Icma.az
close
up
RU
Çinin insanabənzər robotları iPhone fabriklərində işləyəcək

Çinin insanabənzər robotları iPhone fabriklərində işləyəcək

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

"UBTech humanoid" robotları "Foxconn" zavodunda "iPhone" yığmaq üçün işə götürülüb.

Bakıvaxtı.az "Tech In Asia" (TIA) portalına istinadən xəbər verir ki, bu barədə insanabənzər robotların və robot itlərin istehsalı üzrə ixtisaslaşmış Çinin "UBTech" şirkəti bəyanat yayıb.

Bəyanata əsasən, "UBTech" Amerika şirkətinin qadcetlərinin yığıldığı "Apple" və "Foxconn" ilə əməkdaşlığa başlayıb. 

"Foxconn" zavodunda 2024-cü ilin payızında təqdim edilən "Walker S1" robotlarından istifadə olunacaq. Onların "iPhone" istehsalı üçün konveyer xətlərində istifadə edilməsi nəzərdə tutulur. UBTech hazırda bu humanoidləri öyrədir.

"Apple" isə materialların daşınması kimi logistik tapşırıqlar üçün "Walker S1" robotlarından istifadə edəcək. Eyni zamanda, robotlar komponentlərin yığılması və çeşidlənməsi, eləcə də qablaşdırmanın keyfiyyətinə vizual nəzarət daxil olmaqla daha mürəkkəb əməliyyatları yerinə yetirməyə qadirdir.

"Walker S1" robotunun ən son sənaye versiyasının hündürlüyü 1,7 metr, çəkisi isə 76 kq olub. Robot yeni nəsil Fusion idarəetmə alqoritmləri ilə təchiz edilib ki, bu da ona zavod sistemi ilə qarşılıqlı əlaqədə olmağa, istehsal xəttinin vəziyyəti haqqında məlumatları qəbul etməyə və toplanmış məlumatları real vaxt rejimində ötürməyə imkan verir.

Gülşən Şərif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:200
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 21 Yanvar 2025 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri