Icma.az
close
up
RU
Çinin dəhşətli silahı: Hər il onminlərlə amerikalı həyatını itirir

Çinin dəhşətli silahı: Hər il onminlərlə amerikalı həyatını itirir

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qan Turalı yazır...

ABŞ-nin bütün dünyaya qarşı elan etdiyi ticarət müharibəsi bir çox cəhətlər üzrə maraq doğurur. Müharibənin növbəti raundu üçün ən maraq doğurdan cəhət heç şübhəsiz ki, Trampın mobil telefon və kompüter kimi 20 adda məhsulu 125 faizlik gömrük vergisindən azad etməsidir. Bu qərar "Aplle" və "Dell" kimi firmaların maraqlarına xidmət edir.

Ancaq "Apple" firması gömrük qərarları qüvvəyə minməmiş Hindistanda olan 600 ton "iPhone"nu ölkəyə gətirmişdi. Söhbət 1.5 milyon ədəd telefondan gedir. "Apple"ın əsas istehsal gücü ölkə xaricində, daha konkret desək Çindədir. Telefonlara olan gömrük vergisi onları bahalaşdıracaq və "Apple" digər firmalara rəqabətdə uduzacaqdı. Eyni şeyləri "Dell" haqqında da demək olar. Ona görə də gömrük rüsumun ləğvi bu şirkətlər üçün çox vacibdir.

Əlbəttə, ticarət müharibəsinin nə ilə nəticələnəcəyi, hansı ölkələrin qaib gələcəyini indidən təxmin etmək çox çətindir. Müharibənin gedişatında sülh bağlanması ehtimalı da mövcuddur. Ancaq o zamana qədər Çinin əlində olan əhəmiyyətli bir silahdan danışmaq gərəkdir. Söhbət fentanil adlı narkotik maddədən gedir. Bu maddə nəticəsində hər il onminlərlə amerikalı həlak olur.

Tramp hökumətinin sərt gömrük siyasətinin bir səbəbi də fentanildir. Onlar öz qərarlarını əsaslandırarkən təkcə iqtisadi arqumentləri yox, həm də fentanil təhlükəsinə istinad edirlər.

Fentanil əvvəlcə tibdə istifadə edilən, daha sonra narkodövriyyəyə girən çox güclü bir ağrıkəsicidir. Müəyyən dərəcədə həzz də verir. ABŞ-yə əsas fentanil Kanada və Meksikadan ixrac edilir. Əlbəttə ki, qeyri-qanuni yollarla... Dünyada ən çox fentanil istehsal edən ölkə isə Çindir. Bu da Çinin əlində fentanil kartının olduğunu göstərir. Və bu kart ABŞ üçün çox böyük bir təhlükədir.

Çin Xarici İşlər Nazirliyinin fevral ayının əvvəlində yaydığı açıqlama da bu kontekstdə xüsusi maraq doğurur:

"Fentanil problemi ABŞ-nin öz problemidir. ABŞ öz problemini obyektiv və rasional formada həll etməlidir. Çin bütün dünya üzrə narkobiznesə qarşı ən sərt mübarizə aparan ölkələrdən biridir".

Doğrudan da, Çin narkobizneslə ən sərt mübarizə aparan ölkələrdən biridir. Bu ölkənin qanunları narkobiznesi edamla cəzalandırır və hər il nə qədər adam bu cinayətə görə edam olunur. Ancaq edam olunanların statistikası ictimaiyyətə açıqlanmır.

Ancaq Çin qanunvericiliyində 2019-cu ilə qədər olan boşluqlar nəticəsində fentanil istehsalı üçün gərəkli olan kimyəvi maddələr asanlıqla Meksika və Kanadaya çatdırılırdı. Ancaq Çin hökuməti vəziyyətə müəyyən dərəcədə nəzarət etməyi bacardı. Bu mövzu Sİ Cimpin və Bayden arasında da müzakirə olunmuşdu. Bununla belə vəziyyət çox da dəyişməyib. Qeyri-qanuni yollarla da olsa, fentanil üçün zəruri olan kimyəvi maddələr Meksika və Kanadaya daşınır və orada olan laboratoriyalarda istehsal edilir.

Hadisələrin gedişatında Çinin sözügedən kimyəvi maddələrə nəzarəti zəiflədəcəyini də gözləmək olar. Ancaq bu birmənalı deyil. Hər şey gedişatdan asılıdır.

Göründüyü kimi, ticarət müharibəsinin bir çox cəbhəsi var, ancaq fentanil cəbhəsi həm müharibənin hərəkətverici qüvvələrindən biri, həm də proses zamanı Çinin kartı kimi maraq doğurur. Çinin bu kartdan nə qədər istifadə edəcəyini isə zaman göstərəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:187
embedMənbə:https://oxu.az
archiveBu xəbər 14 Aprel 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see385

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see371

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see328

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see299

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see291

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see239

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see236

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see235

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see230

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see211

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see208

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see197

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see196

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see195

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see195

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see189

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see188

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see188

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see178

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri