Çingiz Hüseynzadə: Ümid edirik ki, “Çempionlar Xiyabanı” Azərbaycanın ən gözəl parklarından birinə çevriləcək
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
“Ağac həyatın dirçəlməsi, elə həyatın özü deməkdir. Biz həm Vətən müharibəsində əldə etdiyimiz Zəfərin 5 illiyi, həm də Bədən Tərbiyəsi və İdman Gününün 20 illiyi şərəfinə bu aksiyanı həyata keçiririk. Bununla da biz həmişə idmançılarımızın və xalqımızın yanında olduğumuzu nümayiş etdiririk”.
İdman.biz AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təşkil olunan ağacəkmə aksiyası zamanı jurnalistlərə açıqlamasında deyib.
O, Dənizkənarı Milli Parkın Ağ şəhər ərazisində yerləşən Qənimətlər parkında baş tutan aksiyanın Azərbaycanın titullu idmançılarının iştirakı ilə keçirilməsinin sevindirici olduğunu bildirib: “Çempionlar Xiyabanı”nın yaradılması məqsədilə bu gün burada yığışmışıq. İdman ictimaiyyətinin görkəmli nümayəndələrini də burada görmək çox xoşdur. Ümid edirik ki, bu ərazi yaxın gələcəkdə Azərbaycanın ən gözəl parklarından birinə çevriləcək”.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 04 Mart 2025 14:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















