Icma.az
close
up
RU
Avrasiyanın iqtisadi coğrafiyasını dəyişən layihə Zəngəzur dəhlizinə dair “Kaspi“nin ŞƏRHİ

Avrasiyanın iqtisadi coğrafiyasını dəyişən layihə Zəngəzur dəhlizinə dair “Kaspi“nin ŞƏRHİ

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı gedişləri məntiqi sonluğuna yaxınlaşmaqdadır.

Moderator.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Hələ 10 noyabr tarixli bəyanatda məhz Azərbaycanın təklifi ilə ölkəmizin əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına maneəsiz keçidin təşkil edilməsi kimi həyati əhəmiyyətli bənd yer aldı.

Bu, Zəngəzur dəhlizinin ilk toxumu və Ermənistanın rəsmən üzərinə götürdüyü öhdəlik idi. Ancaq sonradan rəsmi İrəvan bu öhdəliyindən imtina etməyə, Zəngəzur dəhlizinin açılmasını hər cür bəhanələrlə ləngitməyə çalışdı.

Azərbaycan Ermənistanın mövqeyinin dəyişməsinə nail oldu

Azərbaycan Zəngəzur dəhlizini beynəlxalq gündəmin əsas mövzularından birinə çevirdi, dünya miqyasında ona böyük maraq yaratdı. Bu, sözün əsl mənasında Ermənistanın Zəngəzur dəhlizi məsələsində təklənməsinə gətirib çıxardı. Nəticədə İrəvan tədricən mövqeyini dəyişməyə məcbur oldu. Proseslərin bu məcrada inkişafını əvvəldən uğurla proqnozlaşdıran Azərbaycan öz ərazisində Zəngəzur dəhlizinin inşasını dayandırmadı. Elə bu səbəbdəndir ki, Zəngəzur dəhlizinin Azərbaycan hissəsində inşaat prosesləri gələn ilin ikinci yarısında yekunlaşacaq.

TRIPP-in Ermənistan ərazisindən keçən hissəsi də tikiləcək

Dəhlizlə bağlı yekun qərar cari ilin avqustunda ABŞ-də verildi. Vaşinqtonda Prezident Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan arasında imzalanmış birgə bəyannamə ölkəmizin əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin edəcək "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun (TRIPP) əsasını qoydu. Prosesə ABŞ-nin birbaşa cəlbi Ermənistanı Zəngəzur dəhlizinə daha çox həvəsləndirir. Bunu Ermənistan parlamentində son çıxışında Baş nazir Nikol Paşinyanın səsləndirdiyi fikirlər də təsdiq edir. Paşinyan burada ilk dəfə olaraq TRIPP-in ölkəsinin ərazisindən keçən hissəsinin yol xəritəsini təqdim edib. Onun sözlərinə görə, marşrutla bağlı bütün detallar ilin sonuna qədər kağız üzərində təsvir olunmalıdır və faktiki tikinti gələn il başlayacaq.

Dəhlizdən qaz kəməri və elektrik xətləri də keçəcək

N.Paşinyan həmçinin TRIPP çərçivəsində avtomobil və dəmir yollarının istismarı ilə bağlı detalları açıqlayıb. Onun sözlərinə görə, sovetlər dönəmində mövcud olan dəmir yolu yenidən işə salınacaq: "Dəmir yolunun haradan keçəcəyini dəqiq deyə bilərəm. Dəmir yolu sovet dövründə mövcud olan dəmir yolunun marşrutu ilə keçəcək. Çünki başqa yerdə dəmir yolunun çəkilməsi real deyil". O, avtomobil yollarının keçəcəyi ərazilərin də müəyyənləşdirildiyini bildirib. Azərbaycanın perspektivdə Zəngəzur dəhlizi üzərindən təbii qaz və elektrik enerjisi ixrac etməklə bağlı planları da Ermənistanın bu marşrutla bağlı mövqeyinin ölkəmizin istədiyi məcrada dəyişməsinə ciddi təsir edir. Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan isə qeyd edib ki, TRIPP layihəsinin keçdiyi ərazilərdə Ermənistan-Azərbaycan sərhədinin daha tez müəyyən olunması istisna deyil.

Vaşinqton sammitində TRIPP vurğusu

TRIPP-in Ermənistandan keçən hissəsinin inşası ilə bağlı artıq ABŞ bu ölkədə müvafiq qiymətləndirmələr aparır. Ümumiyyətlə, indiki ABŞ administrasiyası TRIPP-in mümkün qədər tez reallaşmasında maraqlıdır. Bu mənada təsadüfi deyil ki, Vaşinqtonda ABŞ Prezidenti ilə Mərkəzi Asiya dövlətlərinin liderlərinin C5+1 formatı çərçivəsində baş tutan görüşündə TRIPP diqqət mərkəzində yer aldı. C5+1 formatı ölkələri Orta Dəhlizin potensialının tam açılması və onun TRIPP ilə inteqrasiyası hesabına qarşılıqlı əlaqələri və təchizat zəncirlərinin dayanıqlığını gücləndirmək barədə razılığa gəliblər. Bu da o deməkdir ki, perspektivdə TRIPP Mərkəzi Asiya ölkələrinin idxal-ixrac əməliyyatlarında həlledici rol oynayacaq.

"Zəngəzur dəhlizi bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcək"

Qeyd edək ki, TRIPP layihəsi həm də Mərkəzi Asiya ölkələrinin dünyaya çıxışı üçün mühüm istiqamət sayılır. Bu məsələ ümumilikdə Orta Dəhlizin tərkib hissəsi kimi dəyərləndirilməklə xüsusi diqqət cəlb edir. Bu günlərdə Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində Zəngəzur dəhlizi və ümumilikdə Azərbaycan-Mərkəzi Asiya tranzit əməkdaşlığından da danışıb. Dövlət başçısı qeyd edib ki, Özbəkistanla Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biri şaxələndirilmiş nəqliyyat və logistika infrastrukturunun inkişafı, tranzit imkanlarının genişləndirilməsidir:

"Bu sahədə ölkələrimizin Orta Dəhliz Beynəlxalq Nəqliyyat Marşrutunda iştirakı xüsusi əhəmiyyətə malikdir və onun çərçivəsində Azərbaycan Özbəkistan və Mərkəzi Asiya dövlətləri üçün mühüm tranzit ölkə qismində çıxış edir. Son illərdə Orta Dəhliz vasitəsilə ixrac imkanlarının və daşımaların artması xüsusi strateji əhəmiyyətə malikdir. 2024-cü ildə ölkələrimiz arasında tranzit daşımaların həcmi 2023-cü illə müqayisədə 18 faizdən çox artaraq 1,3 milyon tonu keçib. 2025-ci ilin ilk doqquz ayında bu rəqəm təxminən bir milyon tona çatıb ki, bu da nəqliyyat mübadilələrində dinamik artımı nümayiş etdirir. Azərbaycanda yaradılan müasir nəqliyyat infrastrukturu, o cümlədən ticarət donanması, yaxın illərdə gücü 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və ölkənin doqquz beynəlxalq hava limanı da daxil olmaqla, bütün bunlar Azərbaycanın qlobal nəqliyyat və logistika qovşağı kimi rolunu gücləndirən amillərdir. Bundan əlavə, Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcək".

Bu dəhliz ümumiyyətlə, Avrasiyanın iqtisadi coğrafiyasında mühüm yenilikdir, eyni zamanda Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərini birləşdirən strateji körpüdür. Daha bir önəmli faktor Zəngəzur dəhlizinin türk dünyasının coğrafi bütövlüyünü təmin etməsidir. O, həm də Avrasiyada enerji və kommunikasiya xətlərinin inteqrasiyası üçün yeni imkanların yaradılması deməkdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:45
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 Noyabr 2025 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see325

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see233

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see219

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see186

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see167

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see166

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see161

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see154

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see152

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see151

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see150

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see147

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see145

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see145

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see144

Zelenski: İlin ən gərgin diplomatik günləridir

28 Dekabr 2025 16:54see133

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see132

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri