Çində iki yerlik “UNO” satışa çıxarıldı
Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.
Çinin İu şəhərində UNO formalı qeyri-adi elektrik təyyarəsi satışa çıxarılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Sohu” portalı məlumat verib.
Portalın məlumatına görə, təyyarəyə iki nəfərə qədər sərnişin yerləşə bilər və əsasən qısa, aşağı hündürlükdə uçuşlar üçün nəzərdə tutulur.
Təyyarə disk formalı gövdəyə və şəffaf sferik kabinəyə malikdir.
Onun konstruksiyasında karbon lifindən və aviasiya alüminiumdan istifadə edilir, həmçinin, pərləri qoruyucu kanalların içərisində yerləşir.
Aparat su da daxil olmaqla, uçuş-enmə zolağı olmadan şaquli qalxma və enmə qabiliyyətinə malikdir.
İstehsalçı təyyarəni avtopilot sistemi ilə təchiz etdiyini, həmçinin, təyyarənin 5 bala qədər külək müqavimətinə malik olduğunu iddia edir.
Maksimum uçuş hündürlüyü təxminən 30 metr, uçuş müddəti isə 15 dəqiqəyə qədərdir.
Aparatın qiyməti 800 min yuana və ya təxminən 120 min dollara qədərdir.
Təyyarə artıq Çin Mülki Aviasiya İdarəsindın istismar üçün xüsusi icazə alıb.
Lakin, onun uzun məsafəli uçuşlar üçün deyil, əsasən aşağı hündürlükdə turizm marşrutlarında və nümayişlər üçün istifadə edilməsi planlaşdırılır.
Bu mövzuda digər xəbərlər:Tesla nın yeni modeli Çində satışa çıxarıldı FOTO
19 Avqust 2025 17:54
Biletlər satışa çıxarıldı
04 Noyabr 2024 17:35
Kapitan satışa çıxarıldı
05 İyun 2026 12:18
“Zadəgan” satışa çıxarıldı
24 Avqust 2026 16:05
Çində yüksəkvəzifəli şəxslər və generallar korrupsiyaya görə işdən çıxarıldı
27 İyun 2026 19:05
Baxış sayı:63
Bu xəbər 18 Sentyabr 2026 22:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















