Çinin xəbərdarlığı Silah satışları Trampın KONKRET
Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Taybeydəki hakimiyyət orqanları ABŞ-dakı həmkarlarından silahların ödəniş müddətinin təxirə salınmasını xahiş edirlər.
KONKRET.az xəbər verir ki, bu arada Vaşinqtona Pekindən xəbərdarlıq daxil olub.
Çin hakimiyyəti qeyri-ictimai şəkildə amerikalılara bildirib ki, Tayvan ordusuna silah satışı ABŞ prezidenti Donald Trampın aprel ayında Çinə planlaşdırılan səfərini təhlükə altına qoya bilər. Bu barədə Financial Times-a səkkiz anonim mənbə məlumat verib.
Silah paketinə Patriot sistemləri, NASAMS zenit-raket kompleksləri və digər sistemlər daxildir. ABŞ-da sövdələşmə ilə bağlı Konqresə fevral ayında bildiriş göndərilməsi planlaşdırılırdı, lakin mümkündür ki, Tramp bu qərarı Çindən qayıdana qədər təxirə salsın. Bununla belə, bəzi rəsmilər bunun blef olduğunu düşünürlər.
Xəbərdarlıq həqiqətən də bu formada çatdırılmış ola bilər. Digər tərəfdən, Donald Tramp ilə Si Cinpin arasında son telefon danışığı zamanı Çin lideri ABŞ prezidentinə adaya silah tədarükü məsələsində xüsusi ehtiyatla yanaşmağı tövsiyə etmişdi. Bu, əvvəlki sərt ritorikadan geri çəkilmə kimi qəbul edilmişdi. Görünür, sərt mövqe yoxa çıxmayıb, sadəcə pərdə arxasına keçib.
Rəsmiyyə Şərifova,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 11 Fevral 2026 18:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















