Çinlilər səhvlərini etiraf etdi Yeni maşınlarda bu mexanizmin istifadəsi qadağan edilir
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Çin avtomobillərində gizli qapı dəstəklərinin istifadəsi ilə bağlı təhlükəsizlik qaydaları sərtləşdirilir.
Milli.Az xəbər verir ki, Çin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi avtomobillərdəki "flush" tipli (gövdəyə bitişik) qapı mexanizmlərinin qəza zamanı yaratdığı risklərlə bağlı yeni qərar qəbul edib. Bu qərara əsasən, elektrik enerjisi kəsildiyi halda belə qapıların xaricdən mexaniki şəkildə açılmasını təmin etməyən sistemlərin istehsalı qadağan olunur.
Son illərdə Çində baş verən bir neçə yol qəzası zamanı elektron qapı dəstəklərinin sıradan çıxması və sərnişinlərin yanmaqda olan avtomobillərdə daxili qapalı qalması bu addımın atılmasını zəruri edib.
Yeni standartlara görə, hər bir avtomobil istehsalçısı qəza anında qapıların avtomatik kiliddən çıxmasını və dəstəklərin əllə müdaxilə üçün əlçatan olmasını zəmanət altına almalıdır. Ekspertlər qeyd edir ki, estetik görünüş və aerodinamika sərnişin təhlükəsizliyindən daha önəmli ola bilməz. Çin rəsmiləri bildirib ki, qapı mexanizmləri həm daxildən, həm də xaricdən fiziki güclə açıla bilən ehtiyat mexaniki sistemə malik olmalıdır.
Hazırda bir çox yerli brend bu texnologiyanın dizaynında dəyişiklik etmək məcburiyyətində qalıb. Qaydalara əməl etməyən modellərin kütləvi satışı və qeydiyyatı dayandırılacaq. Çin hökuməti bu qərarla həm ölkə daxilində ölüm hallarını azaltmağı, həm də ixrac edilən elektromobillərin beynəlxalq təhlükəsizlik reytinqlərini qorumağı hədəfləyir.
Qeyd edək ki, yeni qaydalar 2026-cı ildən etibarən istehsal edilən bütün yeni nəsil nəqliyyat vasitələrinə şamil olunacaq.
İsmayıl
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 02 Yanvar 2026 23:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















