Icma.az
close
up
RU
Çinin Baş naziri: Pekin çoxtərəfli ticarət sistemini qorumağa davam edəcək

Çinin Baş naziri: Pekin çoxtərəfli ticarət sistemini qorumağa davam edəcək

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 8 iyul, AZƏRTAC

Çinin Baş naziri Li Çianq bildirib ki, Pekin dünya iqtisadiyyatını tez bir zamanda inkişaf yoluna çıxarmaq üçün beynəlxalq ictimaiyyətlə işləməyə hazırdır.

AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, Baş nazir BRICS-in 17-ci sammiti çərçivəsində Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru Nqozi Okonjo-İveala ilə görüşündə deyib: “Qlobal ticarət, artan təktərəflilik və proteksionizm ilə əhəmiyyətli dəyişikliklərə məruz qalıb, bu, beynəlxalq iqtisadi və ticarət nizamına ciddi şəkildə təsir edib, dünya iqtisadiyyatı və ölkələrin inkişafına ciddi problemlər yaradır”.

O əlavə edib ki, bu fonda beynəlxalq ictimaiyyətin çoxtərəfli ticarət sisteminin qorunmasına daha çox ehtiyacı var. İqtisadi qloballaşmanın tarixin dönməz tendensiyası olduğunu qeyd edən Li Çianq qeyd edib ki, Çin həmişə olduğu kimi, çoxtərəfliliyi və azad ticarəti qorumağa davam edəcək. Baş nazir Çinin mənfi xarici təsirlərə qarşı durmaq üçün zəngin resurs və vasitələrə malik olduğunu, həmçinin sabit və sağlam iqtisadi inkişafı dəstəkləməyə davam edəcəyini bildirib.

Onun sözlərinə görə, Çin bu il daha fəal və effektiv makro siyasətlər həyata keçirib, daxili tələbin genişləndirilməsi strategiyasını inkişaf etdirib və istehlakı artırmaq üçün xüsusi təşəbbüslər irəli sürüb. O, 1,4 milyarddan çox istehlakçıdan ibarət nəhəng bazarın yaratdığı tələbi diqqətə çatdırıb.

Baş nazir əlavə edib ki, Çin dünyaya könüllü və birtərəfli açılmaq üçün daha çox tədbirlər görəcək, ÜTT-nin prinsiplərinə və bazar qaydalarına ciddi əməl edəcək, dünyaya müsbət enerji yaymaq üzrə inkişaf imkanlarını digər ölkələrlə bölüşməyə davam edəcək.

Öz növbəsində, ÜTT rəhbəri qeyd edib ki, mövcud çoxtərəfli ticarət sistemi təsirlənib, qlobal iqtisadiyyat və ticarət artımı ciddi problemlərlə üzləşib. O, ÜTT üzvlərini dialoq və əməkdaşlığı gücləndirməyə, çoxtərəfli ticarət sistemini qorumağa və davamlı inkişafı təşviq etməyə çağırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 İyul 2025 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri