Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

Ölümdən sonra insanı nə gözləyir?

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri VİDEO

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

Çinin “panda siyasəti: ABŞ yə 2 panda göndərilib

Çinin “panda siyasəti: ABŞ yə 2 panda göndərilib

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Pekin, 27 sentyabr, AZƏRTAC

Çin “panda diplomatiyası” çərçivəsində Pinpin və Fuşuan adlı pandaları 10 illik müddətə ABŞ-yə göndərib.

AZƏRTAC xəbər verir ki, Çinin Çendu şəhərindəki elmi mərkəzin “sakinləri” olan pandalar Atlanta şəhərindəki zooparkda mühafizə olunacaq. Pandalar üçün Çendukı mərkəzdə yolasalma mərasimi də təşkil olunub.

Pandaların təyyarə ilə Sakit okean üzərindən təhlükəsiz və rahat səyahəti təmin etmək məqsədilə təzə bambuk tumurcuqları, meyvə və təcili yardım üçün dərmanlar tədarük edilib. Pandalar, həmçinin stress və narahatlığı azaltmağa kömək edəcək nəqliyyat şəraitinə uyğunlaşma təlimlərindən keçib. Səyahət zamanı təyyarə salonunda temperatur və rütubət pandalar üçün uyğun səviyyədə saxlanılıb. ABŞ-dən olan təcrübəli baytarlar və baxıcılar uçuş zamanı pandaların sağlamlıq vəziyyətinə real vaxt rejimində nəzarət edib, həmçinin qidalanma ehtiyaclarını qarşılayıblar. Atlantaya çatdıqdan sonra pandalar karantin və sağlamlıq müayinələrindən keçiriləcək. Çinli mütəxəssislər karantin müddətində zooparkda pandalara qayğı göstərəcək, eyni zamanda, davranış təlimi vasitəsilə yeni mühitə uyğunlaşmağa kömək edəcəklər.

Qeyd edək ki, bu, Atlanta heyvanxanasının Çin ilə ilk panda əməkdaşlığı deyil. Lunlun və Yanyan adlı pandalar 1999-2024-cü illərdə Atlanta zooparkında mühafizə olunub. Həmin dövrdə 5 dəfə nəsil artımı baş verib və 7 bala dünyaya gəlib. Həmin pandaların hamısı Çendu panda yetişdirmə mərkəzindədir.

Çin və ABŞ arasında pandaların mühafizəsi sahəsindəki əməkdaşlıq Çinin vəhşi təbiətin qorunması üzrə uzunmüddətli və genişmiqyaslı beynəlxalq təşəbbüslərindən biridir. 1972-ci ildə ABŞ-nin o vaxtkı Prezidenti Riçard Niksonun Çinə səfərindən 2 ay sonra Linlin və Sinsin adlı pandalar ABŞ-yə göndərilib. Ötən dövrdə tərəflər pandaların davranışı, qidalanması, genetikası və xəstəliklərin qarşısının alınması kimi əsas sahələrdə birgə tədqiqatlar apararaq, çoxalma texnikalarında mühüm nailiyyətlər əldə ediblər. Bu əməkdaşlıq sayəsində ABŞ-dəki pandalardan indiyədək 17 bala doğulub.

Çinin "panda diplomatiyası" pandaların dostluq və xoş niyyət göstəricisi kim digər ölkələrə göndərilməsi təcrübəsidir. 1954-1983-cü illərdə keçmiş Sovet İttifaqı, Şimali Koreya, ABŞ, Böyük Britaniya daxil olmaqla 9 ölkəyə dostluq jesti kimi pandalar göndərilib. 1984-cü ildən isə pandalar xarici ölkələrə ayı 50 min ABŞ dollarına icarə əsasında göndərilir. 1991-ci ildən qüvvəyə minən qərara görə pandalar digər ölkələrə icarə haqqı ili 1 milyon dollarədək olmaqla 10 illik icarəyə verilir. Bu müddətdə xaricdə doğulan bala pandalar Çinin mülkiyyəti hesab olunur və icarə müddətinin sonunda valideynləri ilə birlikdə Çinə qaytarılmalıdır.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:49
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Sentyabr 2026 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see319

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see228

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see218

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

25 Sentyabr 2026 20:02see212

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see209

Ölümdən sonra insanı nə gözləyir?

25 Sentyabr 2026 19:07see204

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

25 Sentyabr 2026 19:40see203

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

25 Sentyabr 2026 19:06see203

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see202

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see202

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

25 Sentyabr 2026 20:25see200

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see198

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see197

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

25 Sentyabr 2026 20:43see194

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see194

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

25 Sentyabr 2026 19:30see194

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see175

Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri VİDEO

26 Sentyabr 2026 01:02see173

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see167

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri