Çinlə parlamentlərarası əlaqələrin inkişafından danışılıb
Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.
Milli Məclisin sədri Sahibə Qafarova martın 16-da Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Lu Mey ilə görüşüb.
Newscenter.az xəbər verir ki, görüşdə ölkələrimiz arasında yüksək səviyyədə olan strateji tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunaraq, Prezident İlham Əliyevin ötən il Çin Xalq Respublikasına dövlət səfərindən sonra əlaqələrimizin daha da inkişaf edərək, özünün ən yüksək səviyyəsinə qalxdığı vurğulanıb.
Söhbət zamanı parlamentlərimiz arasında əlaqələrin ölkələrimiz arasında münasibətlərin mühüm tərkib hissəsini təşkil etdiyi qeyd olunub, parlamentlərarası əməkdaşlığın, o cümlədən parlamentlərin dostluq qrupları və komitələri arasında əlaqələrin inkişafının əhəmiyyəti vurğulanıb. Həmçinin, münasibətlərin daha da dərinləşdirilməsi istiqamətində gələcək imkanlar nəzərdən keçirilib.
Görüşdə, həmçinin Azərbaycan və Çinin beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq etdikləri ifadə olunub, ölkələrimizin daim bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədikləri vurğulanıb.
Süleyman
Bu mövzuda digər xəbərlər:Paşinyan Çinlə əlaqələrin genişlənməsinə ümid edir
03 Sentyabr 2025 16:27
İspaniya: Çinlə əlaqələrin gücləndirilməsi Avropanın maraqlarına uyğundur
14 Aprel 2026 14:06
Zəngəzur dəhlizi Çinlə əlaqələrin inkişafına əlavə imkanlar yaradacaq
31 Avqust 2025 10:25
Parlamentlərarası əlaqələrin coğrafiyası genişlənir
25 Fevral 2026 10:44
AK baş katibi Çinlə əlaqələrin qırılma nıqtəsində olduğunu söyləyib
25 İyul 2025 09:44
Baxış sayı:68
Bu xəbər 16 Mart 2026 14:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















