Çinli memar: WUF13 ün Bakı üçün çox yaxşı təsiri olacaq
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 21 may, AZƏRTAC
WUF13-ün Bakı üçün çox yaxşı təsiri olacaq. Dünyaya nələr təşkil edə bildiklərini və urbanizasiya, eləcə də modernləşmə sahəsində hansı nailiyyətləri qazandıqlarını nümayiş etdirəcək. Xüsusilə də İçərişəhər.
Bunu AZƏRTAC-a müsahibəsində BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) iştirakçısı çinli memar Liu Zhibin deyib.
Memar İçərişəhəri ziyarət etdiyini deyərək qeyd edib ki, o, yaxşı bərpa olunub və çox təmizdir. Eyni zamanda, piyadaların və nəqliyyatın hərəkəti çox yaxşı idarə olunur. Bu, təkcə Mərkəzi Asiya üçün deyil, həm də qlobal miqyasda yaxşı bir nümunədir.
Baxış sayı:130
Bu xəbər 21 May 2026 18:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















