Icma.az
close
up
RU
Çinlə yaşıl enerjinin əldə edilməsindəki əməkdaşlıq iqtisadiyyata ciddi töhfələr verə bilər İQTİSADÇI

Çinlə yaşıl enerjinin əldə edilməsindəki əməkdaşlıq iqtisadiyyata ciddi töhfələr verə bilər İQTİSADÇI

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın 2027-ci ilə qədər olan hədəfi 2 giqavat həcmində Günəş və külək elektrik enerjisini hasil etməkdir.

Bu sözləri Prezident İlham Əliyev müsahibəsində deyib. 

Dövlət başçısı hesab edir ki, qazıntı enerji növlərinə malik olan ölkələrin məsuliyyəti əldə etdikləri gəlirləri yaşıl texnologiyaya və yaşıl enerjiyə investisiya etməkdən ibarətdir:

"Biz məhz bunu edirik. Biz investorlar üçün yaxşı investisiya mühitini yaratdıq. Bizim 2027-ci ilə qədər olan hədəfimiz 2 giqavat həcmində Günəş və külək elektrik enerjisini hasil etməkdir. 2030-cu ilə qədər isə bu hədəf 6 giqavatdır".

Prezident vurğulayıb ki, bu, Azərbaycanda enerji sahəsində bir inqilab olacaq:

"Onu da qeyd etmək istəyirəm ki, bu layihələrə sərmayə yatıran xarici şirkətlər olan investorlar, o cümlədən Azərbaycandan olan yerli şirkətlər Çin texnologiyasından istifadə edirlər. Günəş panelləri Çində istehsal olunur. İndi bizim heyətlərimiz enerjinin tədarükü imkanları üzərində işləyirlər və biz ən yaxşı batareyaların Çində istehsal olunduğunu müəyyən etmişik. Mən bu möhtəşəm uğur münasibətilə Çin istehsalçılarını təbrik edirəm. Çünki burada söhbət məhsulun keyfiyyəti və qiymətindən gedir. Heç kim bu rəqabəti apara bilmir".

 Tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli “Sherg.az”a söyləyib ki, Azərbaycanın Çinlə yaşıl enerjinin əldə edilməsi istiqamətində əməkdaşlığı ölkə iqtisadiyyatı üçün ciddi töhfələr verə bilər:


“İlk növbədə nəzərə almalıyıq ki, Çin dünyada günəş panelləri və külək turbinlərinin istehsalına görə lider ölkədir. Həm keyfiyyətli, həm də qiymətlər baxımından əlverişli olduğuna görə Çinlə bu sahədə əməkdaşlıq Azərbaycana uğur gətirə bilər. Burada, eyni zamanda yeni iş yerlərinin açılması, ölkənin neft və qaz asılılığının azaldılması, yeni mütəxəssislərin hazırlanması istiqamətində çox ciddi uğurlar əldə oluna bilər. Bu baxımdan da məhz Çinlə bu istiqamətdə əməkdaşlıq edilməsi Azərbaycanın həm də elektrik enerjisi ixracatını da artıra bilər. Biz bilirik ki, 2023-cü  ildə 40 milyon Kv saat Azərbaycanın elektrik enerjisi ixracatında azalma baş vermişdi. Bunun bir sıra səbəbləri var. Bu, həm yerli neft emalı zavodlarının tam gücü ilə işləməməsi, eyni zamanda neft emalı zavodunda yenidənqurma işlərinin həyata keçirilməsi, neftdən alınan sürtgü yağlarının mazutun istehsalında azalma baş vermişdi. Nəticə etibarilə Azərbaycanın elektrik enerjisi ixracatında azalma olmuşdu. Bu baxımdan da yaşıl enerjiyə keçidin sürətləndirilməsi, elektrik enerjisinin istehsalında qarşıya qoyulan hədəflərə çatılması Azərbaycan üçün həm də böyük gəlirlərin əldə edilməsi deməkdir. Çünki qonşu ölkələrə elektrik enerjisi ixracında ixracatı artırsaq nəticə ilə ölkəmizdə qeyri neft sektorundan daxil olan investisiya vəsaitlərinin artımında ciddi rəqəmlərlə rastlaşacağıq. Bu baxımdan da Çinlə əməkdaşlıq etməkdə maraqlı olan bir sıra ölkələr kimi, hətta Avropanın qabaqcıl ölkələri elektrik tutum batareyaları, külək turbinləri, günəş panellərinin alınmasında Çinin iri korporasiyaları ilə müqavilələr imzalayırlar. Azərbaycanın Çinlə əməkdaşlığı gələcək üçün böyük perspektivlər və uğurlar vəd edən bir istiqamətdir. Bu istiqamətdə, müvafiq infrastrukturun qurulması nəzərdə tutulan proqram üzrə həyata keçirilərsə, 2030-cu ildə Azərbaycanın həm gəlirlərində ciddi artım olacaq, həm yeni iş yerləri açılacaq, həm yeni mütəxəssislər formalaşacaq, həm də Azərbaycan regionda elektrik enerjisi ixrac edən lider ölkəyə çevrilə bilər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 Fevral 2025 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see214

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see158

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see147

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see132

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri