Icma.az
close
up
RU
Cinayətkarlıqla mübarizədə Vətəndaş cəmiyyətinin rolu ŞƏRH

Cinayətkarlıqla mübarizədə Vətəndaş cəmiyyətinin rolu ŞƏRH

Icma.az, Azpolitiki.az-ə istinadən məlumat verir Cinayətkarlıqla mübarizədə Vətəndaş cəmiyyətinin rolu ŞƏRH.

Şəmsəddin Əliyev,

“Polisə Dəstək” İctimai Birliyin sədri 

Dövlətin vətəndaş cəmiyyəti üzərində nəzarəti 

həyata keçirmək üçün yetərincə gücü var. 

Con Lokk, ingilis filosofu

Vətəndaş cəmiyyəti dövlət hakimiyyət orqanları mexanizmlərindən kənar qeyri-kommersiya istiqamətlərinə uyğun təsis edilən və müdaxilədən uzaq bərabər hüquqlu mühüm bir ictimai nəzarət sahəsidir.

Amerikan politoloqu Devid İstonun klassik sxeminə uyğun olaraq vətəndaş cəmiyyəti dünyanın siyasi sistemlərində süzgəc rolunu ifa edir. Onun mövcudluğu üçün aşağıdakı faktorlara ehtiyac var:

-Sosial sahədə hüququn aliliyinin dərk edilməsi;

-Vətəndaşların hüquq və azadlıqlarının təmini və müdafiəsində iştirakı;

-Vətəndaş mədəniyyətinin və nümunəvi etik davranış qaydalarının nümayiş etdirilməsi;

-Əhali arasında yüksək ictimai həmrəyliyin hüquqi bilik və təhsil səviyyəsinin artırılması;

Bu mənada, Vətəndaş cəmiyyəti özbaşınalıqlara və sui-istifadələrə qarşı dövlətin daxili və xarici siyasətinin, habelə funksiyalarının inkişafına dəstək nümayiş etdirməlidir. Vətəndaş cəmiyyəti siyasi cəmiyyətin elə bir sahəsidir ki, orada dövlətin mütləq maraqları olur.

Bütün hallarda Qeyri Hökümət Təşkilatlarının fəaliyyət istiqamətlərinin dövlət tərəfindən tənzimlənməsi qaçılmazdır. Alman iqtisadçıları və sosioloqları Karl Marks və Fridrix Engelsin fikirlərinə görə vətəndaş cəmiyyətinə tam azadlığın və sərbəstliyin verilməsi mümkünsüzdür. QHT-lərin fəaliyyətləri icraya yönələrkən şəxsi maraqlarla hakimiyyət maraqları arasında müəyyən əksiklər ola bilər. Vətəndaş cəmiyyəti ictimai maraqları qorumaqla hakimiyyətlə qarşılıqlı əməkdaşlığa başlayır. Nəticədə ictimai həyatın özəl dairəsi inkişaf edir, ictimai maraqlara xidmət edən inistitutlar və təşkilatlar yaranır. Bazar iqtisadiyyatı sisteminin və hüquqi dövlətin, habelə hüququn aliliyinin təmin olunması şəraitində vətəndaş cəmiyyəti formalaşır. Beləliklə, təkcə özəl sahənin yox, ictimai həyat dairəsinin inkişafı əsasında vətəndaş cəmiyyətinin formalaşdırılması mərhələsi, onun qloballaşması və plüralist mövqeyi aktuallaşır.

Vətəndaş cəmiyyətinin ictimai münasibətlərin tənzimlənməsində də fəal rolu var. Bəzən əhalinin hüquqi biliklərinin artırılması istiqamətində vətəndaş cəmiyyətinin səriştəsi az hiss olunur.


İnkişaf etmiş ölkələrdə vətəndaş cəmiyyəti anlayışının fundamental dəyəri iki konsepsiya üzərində qurulur: Antropoloji konsepsiya; (insanın yaranması və inkişafı, insan irqlərinin yaranması və insanın fiziki quruluşunun normal dəyişmələri-insan haqqında elm); Siyasi-iqtisadi konsepsiya; (xüsusi mülkiyyət)

Qədim Şərqdə insanın yaranması dinlə əlaqələndirilir. Antik dövrdə isə bu sahəyə aid iki nöqteyi-nəzər mövcud olmuşdur:

1.Atomistlərin nəzərinə görə insanın formalaşması canlı aləmin son nəticəsi kimi qəbul edilir.

2. İdealistlərin nəzərinə görə isə insanın mövcudluğu fövqəltəbii qüvvələrlə şərtlənir.

XVIII əsrdə insan primatlar (primates - heyvanlar aləminin məməlilər sinfinə aid dəstəsi, bu dəstəyə meymunlar və insan da, daxil olur. Dəstə 400 növdən çoxdur) dəstəsinə aid olub. Karl Linney, XIX əsrdə isə Batist Lamark (fransız bioloqu) təkamül nəzəriyyəsini irəli sürüb. Tarixi evalyusiya konsepsiyanın banisi - Lamarkizm bütün hallarda vətəndaş cəmiyyətinin əsas məqsədi ağıllı sosial varlığın və ya sosiumun, insanların öz aralarında mümkün münasibətlərin normal məcraya, qarşılıqlı anlaşmaya yönləndirən sahəni səfərbər etməsindən ibarət olmuşdur. 

Alman və amerikalı filosof, sosioloq və kultroloq, Frankfurt məktəbinin görkəmli nümayəndəsi Herbert Markuse özünün "Ağıl və inqilab" kitabında yazır: "Faşizm dövründə vətəndaş cəmiyyəti dövlət üzərində hökmranlıq edərdi. Hüquqi və demokratik dövlətlərdə, habelə bazar iqtisadiyyatı sisteminə malik ölkələrdə vətəndaş cəmiyyətinin hüquq münasibətlərinin inkişafında dövlətlə birgə iştirak etməsi üçün yüksək mənəvi, mədəni və sosial-iqtisadi zəmin yaranır".

Qeyd etdiklərimi əsas gətirməklə vətəndaş cəmiyyətinin funksiyalarını da önə çəkmək yerinə düşərdi: İlk növbədə bu yöndə çalışanlar insan həyatının özəl sahəsini müdafiə etməli; Hakimiyyətin bölgüsü və hüquqi dövlətin konstitusion prinsiplərinə riayət etməli; Siyasi hakimiyyətin mütləq hökmranlığına mane olmalı; Dövlətlə cəmiyyətin kommersiya sferasında balansını təmin etməyə çalışmalı, ictimai münasibətləri və prosesləri stabilləşdirməyə səy göstərməli; Cəmiyyətdə ictmai həmrəyliyin və ictimai marağın inkişafına və müdafiəsinə çalışmalı; Korrupsiyaya şərait yaradan risklərin qanunvericiliyə uyğun vaxtaşırı monitorinqini həyata keçirməli; Hüquqi dövlətlərdə konstitutsion prinsiplərin həyata keçirilməsi sahəsində çalışmalıdır..


Lakin müasir dövrdə QHT-lər bəzən həmrəylikdən uzaq olur, qrup maraqlarına üstünlük verir. Qanun lahiyələrinin ictimai müzakirələrində və yaxud beynəlxalq tədbirlərdə eyni QHT-lər iştirak edir. Necə deyərlər "növbətçi QHT-lərə" həmişə, hər yerdə yer var.

3 dekabr 2024-cü ildə Milli QHT Forumu eyni QHT-lərin Mərkəzi İcra Hakimiyyəti orqanlarının İctimai Şuralarında təmsil olunması barədə narahatlığını ifadə edib. Fəaliyyət istiqamətləri Mərkəzi İcraiyyə Hakimiyyəti (MİH) orqanlarının fəaliyyət istiqamətləri ilə uzlaşmayan QHT-lər say etibarilə çoxdur. Xarici donorlarla maliyyələşən QHT-lər də olub, yəqin yenə var.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan televiziyalarına verdiyi müsahibəsində də bu məsələyə toxunub... Zamanında Soros fondunun və USAİD-in maliyyə dəstəyi ilə "İcraya yönələn" lahiyələri də bura aid etmək olar.

Milli QHT- Forumu hesab edir ki, İctimai Şuralar "İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikasının qanunu ilə həyata keçirilməlidir. Qanunda QHT sədrlərinin bir neçə şurada təmsil olunmasına məhdudiyyətlər yoxdur. Hər şey də buradan qaynaqlanır. Əslində, "İctimai iştirakçılıq" sözü Azərbaycan dilinin orfoqrafiyasına ziddir. "İctimai" yox, "İctimaiyyətdə iştirakçılıq" və yaxud “Cinayətdə iştirakçılıq" ola bilər. "İctimai iştirakçılıq" qüsurlu ifadədir. Qanunun adının "İctimai həmrəylik" və yaxud “İctimai maraq haqqında” formasında dəyişiməsi daha ağlabatandır.

Vətəndaş cəmiyyətinin hüquqi dövlətin anlamına uyğun formalaşdırılması əhalinin təhsili milli mənəvi, mədəni və tərbiyəvi dəyərlərindən çox asılıdır.

Hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqədə olan QHT-lər də azdır. Müəyyən qism QHT-lər öz fəaliyyətlərini hüquq mühafizə orqanlarının fəaliyyət istiqamətlərinə uyğun həyata keçirmək istəsələr də, mövqelər üst-üstə düşmür, qarşılıqlı metod və üsullar bir-birinə zidd oluduğundan əməkdaşlıq alınmır.

1979-cu ildı BMT tərəfindən "Vəzifəli şəxslərin asayişə dəstəyi haqqında" qəbul etdiyi Kodeks və 1989-cu ildə "Vəzifəli şəxslərin hüquq-mühafizə orqanlarına dəstəyinin səmərəli həyata keçirilməsinə dair əsas prinsiplər" haqqında sənəd bir çox ölkələrin hüquq-mühafizə orqanları əməkdaşlarının davranış kodeksinə -normalarına çevrilib. İnsan hüquq və azadlıqlarını müdafiə etməklə, vəzifəli şəxslərin özbaşınalıqlarının və sui-istifadələrinin qarşısını almağa, vətəndaşlarla qarşılıqlı əlaqənin mümkünlüyünə zərurət yaradır. Cinayətkarlıqla səmərəli mübarizənin təşkili üçün vətəndaş-polis münasibətlərinin inkişafına ehtiyac var. Vətəndaşların bu yöndə polislə əməkdaşlığı həmişə olub və indi də hər bir ölkədə var. Bu məqsədlə Avropada Əməkdaşlıq və Təhlükəsizlik təşkilatı, Şimali Amerikada 57 ölkənin birliyi, Avropada və Mərkəzi Asiya üzrə təşkilatlar ərsəyə gəlib.

Polis və cəmiyyətin birgə əməkdaşlığı nəticəsində cinayətkarlıqla mübarizədə arzuolunan nəticələr əldə edilir, hazırlanan və baş verəcək cinayətlərin qarşısı alınır, həyata keçirilən birgə tədbirlər ictimai təhlükəsizliyin və vətəndaş məmnunluğunun bərqərar olmasına və rahatlığının təmininə dayanıqlı zəmin yaradır. Bu sahədə əsas beynəlxalq sənəd "Polis haqqında Bəyannamə" sayılır. Sənəd 1979-cu ildə AŞPA tərəfindən qəbul olunub. Bəyannamədə polisin riskli bir fəaliyyətlə məşğul olması vurğulanır. Ona görə də, polis-vətəndaş əlaqələri nə qədər sıx və səmimi olarsa cinayətkarlıqla mübarizədə də bir o qədər uğurlu nəticə əldə etmək mümkündür.

Müxtəlif ölkələrin polis orqanlarının vətəndaş cəmiyyəti ilə əməkdaşlıq təcrübəsinə istinad etsək ictimai təhlükəsizliyin təmin olunmasında vətəndaşların iştirakının şahidi olarıq. Məsələn, ABŞ-də ixtisaslaşmış proqram əsasında cinayətkarlıqla mübarizədə vətəndaş cəmiyyəti mühüm rol oynayır. Yaponyada, Qərb ölkələrində təkmil proqramlar əsasında vətəndaş cəmiyyətinin dəstəyindən istifadə edilir. Vətəndaşlar ictimai borcun yerinə yetirilməsi zamanı missiyalarını çox asan dərk edir, cinayətkarlığın xəbərdarlığı və hüquq qaydalarının qorunmasında kollektiv formada çalışırlar. Yaponiyada cinayətkarlığın xəbərdarlığı və hüquq qaydalarının təmini üzrə müvafiq məntəqələr yaradılır.

ABŞ-də polis köməkçilərindən ibarət (Ehtiyatda olan vətəndaşlar adlandırılır) qrup formalaşdırılır, ictimai yerlərdə "patrul" xidməti təşkil olunur;

Belarus, Böyük Britaniya, ABŞ və Estoniyada hüquq-mühafizə istiqamətlərində könüllü və ya ictimai qruplar formalaşdırılır;

ABŞ-də vətəndaşların cinayətkarlıqla mübarizədə polis orqanlarına dəstəyi üçün internet vasitəsilə xüsusi proqramlar hazırlanır. Sakinlər twitter və digər sosial şəbəkələr vasitəsilə cinayətlər barədə polisə məlumatlar verir. Hansı regionda əhali bu imkandan istifadə edirsə, həmin ərazidə cinayətlərin qeydiyyatında azalmalar müşahidə olunur.

Amerikada bu sahədə daha çox nüfuza malik "Xalq Polis Akademyası"nın yaradılmasını göstərmək olar. Akademyanın əsas məqsədi əhalini polisin işi ilə tanış etmək və polislə vətəndaşlar arasında əlaqəni gücləndirməkdən ibarətdir. "Xalq Polis Akademyası"nı bitirənlər cinayətkarlıqla mübarizə işində polisin rolunu və spesfisikasını yaxşı başa düşür, polislərlə tərəddüd etmədən əlaqə saxlayır, sıx əməkdaşlıq edirlər.

Gündoğan ölkə - Yaponyada isə vətəndaş cəmiyyəti şəbəkəsi fəal mövqe nümayiş etdirir. Orada 50 ailənin yaşadığı ərazidə hüquq qaydalarının mühafizəsi məqsədilə yaradılan şəbəkə məntəqələrdə olur, təhlükəsizlik işində fəal iştirak edir, polislərlə sıx əlaqə saxlayırlar.


Böyük Britaniyada, Almaniya Federativ Respublikasında və Kanadada ictimaiyyət üzvlərindən formalaşan qruplar polis orqanları ilə birgə patrul xidmətində, dayaq məntəqələrində kriminal hadisələrin qarşısının alınmasında, hüquq qaydalarının mühafizəsində, profilaktik tədbirlərin və maarifləndirmə işinin həyata keçirilməsində iştirak edir və bu sahədə töhfəsini verirlər.

Bu mənada Böyük Britaniyada dövlət və ictimai institutların sıx və səmərəli əməkdaşlığı diqqət çəkir. Antikriminal siyasət- "Law and order" çərçivəsində qarşılıqlı əməkdaşlıq xoş niyyətdən və ümumi maraq naminə çalışmaqdan xəbər verir. Məhz, bu ölkədə əhali ilə İngilis polisi arasında mövcud əməkdaşlıq və xoş ovqat sayəsində polislərdən ibarət formalaşmış hissələrdə vətəndaşlar könüllü iştirak edir və həftə ərzində minimum 4 saat birlikdə çalışırlar.

Holland polisi də üzərinə düşən vəzifə funksiyalarını yüksək məsuliyyətlə icra etdiyindən, vətəndaşlar könüllü şəkildə polisin cinayətkarlıqla mübarizə tədbirlərində fəal iştirak edirlər. Könüllülər müəyyən hazırlığa malik vətəndaşların tərkibindən seçilir və asayişin mühafizəsinə cəlb olunurlar.

İnteraktiv sorğuların nəticələrinə görə, Niderland sakinləri öz polislərinə inanmaqdan fəxr edirlər və polis peşəsini nüfuzlu, daha çox etibar edilən peşə kimi tanıyırlar.

1995-ci ildən başlayaraq Polşa Respublikasında cinayətkarlığın xəbərdarlığı üzrə "Təhlükəsiz səhər" proqramı reallaşıb. Bu proqramın əsas məqsədi vətəndaşlardan daxil olan məlumat və təşəbbüsləri polisin iş stilinə vəüslubuna uyğunlaşdırmaqdır. Proqram çərçivəsində yerli əhalidən ibarət “kollektiv birliklər” yaradılır.

Danimarka Krallığında - Skandinaviya dövlətində hüquq qaydalarının təmini işində vətəndaşların cəlb olunması qeyri adi formada həyata keçirilir. Dövlətin "iz təcrübəsi" əməliyyatı səmərə verir. Təqaüddə olanlar kiçik mükafatla təhkim olunmuş ərazilərdə müntəzəm "xidmət" aparırlar. Ərazidə olan nəqliyyat vasitələrinə diqqət və küçədəki şəraitə nəzarət edir, müşahidə etdikləri hüquq pozuntuları barədə ərazi üzrə polisə çevik məlumat verirlər.

Fransada isə "Polisin yaxınları" kimi bir konsepsiya var. Dövlətin, yerli idarəçilik orqanlarının və müxtəlif fəaliyyət istiqamətli ictimai təşkilatların ictimai təhlükəsizliyin təmini sahəsində əməkdaşlığı qanunla tənzimlənir, lokal təhlükəszilik fəaliyyəti müasir Fransanın təhlükəsizlik siyasətinin simvolu kimi qəbul edilir.

Yəhudi dövləti sayılan İsraildə polislə cəmiyyət arasında könüllü əsaslarla "Drujina" təşkilatları fəaliyyət göstərir. "Drujina" iki hissədən ibarətdir. Birinci hissə "Mühafizə drujinası"dır (vətəndaşlardan ibarət könüllü dəstə, heyət, hissə). Bu hissə terrorçuluq fəaliyyətin qarşısın almaq və piyada patrul xidmətinə dair tapşırıqların icra olunması ilə bağlı təbdirlər həyata keçirir. Könüllülər yaşadıqları ərazi üzrə fəaliyyət göstərirlər, təhsil müəssisələrinin və ictimai nəqliyyatın mühafizəsi ilə də məşğul olurlar.

İkinci hissə könüllülərdən ibarət xüsusi dəstədir. Onlar polisin peşəkar hüquq-mühafizə fəaliyyətinə kömək edir, axtarışda olanların yerinin müəyyən edilməsində, suda batan şəxslərin xilasında dəstək nümayiş etdirirlər.

ABŞ-nin Alabama ştatında isə "Yaxşı keşiş" əməliyyatı keçirilir. Bu çərçivədə yerli kilsənin 40 keşikçisinə cinayətkarlıqla mübarizədə iştirak etmək və dəstək olmaq naminə təlim keçirlər.

Polis haqqında Azərbaycan Respublikasının qanununda polisin insan və vətəndaş hüquq və azadlıqlarına hörmət, qanunçuluq, humanistlik prinsipləri əsasında fəaliyyət göstərməsi qeyd edilib. Polisin hər hansı bir şəxslə (hətta, cinayət törətmiş şəxslərlə) insan ləyaqətini alçaldan şəkildə rəftar etməsi yolverilməz hesab olunur.

Polis vəzifə funksiyalarını vətəndaş və vətəndaş cəmiyyətinin məlumatlarından istifadə etməklə, qarşılıqlı əlaqədə həyata keçirir. Vətəndaşların təhlükəsizliyinin, hüquq və azadlıqlarının təmin edilməsi zaman bu imkanlardan istifadə edilir. Bütün hallarda vətəndaşlar da polis orqalarında özünün canlı müdafiə vasitələrini aydın görürlər, onlara inanır və hər zaman mübariz keşikdə olanlara güvənirlər.

Polis fəaliyyətini milli qanunvericilikdə, "Polis haqqında" qanunda əksini tapan tələblərə müvafiq həyata keçirir. Vətəndaş cəmiyyəti də, yalnız müəyyən hədd daxilində polislə birgə çalışır. Polisin məxfi şəbəkə ilə işləməsini nəzərə alsaq ictimai birliklərin əməliyyat-axtarış fəaliyyətinə çox nüfuz etməsi yolverilməzdir. Məsələn, Rusiya Federasiyasında polisin vətəndaş cəmiyyəti ilə əməkdaşlığı aşağıdakı formada təşkil olunur:

- Birgə fəaliyyət - müxtəlif profilaktik tədbirlər həyata keçirmək;

- Hazırlanan, baş verəcək və baş vermiş cinayətlər barədə məlumat vermək

Rusiya federasiyasının “Vətəndaşların ictimai qaydanın qorunmasında iştirakı” haqqında qəbul etdiyi qanuna görə vətəndaşlar itkin düşmüş şəxslərin axtarışında iştirak, polislə ştatdankənar əməkdaşlıq edir, hüquqpozmalarla əlaqədar polis orqanlarına məlumat verir, ictimai yerlərdə davranış normaları və hüquqi biliklər barədə tövsiyyə xarakterli məlumat yayır.

Rusiya Federasiyasında İctimai Şuraların tərkibində nümayəndəli oprqanların deputatları, hüquq-mühafizə orqanlarının veteranları, KİV-in əməkdaşları, yaradıcı və ictimai təşkilatların üzvləri, elm və təhsil sahəsində çalışanlar, ictimai xadimlər və din xadimləri də daxildir.

İctimai Şuralar Rusiyanın bütün regionlarında yaradılıb. Eyni zamanda Rusiya DİN-də də belə bir şura var.

Bir növ İctimai Şuralar polis və vətəndaşların qarşılıqlı əməkdaşlığı üçün mühüm kommunikasiya meydanına çevrilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://azpolitika.info
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qərbi Azərbaycan Xronikası: Alçalı Təpə, Amağu, Amasiya Türk tarixinin izi

19 Fevral 2025 01:48see114

“Biz onlardan qorxmuruq” Zelenski

19 Fevral 2025 03:17see113

Zelenski Ərdoğana sığındı: Türkiyə meydana girir

19 Fevral 2025 07:01see112

Avropanın ən güclü iki ordusu var: biri Türkiyə… Zelenski

20 Fevral 2025 01:38see112

Alsu Anastasiya Reşetovanın “tikanlarına” cavab verdi

20 Fevral 2025 01:09see112

Pakistanla strateji tərəfdaşlığın hədəfləri

19 Fevral 2025 08:08see110

Ana dili milli kimliyimizin rəmzidir Deputat yazır

20 Fevral 2025 10:27see110

Rubio: Qərb Rusiyaya qarşı sanksiyaları yenidən nəzərdən keçirməli olacaq

19 Fevral 2025 01:08see110

Azərbaycanda bəzi saytlar hekləndi ARALARINDA MƏŞHUR İNFORMASİYA AGENTLİYİ DƏ VAR FOTO

20 Fevral 2025 12:25see110

Naxçıvan Teatrının təbrizli aktyor rejissoru

20 Fevral 2025 10:52see109

Ədliyyə Nazirliyi bələdiyyələrlə bağlı tövsiyə hazırladı

19 Fevral 2025 10:50see109

Axtarışda olan 122 nəfər TUTULDU

20 Fevral 2025 10:46see109

Kiyevdə ardıcıl partlayışlar baş verdi

19 Fevral 2025 01:31see109

Xanım sürücünün maşınını təpiklədi

19 Fevral 2025 12:06see108

Makron Putinlə dialoq istəyir

19 Fevral 2025 01:00see108

Bosch 550 işçini ixtisar edə bilər

20 Fevral 2025 22:52see108

Sensasiyalı proqnoz: Yerin daxili nüvəsi yaxın 15 ildə DAYANACAQ

19 Fevral 2025 05:33see108

Ər Riyad danışıqları Avropanı qorxuya salıb “Le Parisien”

19 Fevral 2025 00:08see107

Dünyanın ən səs küylü şəhərinin adı açıqlandı

20 Fevral 2025 12:31see107

Niyə avtobuslarda tərs oturacaqlar var?

19 Fevral 2025 00:18see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri