Icma.az
close
up
RU
Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili: COP29da mühüm nəticələr əldə edilib AZƏRTAC

Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili: COP29da mühüm nəticələr əldə edilib AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 20 dekabr, AZƏRTAC

Fürsətdən istifadə edərək, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının uğurla keçirilməsi münasibətilə Azərbaycan tərəfini bir daha təbrik etmək istəyirəm. Azərbaycanın və digər tərəflərin birgə səyləri sayəsində COP29-da mühüm nəticələr əldə edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, “Bakı sıçrayışı” çoxtərəfli yanaşmanın təntənəsidir və COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir.

AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao iki ölkə arasında 2024-cü ildə əməkdaşlığın yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

“COP29-un uğurla keçirilməsi Azərbaycanın gücünü və beynəlxalq təsirə malik olduğunu dünyaya göstərdi, onun neft-qaz ölkəsi kimi “yaşıl” enerji transformasiyasını təşviq etməyə inam və qətiyyətini nümayiş etdirdi.

ÇKP MK Siyasi Bürosunun Daimi Komitəsinin üzvü, Çin Xalq Respublikası Dövlət Şurasının Baş nazirinin müavini Din Süesyan Çin Xalq Respublikasının Sədri Si Cinpinin xüsusi nümayəndəsi kimi COP29-da iştirak edib. Bu, BMT Təhlükəsizlik Şurasının daimi üzvü və qlobal “yaşıl” inkişaf sahəsində dünya lideri kimi Çinin bu konfransın keçirilməsində Azərbaycana güclü dəstək verdiyini tam şəkildə əks etdirir.

Çin qlobal ekoloji sivilizasiyanın qurulmasında iştirakçı və liderdir, bu məsələyə öz töhfəsini verir. 2020-ci ilin sentyabrında Çin Xalq Respublikasının sədri Si Cinpin təntənəli şəkildə elan etdi ki, Çin 2030-cu ilə qədər karbon qazı emissiyalarının pik səviyyəsinə və 2060-cı ilə qədər karbon neytrallığına nail olmağa çalışacaq. Çin “yaşıl” enerjiyə keçməsini sürətləndirir. 2023-cü ildə Çində alternativ enerji mənbələri ilə işləyən elektrik stansiyalarının müəyyən edilmiş gücü 1,5 milyard kVt-ı ötəcək. Bu, tarixən kömürlə işləyən elektrik stansiyalarının müəyyən edilmiş gücündən çox olacaq. 2024-cü ildə Çinin şəbəkəyə qoşulmuş günəş elektrik stansiyalarının müəyyən edilmiş gücünün külək stansiyalarının və su elektrik stansiyalarının gücünü ötməklə 850 milyon kVt-dan çox olacağı gözlənilir. Çin dünyanın ən böyük, ən əhatəli və rəqabətədavamlı bərpaolunan enerji sənaye zəncirini qurub. Ardıcıl 16 ildir ki, fotoelektrik modulların istehsalı üzrə dünyada birinci yerdəyik. Dünyada günəş batareyası və modul istehsalının 80 faizindən çoxu, dünya külək turbinləri istehsal gücünün 60 faizi və dünyanın yeni müəyyən edilmiş enerji saxlama sisteminin gücünün 50 faizi Çinin payına düşür.

Prezident İlham Əliyev “yaşıl” transformasiyaya böyük önəm verir və bəyan edib ki, Azərbaycan 2030-cu ilə qədər 1990-cı illə müqayisədə istixana qazı emissiyalarını 35 faiz azaldacaq, elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payını 30 faizə çatdıracaq və 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40 faiz azaltmaq məqsədinə nail olacaq. Çin tərəfi qeyd edib ki, Azərbaycanda il ərzində günəşli saatların sayı 2400-3200 təşkil edir, Xəzər dənizinin böyük külək potensialı var və bu da günəş və külək enerjisinin inkişafı üçün unikal şərait yaradır. Çin və Azərbaycanda “yaşıl” inkişaf ideyaları bir-birinə çox uyğundur və “yaşıl” enerji sahəsində əməkdaşlığın bir-birini tamamlaması göz qabağındadır.

Son illərdə Çin ilə Azərbaycan arasında ekoloji təmiz enerji sahəsində mübadilə və əməkdaşlıq bir sıra ilkin nailiyyətlər əldə etməklə sürətlənib. Ötən ilin oktyabrında Çin şirkəti tərəfindən tikilmiş 230 MVt gücündə Qaradağ günəş elektrik stansiyası uğurla şəbəkəyə qoşularaq ildə 500 milyon kilovatsaat gücündə elektrik enerjisi istehsal edib ki, bu da 110 min ailənin ehtiyacını ödəyəcək və ildə 200 min tondan çox karbon qazı emissiyasını azaldacaq. Bu, Mərkəzi Asiya və Cənubi Qafqazda ən böyük günəş elektrik stansiyasıdır. Bu, “yaşıl” enerji sahəsində Çin-Azərbaycan əməkdaşlığı çərçivəsində nümunəvi layihəyə çevrilib. 240 MVt gücündə külək stansiyası layihəsi həyata keçirilir. COP29 çərçivəsində Çinin yeni enerji mənbələri sahəsində “Power Construction Corporation” və “China Energy Engineering Group Co., Ltd (Energy China)” kimi böyük şirkətləri Azərbaycanla bir sıra mühüm əməkdaşlıq sənədləri imzalayıb, gələcəkdə ölkədə bir sıra yeni irimiqyaslı enerji layihələrini həyata keçirməyi planlaşdırıblar. Çin şirkəti Azərbaycanda bərpaolunan enerji mənbələri sahəsində layihələr üzrə ilk açıq beynəlxalq tenderin - 100 MVt gücündə Qobustan günəş elektrik stansiyası layihəsinin qalibi olub. “China Southern Power Grid International Limited (Honq-Konq)” və “Powerchina Huadong Engineerıng Corporation Limited” şirkətləri Azərbaycan Energetika Nazirliyi ilə enerjinin saxlanması sahəsində anlaşma memorandumu imzalayıblar”, - deyə D.Tao bildirib.

Bakıda 160 BYD elektrik avtobusunun istifadəyə verildiyini və gələcəkdə şirkətin Azərbaycanda elektriklə işləyən avtobuslar istehsal etməyi planlaşdırdığını qeyd edən diplomat deyib edib: “Son vaxtlar getdikcə daha çox Çin şirkətləri və yeni enerji mənbələrinin tədqiqi institutlarının nümayəndələri günəş enerjisi, külək enerjisi, enerjinin saxlanması və yaşıl hidrogen layihələri sahələrində əməkdaşlıq perspektivlərini müzakirə etmək, hökumət idarələri, yerli biznes və qurumlarla dərin mübadilələr aparmaq üçün Azərbaycana səfər edirlər.

“Çin Azərbaycanla “yaşıl” enerji sahəsində əməkdaşlığı daha da dərinləşdirməyə, təmiz enerji sahəsində qlobal tərəfdaşlığının yaradılmasına birgə köməyə, Azərbaycana strateji “yaşıl” inkişaf məqsədlərinə nail olmağa kömək etməyə və yerli məşğulluğu və əlaqəli sənayelərin inkişafına daha səmərəli kömək göstərməyə ümid edir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Dekabr 2024 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see409

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see395

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see340

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see301

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see296

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see285

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see261

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see253

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see238

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see228

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see172

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see155

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see143

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see137

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see129

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see127

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see126

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see123

Evdə Tək in aktyorlarını təsirli görüntüləri VİDEO

03 Dekabr 2025 00:12see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri