Çindəki Huacian körpüsü Ginnesin Rekordlar Kitabına düşüb
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Pekin, 30 aprel, AZƏRTAC
Ginnesin Rekordlar Kitabı Çinin Quycou əyalətində Beypan çayının üzərində, Huacian Böyük kanyonunda tikilən körpünü dünyanın ən hündür körpüsü kimi tanıyıb.
AZƏRTAC xəbər verir ki, müvafiq hesablamalar aparıldıqdan sonra Huacian Böyük Kanyon körpüsünün çayın səthindən 626,01 metr yüksəkdə yerləşdiyi təsdiqlənərək, müvafiq sertifikat rəsmiləşdirilib. Daha əvvəl bu ünvana Beypan çayının üzərindəki digər körpü olan Beypancian sahib idi. Sözügedən körpü çayın səthindən 565,4 metr yüksəklikdə yerləşir. Quycou əyalətində dağlıq ərazilərdə xeyli sayda körpü var. Bunlardan 3-ü dünyanın ən hündür körpülərdir.
Qeyd edək ki, 3 il illik tikintidən sonra ötən ilin sentyabrında istifadəyə verilən Huacian Böyük Kanyon körpüsü kanyonun 2 tərəfi arasındakı məsafəni 2 saatdan cəmi 2 dəqiqəyə endirib. Ümumi uzunluğu 2 min 890, asma hissəsinin uzunluğu 1420 metr olan Huacin Böyük Kanyonu körpüsü həm də dünyada dağlıq ərazidə inşa edilən ən uzun asma körpüdür. Onun hündürlüyü San-Fransiskodakı “Qızıl qapı” (“Golden Gate”) körpüsündən təxminən 9 dəfə, Eyfel qülləsindən isə 2 dəfə çoxdur.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:181
Bu xəbər 30 Aprel 2026 13:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















