Çinlə Azərbaycanın elektrik enerjisi ötürmə şəbəkəsinin tədqiqatına dair Saziş imzalanıb
Icma.az, Sia Az portalına istinadən məlumat verir.
Energetika Nazirliyi Çin Xalq Respublikasının Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu (EPPEI) ilə Azərbaycanın elektrik enerjisi ötürmə şəbəkəsinin Tədqiqatına dair Saziş imzalayıb. SİA xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Bu saziş ölkəmizin enerji sisteminin çevik, dayanıqlı və bərpa olunan enerji mənbələrinə uyğunlaşan bir infrastruktur kimi inkişafı istiqamətində atılmış mühüm addımdır", - nazir qeyd edib.
P. Şahbazovun sözlərinə görə, “China Energy Engineering Corporation Limited” (CEEC) şirkətinin vitse-prezidenti Xu Lu ilə görüşdə bərpa olunan enerji sahəsində qurulan hərtərəfli strateji tərəfdaşlıq çərçivəsində Fəaliyyət Planının icrası üzrə fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 27 İyun 2025 14:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















