Icma.az
close
up
RU
CineMastercard Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı parlaq şənlik təşkil etdi

CineMastercard Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı parlaq şənlik təşkil etdi

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hər il yayın ilk günü möhtəşəm hadisə baş verir - Uşaqların Beynəlxalq Müdafiəsi Günü! Bu bayram hamıya uşaqları qarşılıqsız sevməyin və onları xoşbəxt etməyin vacibliyini xatırladır. Bu sevincli gündə "CineMastercard" premium kinoteatrında kimsəsiz uşaqlar, şəhid və Qarabağ müharibəsi qazilərinin və aztəminatlı ailələrin uşaqları üçün əyləncə proqramı təşkil olunub.

Kloun və böyük "Sonik" kuklası gənc qonaqlara unudulmaz sevinc bəxş edərək onlara parlaq və yaddaqalan emosiyalar yaşadıblar. Uşaqlar üçün müxtəlif oyunlar və müsabiqələr təşkil olunub.

Bundan əlavə, uşaqlara popkorn və təravətləndirici içkilər kimi dadlı təamlar təqdim edilib. Bayram ab-havası, musiqi və şən animatorlar uşaqları sevindiriblər.

Əyləncə proqramından sonra gənc tamaşaçılar Azərbaycan dilində peşəkar dublyaj olunan "Paddinqton 3" komediyasını izləyiblər.

Filmi Azərbaycan dilində Murad Dadaşov, Kamran Ağabalayev, Sənubər İsgəndərli, Zemfira Əbdülsəmədova, Nəcibə Hüseynova, Ofeliya Novruzqızı, Vüqar Hüseynov, Vüsal Murtuzəliyev, Məsmə Aslanqızı, Nofəl Şahmaroğlu, İrana Kərimova, Səid Məmmədov, Sevda Biyik və Məmmədbağır Eyvazov səsləndiriblər.

Dublyajın rejissoru Vüqar Hüseynov, prodüseri və səs rejissoru Teymur Kərimov, tərcüməçisi Aytən Nəsirlidir.

Filmin rejissoru Duqal Uilsondur. Rolları Oliviya Kolman, Antonio Banderas, Emili Mortimer, Karla Tous, Hyu Bonnevill, Culi Uolters, Cim Brodbent, Madlen Harris və Semuel Coslin canlandırıblar.

"Lüsi xala" İmelda Stonton, "Paddinqton" isə Ben Uişou tərəfindən səsləndirilib.

Tərəfdaşların təşəbbüsü ilə "Cinema Distribution", "CineMastercard" kinoteatrı və layihənin müəllif hüquqları sahibi olan VOLGA şirkətinin dəstəyi ilə Azərbaycan tamaşaçıları üçün "Paddinqton 3" filminin peşəkar dublyajı olunub.

Tədbirin təşkilində fotoçəkiliş üzrə "Light in Black" kreativ şirkəti və Karnavaliya.az şirkətindən olan animatorlar dəstək göstəriblər.

"CineMastercard" bundan sonra da öz xoş ənənəsini - uşaqlara sevinc bəxş etməyi davam edəcək!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://oxu.az
archiveBu xəbər 02 İyun 2025 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see486

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see171

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see138

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see131

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see130

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see130

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri