Çində aviareyslər kütləvi ləğv edilir
Azvision portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Məlumata görə, əsasən Cənub-Şərqi Asiya və Avstraliya istiqamətlərindəki uçuşlar ləğv edilib. Sərnişinlər xüsusilə China Eastern Airlines və Sichuan Airlines tərəfindən həyata keçirilən reyslərin dayandırıldığını bildirirlər.
Bəzi sərnişinlər uçuşlarının ləğv olunduğunu səfərdən bir neçə həftə əvvəl, digərləri isə son anda öyrəndiklərini qeyd edir ki, bu da onların iş və təhsil planlarına ciddi təsir göstərib.
Aviaşirkətlər reyslərin ləğvini təsdiqləsələr də, bunu ümumi şəkildə “siyasətin tənzimlənməsi” ilə izah edib, konkret səbəbləri açıqlamayıblar.
Qeyd olunur ki, bu vəziyyət Çində ən sıx turizm dövrlərindən biri olan "Qızıl həftə" ərəfəsində baş verir. Bu dövrdə həm daxili, həm də beynəlxalq səfərlərin sayında kəskin artım müşahidə olunur.
M.Həsənli
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Bəzi sərnişinlər uçuşlarının ləğv olunduğunu səfərdən bir neçə həftə əvvəl, digərləri isə son anda öyrəndiklərini qeyd edir ki, bu da onların iş və təhsil planlarına ciddi təsir göstərib.
Aviaşirkətlər reyslərin ləğvini təsdiqləsələr də, bunu ümumi şəkildə “siyasətin tənzimlənməsi” ilə izah edib, konkret səbəbləri açıqlamayıblar.
Qeyd olunur ki, bu vəziyyət Çində ən sıx turizm dövrlərindən biri olan "Qızıl həftə" ərəfəsində baş verir. Bu dövrdə həm daxili, həm də beynəlxalq səfərlərin sayında kəskin artım müşahidə olunur.
M.Həsənli
AzVision.az
Baxış sayı:150
Bu xəbər 16 Aprel 2026 15:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















