Rüşvətxorluğa qarşı idarəetmə sistemləri standartı yenilənəcək
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan Standartlaşdırma İnstitutu "Rüşvətxorluğa qarşı idarəetmə sistemləri" standartının yenilənməsi istiqamətində işlərə başlayıb.
Bu barədə “APA-Economics”ə açıqlamasında Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktor vəzifəsini müvəqqəti icra edən Kəmalə Məmmədzadə deyib.
K.Məmmədzadə bildirib ki, AZSTAND əməkdaşları artıq bu standartın cari ilfə qüvvəyə minəcək yeni versiyasını hazırlayıb və aidiyyəti üzrə təqdim ediblər:
“Hazırda sənəd texniki komitədə müzakirə mərhələsindədir”.
O qeyd edib ki, standartların qəbul prosesi müəyyən prosedurlar əsasında həyata keçirilir: "Texniki komitə ilkin razılıq verdikdən sonra təqdim edilən sənədlər ekspertiza mərhələsinə daxil edilir. Ekspertiza başa çatdıqdan və rəy verildikdən sonra standart rəsmi şəkildə qəbul olunur. Hazırda qüvvədə olan versiya standartın əvvəlki – köhnə variantıdır. Yeni versiyanın qəbulundan sonra bu sənəd qüvvədən düşəcək və 2025-ci il versiyası hüquqi qüvvə qazanacaq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 24 İyun 2025 12:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















