Çinə məhsul ixracı üçün qida təhlükəsizliyini idarəetmə sistemləri hazırlanıb
Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan məhsullarının Çinə ixracı ilə bağlı qarşı tərəfə qida təhlükəsizliyini idarəetmə sistemləri haqqında hesabat göndərilib. SİA xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Balarəhim Quliyev Bakıda keçirilən IV Aqrobiznesin İnkişafı Forumunda bildirib.
"Çox böyük istehlak bazarı olan Çinə bizim sahibkarların, o cümlədən aqro biznes sahəsində fəaliyyət göstərən sahibkarların çıxışını təmin etmək üçün artıq bir sıra görüşlər keçirilib, protokollar imzalanıb. Qida təhlükəsizliyini idarəetmə sistemlərinin hazırlanması haqqında Azərbaycandan Çinə çox böyük hesabat göndərilib və bu hesabat qəbul olunub. Ümid edirik ki, yaxın vaxtlarda bu biznes sahəsini də öz sahibkarlarımızın xidmətinə verə biləcəyik", - deyə o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 02 May 2025 13:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















