”.

Psixoloq əlavə edir ki, sosial-iqtisadi çətinliklər və müxtəlif mühitlərdə psixoloji zorakılığa məruz qalmaq da riskli davranışları artıran mühüm faktorlardandır:

“Məktəbdə və ailədə psixoloji zorakılığa məruz qalan uşaqlar intiqam hissi ilə özünü ifadə etmək üçün qeyri-qanuni yollara üz tuturlar. Eyni zamanda özlərini yetkin və güclü göstərmək istəyirlər”.

Sosial şəbəkələr və neqativ trendərin təsiri

Fərqanə Mehmanqızı sosial şəbəkələrin yeniyetmələrə təsirinin danılmaz olduğunu vurğulayır:

“İnternet həm müsbət, həm də mənfi təsir gücünə malikdir. Aqressiv məzmunlar, cinayəti təşviq edən paylaşımlar uşaqlarda aqressiyanın artmasına səbəb olur. Bu gün bəzi musiqi trendləri, cinayətkarları simvolizə edən dövmələrin yayılması, ‘vor zakon’ simvollarının populyarlaşması yeniyetmələrə birbaşa təsir göstərir”.

Psixoloqun fikrincə, mühit də önəmli rol oynayır. Emosional olaraq zəif və zorakılıq görmüş uşaqlar neqativ qrupların təsiri altına daha sürətlə düşür:

“Belə uşaqlar tez idarə olunan vəziyyətə keçir, pis qrupların təsiri altında müəyyən davranışları təkrarlamağa başlayırlar”.

Problemin qarşısı necə alınmalıdır? 

Mütəxəssis problemin həlli istiqamətində görülməli olan addımları da açıqlayıb:

“Ailədaxili dəstək artırılmalı, uşaqların psixoloji ehtiyacları öyrənilməli və onların inkişafına diqqət yetirilməlidir. Məktəblərdə psixoloqların fəaliyyəti gücləndirilməli, psixoloji maarifləndirici dərslərə yer verilməlidir”.

O bildirir ki, risk qrupuna aid yeniyetmələrlə xüsusi proqramlar çərçivəsində iş aparılmalıdır:

“Uşaqlar mütəmadi diaqnostika olunmalı, problemli yeniyetmələrlə müxtəlif qurumlar birgə işləməlidir. Belə uşaqlara fərdi proqramlar tətbiq olunarsa, bu dövrü daha sağlam və təhlükəsiz şəkildə keçə bilərlər”.

Psixoloqun sözlərinə görə, problemin həlli yalnız bir qurumun üzərinə düşmür:

“Bu məsələ təhsil müəssisələrinin, hüquq-mühafizə orqanlarının və psixoloji xidmətlərin əməkdaşlığı ilə birgə işlənməlidir. Vaxtında görülən tədbirlər böyük fəsadların qarşısını ala bilər”.

Ayşən Rəhim

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 19 Noyabr 2025 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see432

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see428

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see306

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see282

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see271

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see265

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see262

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see258

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see242

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see227

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see220

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see217

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see216

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see213

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see212

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see211

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see208

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see207

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see205

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri