Icma.az
close
up
RU
Çindən Azərbaycana xeyli sayda turist gələcək AÇIQLAMA

Çindən Azərbaycana xeyli sayda turist gələcək AÇIQLAMA

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Pekinə rəsmi səfəri zamanı Çin və Azərbaycan arasında viza rejiminin ləğvi barədə sənəd imzalanıb. 

Çinlə Azərbaycan arasında vizanın ləğv olunması turizm sektoruna necə təsir edəcək və vizanın ləğv olunması nəticəsində Azərbaycanı ziyarət edən Çin vətəndaşlarının sayının artacağı gözlənilirmi?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında turizm eksperti Əziz Şiriyev bildirdi ki, bu çox aktual bir mövzudur. Onun sözlərinə görə, hazırda dövlətlər arasında bu qərar qəbul olunub, amma rəsmi qərar qəbul olunsa da, hələ də icrası həyata keçirilməyib:

"Çünki qərar verildikdən sonra onun texniki tərəfləri qüvvəyə minməlidir. Bu, sərhəd xidməti, gömrük və digər məsələlərin hamısının sistemə uyğunlaşdırılmasını tələb edir. Əvvəlcə rəsmilər qərar verir, daha sonra ikinci mərhələyə keçilir. Hazırda proses gedir.
Çinlə Azərbaycan arasında vətəndaşlar üçün vizanın götürülməsi nəinki turizm baxımından, həm də iqtisadi, siyasi, sosial, incəsənət və mədəniyyət sahələri baxımından çox mühüm addımdır. Çin istehsal, turizm və iqtisadi baxımdan çox güclü dövlətdir. Ona "Şərqin yatmış aslanı" da deyirlər. Eyni zamanda əhali baxımından da dünyanın ən böyük ölkələrindəndir. Statistikaya görə, çinlilər ən çox gəzməyi sevən millətlərdən biridir.
Bu gün ölkəmizə gələn turistlərin statistikasına baxsaq, birinci yerdə Rusiya, ikinci yerdə isə Hindistan dayanır. Rusiyanı nəzərə alsaq ki, orada yaşayan və ticari fəaliyyət göstərən azərbaycanlılar da var və onlar mütəmadi olaraq vətənə qayıdırlar, buna görə Hindistanı da bəzən birinci yerə qoymaq olar. Hindistan əhali baxımından Çindən sonra ikinci yerdədir. Bu onu göstərir ki, yaxın gələcəkdə Çindən ölkəmizə xeyli sayda turist gələcək".

Ekspertin fikrincə, Çindən ölkəmizə turistlərin gəlməsi iqtisadiyyatımıza birbaşa müsbət təsir edəcək.

"Bu, həm maddi, həm də mənəvi baxımdan istənilən təbəqəyə təsir göstərəcək. Qarşılıqlı olaraq Azərbaycan vətəndaşlarının da Çinə səfərləri artacaq. Çox insan "Dünyanın 8-ci möcüzəsi" adlandırılan Çin Səddini görmək arzusu ilə yaşayır.
Bu məsələnin iqtisadi tərəfi də var. Necə ki, hal-hazırda Özbəkistan və digər bölgələr bizim sahibkarlar üçün maraqlı bazarlardır, eləcə də Çinin ticarət şəhərləri, məsələn, Urumçi kimi şəhərlər həm turizm, həm də ticarət baxımından cazibədar olacaq. İnsanlar həm gəzəcək, həm də alış-veriş edəcəklər. Bu isə vətəndaşlar üçün həm ziyarət, həm də ticarət sayılacaq.
Bu, həm bizim, həm də Çin vətəndaşları üçün böyük bir şansdır. Ən əsası isə bizim üçün. Çin onsuz da dünya səhnəsində öz sözünü demiş bir hegemon dövlətdir. Xüsusilə də Zəngəzur dəhlizinin açılmasında Çinin öz maraqları var. Çünki Zəngəzur dəhlizi Naxçıvana, oradan Türkiyəyə, daha sonra isə Xəzər dənizi vasitəsilə Türk dünyasına və oradan da Çinə uzanır. Bu da Çin məhsullarının quru yolu ilə Avropaya çıxışı üçün böyük imkanlar yaradacaq.
Ümumiyyətlə, son dövrdə baş verən bütün hadisələrin ölkəmiz üçün nə qədər müsbət təsir doğuracağının yaxın gələcəkdə şahidi olacağıq",-deyə Əziz Şiriyev bildirdi.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:238
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 29 Aprel 2025 19:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see367

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see281

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see279

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see275

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see275

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see269

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see267

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see249

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see245

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see240

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see240

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see237

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see232

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see218

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see212

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see212

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see209

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see182

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri