Icma.az
close
up
RU
Çində həşərat və xərçəngkimilərin mümkün ümumi əcdadının qalıqları aşkar edilib

Çində həşərat və xərçəngkimilərin mümkün ümumi əcdadının qalıqları aşkar edilib

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 30 avqust, AZƏRTAC

Paleontoloqlar Çində “Kembri partlayışı” dövrünə aid qədim buğumayaqlı canlı – “Jianfengia”nın unikal qalıqlarını aşkarlayıblar. Onun sinir sisteminin quruluşunun öyrənilməsi göstərib ki, bu canlı bütün həşəratların və xərçəngkimilərin mümkün ümumi əcdadı ola bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Arizona Dövlət Universitetinin mətbuat xidməti məlumat yayıb.

“Bizim apardığımız təhlil göstərdi ki, əvvəllər hörümçəklər və əqrəblərin ibtidai qohumları sırasına aid edilən qədim buğumayaqlı “Jianfengia” müasir xərçəngkimilərə xas beyin quruluşuna malik olub. Bu, bizim üçün tam gözlənilməz bir kəşf oldu”, – deyə Arizona Dövlət Universitetinin professoru Nikolas Ştrausfeld bildirib.

Tədqiqatçılar uzun illərdir ki, buğumayaqlıların – həşəratların, xərçəngkimilərin, hörümçəklərin, gənələrin və çoxsaylı nəsli kəsilmiş onurğasızların erkən təkamül tarixini araşdırırlar. Yaxınlarda alimlər başqa bir qədim buğumayaqlı olan mollisonianın sinir sistemi üzərində apardıqları araşdırma nəticəsində hörümçəklərin əcdadının quruda deyil, ilkin okean sularında meydana çıxdığını müəyyənləşdiriblər.

Bu uğurlara əsaslanan paleontoloqlar oxşar yanaşma ilə Çində aşkarlanmış və 1984-cü ildən məlum olan “Jianfengia multisegmentalis” adlı yeni qalıqları tədqiq ediblər. Böyük gözləri və hörümçəklərin “dişlərinə” bənzər pəncələri olan bu qəribə “çoxayaqlı karides” uzun müddət hörümçəklərin, əqrəblərin, gənələrin və nalqabıqlının ibtidai nümayəndəsi hesab olunurdu.

Lakin mərkəzi sinir düyünlərinin quruluşu araşdırıldıqda məlum olub ki, onlar nə hörümçəklərin, nə də at nalı xərçənginin sinir sisteminə bənzəyir, əksinə, xərçəngkimilərin – krevetlərin və çay xərçənglərinin quruluşunu təkrarlayır. Buna görə də alimlər “Jianfengia multisegmentalis”in məhz həşərat və xərçəngkimilərin daxil olduğu çənəli buğumayaqlıların mümkün ümumi əcdadı ola biləcəyini güman edirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:245
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Avqust 2025 08:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see572

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see420

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see296

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see295

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see289

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see268

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see235

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see231

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see219

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see215

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see212

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see210

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see208

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see202

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see199

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see199

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see189

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see187

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri