Icma.az
close
up
RU
Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir Kaspi nin TƏHLİLİ

Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir Kaspi nin TƏHLİLİ

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanla Çinin bir-birinə uğurlu tərəfdaş kimi yanaşması iki ölkənin maraqlarını geoiqtisadi müstəvidə uyğunlaşdırır. Çin və Azərbaycanın "Bir kəmər, bir yol", Orta Dəhliz layihələrindəki maraqları strateji tərəfdaşlığı iqtisadi-ticari imkanlar və qarşılıqlı investisiyalar üzərində cəmləyir.

Azərbaycan dünyanın əsas güclərindən birinə çevrilən Çinlə geniş sahələri əks etdirən xarici siyasət doktrinasına üstünlük verir. 2024-cü il iyulun 3-də Azərbaycanla Çin arasında Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində imzalanan "Strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə" genişlənən əməkdaşlıqda xüsusi diqqət çəkdi. Həmin Bəyannamə Azərbaycan Prezidenti İlham Əliyevlə Çin Xalq Respublikasının Sədri Si Cinpinin görüşünün nəticəsində qəbul olunub.

Azərbaycan Prezidenti İlham Əliyev bundan sonra, yanvarın 20-də Davos İqtisadi Forumunda Çinin CGTN (China Global Television Network) televiziyasına bu əməkdaşlığa ikitərəfli münasibətlər, regional və qlobal aspektlər prizmasından mövqeyini sərgiləyib.

2025-ci il martın 21-də Novruz bayramı münasibətilə Azərbaycan liderinə təbrik məktubu ünvanlayan Si Cinpin strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdiyini qeyd edib.

Bu yaxınlarda isə Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri gözlənilir. Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 10-cu iclasında bildirilib ki, səfər çərçivəsində qarşılıqlı vizasız gediş-gəliş haqqında Sazişin imzalanması planlaşdırılır.

Bu xəbərdən sonra Prezident İlham Əliyev aprelin 17-də Çin Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Lu Meyin etimadnaməsini qəbul edib.

İlham Əliyev Azərbaycan-Çin əlaqələrinin strateji tərəfdaşlıq xarakteri daşıdığını deyib, əməkdaşlığın geniş sahələri - siyasi, iqtisadi-ticari, nəqliyyat, enerji, sənaye, sərmayələr, təhlükəsizlik, mədəni-humanitar və digər istiqamətləri əhatə etdiyini vurğulayıb.

Prezident İlham Əliyev Azərbaycanın "Vahid Çin" siyasətini daim dəstəklədiyini bildirib. Lu Mey Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğurla inkişafının Çin tərəfindən də dəstəkləndiyini deyib.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

Əməkdaşlıqdan müdafiəyə

Azərbaycanla Çinin bir-birinə uğurlu tərəfdaş kimi yanaşması iki ölkənin maraqlarını geoiqtisadi müstəvidə uyğunlaşdırır. Çin və Azərbaycanın "Bir kəmər, bir yol", Orta Dəhliz layihələrindəki maraqları strateji tərəfdaşlığı iqtisadi-ticari imkanlar və qarşılıqlı investisiyalar üzərində cəmləyir.

Çin, Mərkəzi Asiya və Azərbaycan indi Orta Dəhlizin "Bir kəmər, bir yol" layihəsində rolunu artırmaq üçün daha yaxından işləyirlər ki, burada da məqsəd daha səmərəli ticarət marşrutlarını inkişaf etdirməkdir. Bu, Çinin Azərbaycanın strateji layihəsi olan Zəngəzur dəhlizinə böyük rakursdan baxmasına təkan verir.

Prezident İlham Əliyev aprelin 9-da ADA Universitetində "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda deyib: "Biz dəmir yollarımızı müasirləşdirdik, hətta Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstandan keçən hissəsinə əlavə investisiya yatırdıq. Hazırda onun yükötürmə qabiliyyəti 5 milyon tondur. Zənnimizcə, Çindən gələn yüklərin bir hissəsi Zəngəzurdan, Zəngilan istiqamətindən keçə bilər".

Bu bəyanat Azərbaycanla Çinin strateji tərəfdaşlığında nəqliyyat dəhlizlərinin təhlükəsizliyinə və fasiləsiz fəaliyyətinə diqqət yetirilməsi fonunda şərh oluna bilər. Nəticə olaraq isə Çinin Zəngəzur dəhlizinə yanaşmaları onun rəqibləri ilə mübarizə kontekstində diqqət çəkir.

İqtisadi-ticari imkanlar, dəhlizlər üzərindən qurulmuş əlaqələr sistemi iki ölkənin müdafiə sahəsindəki əməkdaşlığını da şərtləndirir. İlham Əliyev Forumda Azərbaycanla Çinin müdafiə sahəsində əməkdaşlıqla bağlı dialoqa başladığını xatırladıb.

Azərbaycanla Çin arasındakı hərbi əməkdaşlıq hərbi təhsil, texnologiya mübadiləsi və birgə istehsal sahələrində konkret addımlarla müşayiət olunacaq. Bu əməkdaşlıq hər iki ölkənin geosiyasi potensialını gücləndirərək, regional təhlükəsizliyin təmin olunmasına töhfə verəcək.

Əliyevin Çinə səfərinin arxa fonu

Çinin geosiyasi məcəlləsi Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki konfliktlərin nəticəsində növbəti dünya nizamını ərsəyə gətirməyi hədəfləyir. Azərbaycanın Çinlə əlaqəli siyasəti onun Çin geosiyasətinin beynəlxalq aləmdəki üstünlüklərinə istinad etməyi prioritetləşdirir. İlham Əliyevin Çinə səfərinin praktikası və məntiqi yalnız bir regionda (Cənubi Qafqaz) müştərək maraq yaratmaq səyləri ilə məhdudlaşmır. Bu səfər beynəlxalq münasibətlər sistemindəki nizamın yenisi ilə əvəzlənməsinə təkan verən proseslərə strateji baxışı aktuallaşdırır.

Yəni İlham Əliyevin Çinə səfəri böyük geosiyasi koda malikdir və Azərbaycanın maraqlarının yeni dünya nizamı konsepsiyalarına uyğunlaşdırılmasını vurğulayır.

Çinin xarici siyasəti onun qlobal əlaqə siyasətinə əsaslanır. Çinin siyasətində 2015-ci ildən bu yana "qonşuluq" kimi terminlər az, "qlobal" və ya "əlaqə" kimi digər coğrafi kateqoriyalar isə daha çox əhəmiyyət kəsb edir. Bu, həmçinin təşəbbüsün coğrafi və sektorlararası əhatə dairəsinin daha güclü şəkildə vurğulandığı "Bir kəmər, bir yol" təşəbbüsü üzrə fəaliyyət planının dərcində də öz əksini tapıb.

İlham Əliyevin yeni səfirlə müzakirə zamanı "Vahid Çin" siyasətinə dəstəyini ifadə etməsi Pekinin Tayvan üzərindəki suverenliyini təmin etməyə üstünlük verdiyini göstərir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://oxu.az
archiveBu xəbər 19 Aprel 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see257

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see224

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see188

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see181

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see175

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see172

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see171

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see152

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see145

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see140

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see137

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri