Çində hibrid modellərə güzəştlər ləğv edilir XARİCƏ MÜMKÜN TƏSİRİ
Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.
2027-ci il yanvarın 1-dən etibarən Çində hibrid modellərə və hidrogenlə işləyən avtomobillərə güzəştlər ləğv edilir.
Avtosfer.az xəbər verir ki, Çin hökuməti bu qərarı öz məqsədlərinə çatması ilə izah edir. Vergi güzəştləri 2012-ci ildən tətbiq edilirdi. Bunun nəticəsində elektromobil, hibrid və hidrogen modellərinə maraq artıb. İyunda Çində satılan təzə avtomobillərin 62 faizdən çoxu sözügedən kateqoriyalardan olub.
Daxili bazarda artan maraq istehsalçıları da temp artırmağa vadar edib. Yerli bazar dolduğundan istehsalçılar xaricə yönəlirlər.
Elektromobillərə vergi tətbiq olunmur. Çin qanunvericiliyinə görə maşına vergi mühərrikin həcminə görə hesablanır. Elektromobildə isə yanacaqla işləyən mühərrik olmadığı üçün məntiqi olaraq vergitutma obyekti də yoxdur.
Yeni vergilər daxili bazarda satışların müəyyən qədər azalmasına səbəb olacaq və istehsalçılar xarici müştəri axtarmağa məcbur olacaq. Bunu isə cəmi bir neçə istehsalçı bacaracaq. Elə rəsmi pekin də istehsalçı sayının azlmasında maraqlıdır.
Bu qərardan sonra xarici bazarda Çin avtomobillərinin qiymətinin necə dəyişəcəyi isə həm də geosiyasi amillərdən asılı olacaq.
Vüqar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 08 İyul 2026 10:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















