Çinlə “yaşıl enerji” sahəsində əməkdaşlıq istehsal gücünün artmasına şərait yaradacaq
Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Prezident İlham Əliyevin Çinə səfəri çərçivəsində aparıcı şirkət rəhbərləri ilə keçirilən görüşlər Azərbaycana daha çox sərmayənin cəlb edilməsinə töhvə verəcək. Yeni dövrün yeni hədəflərindən biri də məhz qeyri-neft sektoruna daha çox xarici investisiyanın cəlbidir. Bu kontekstdən, aparıcı dövlətlərin şirkətləri ilə aparılan müzakirələr neftdən kənar sektorlar üçün yeni sərmayə imkanları deməkdir.
Təbii ki, Prezidentin keçirdiyi görüşlərdə də müzakirə olunan məsələlər sırasında Çin investisiyalarının Azərbaycan iqtisadiyyatına cəlb edilməsi, qarşılıqlı layihələr, texnologiya transferi və digər həm Azərbaycan, həm də region üçün mühüm məqamlar xüsusi yer tutur.
Gözlənilir ki, Prezidentin keçirdiyi görüşlər nəticəsində xüsusən qeyri-neft sektoruna daha çox sərmayə qoyuluşuna şərait yaranacaq. Bu isə ilk növbədə “yaşıl enerji” sahəsində əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətlidir. Çünki Azərbaycan Çinlə məhz bu istiqamətdə də əməkdaşlığı dərinləşdirmək niyyətindədir.
Son görüşlər və imzalanan anlaşmalar da əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açdı. Azərbaycan bir tərəfdən regionda, xüsusilə Cənubi Qafqazda “yaşıl enerji” sahəsinə böyük diqqət ayıran ölkədir. Digər tərəfdən, ölkəmiz 2030-cu ilədək “yaşıl enerji”nin ümumi enerji balansındakı payını 35 faizə çatdırmağı, karbon emissiyalarını isə 40 faiz azaltmağı hədəfləyir.
Bu baxımdan aparılan təhlillər göstərir ki, Çinlə “yaşıl enerji” sahəsində əməkdaşlıq bir tərəfdən istehsal gücünün artmasına şərait yaradacaq, digər tərəfdən isə Azərbaycanın ixrac imkanlarını genişləndirəcək. Gözlənilir ki, bu əməkdaşlıq nəticəsində uzun müddətdir planlaşdırılan və müzakirə olunan “yaşıl enerji” ixracının reallaşdırılması mümkün olacaq.
Vüqar Bayramov, Milli Məclisin deputatı
Bu mövzuda digər xəbərlər:“Yaşıl enerji” üzrə əməkdaşlıq
03 İyun 2025 10:55
Çinlə dəmiryol sahəsində əməkdaşlıq üzrə yeni mərhələ...
09 İyul 2025 17:24
SOCAR QvineyaBisau ilə “yaşıl enerji” sahəsində əməkdaşlıq imkanlarını araşdırır
11 Noyabr 2024 19:23
SOCAR QvineyaBisau ilə yaşıl enerji sahəsində əməkdaşlıq imkanlarını araşdırır
11 Noyabr 2024 20:57
“Total Energies” ilə “yaşıl enerji” sahəsində əməkdaşlıq müzakirə edilib
15 Noyabr 2024 15:23
Baxış sayı:56
Bu xəbər 03 Sentyabr 2025 12:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















