Icma.az
close
up
RU
Ciorcia Meloni: Azərbaycanı COP29un Prezidenti kimi görməkdən məmnunam KONKRET

Ciorcia Meloni: Azərbaycanı COP29un Prezidenti kimi görməkdən məmnunam KONKRET

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Mən Azərbaycanı sülh naminə iqlim təşəbbüsünün bir hissəsi kimi qiymətləndirilən COP29-un Prezidenti kimi görməkdən çox məmnunam.

KONKRET.az AZƏRTAC-a istinadən bildirir ki, bunu İtaliyanın Baş naziri Ciorcia Meloni Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasındakı (COP29) çıxışında deyib.

COP29-a görə Azərbaycana təşəkkürünü bildirən Ciorcia Meloni Sammitin qlobal temperatur artımını 1,5°C daxilində məhdudlaşdırmaq səylərinə daha da təkan vermək məqsədilə keçirildiyini xatırladıb: “Dubayda qarşımıza iddialı məqsədlər qoyduq: 2030-cu ilə qədər qlobal miqyasda bərpaolunan enerji istehsalını üç dəfə və enerji səmərəliyinin artım sürəti iki dəfə artırmaq. Bu məqsədlərə çatmaq istixana qazları emissiyalarından başlayaraq hər kəsin əməkdaşlığını və adekvat maliyyə dəstəyini tələb edir. COP29 zamanı yeni iqlim maliyyəsi hədəfini qəbul etməyə çalışacağıq. Dəyərli kompromis əldə etmək üçün məsuliyyətlərin bölüşdürülməsi, inkişaf etmiş, inkişaf etməkdə olan ölkələr və iqtisadiyyatlar arasında fikir ayrılıqlarının aradan qaldırılması tələb olunur”.

Baş nazir ölkəsinin öz üzərinə düşəni davam etmək niyyətində olduğunu diqqətə çatdırıb. “İqlim Fondumuzu artıq 4 milyard avrodan çox hissəsi Afrikaya ayırırıq, “Yaşıl İqlim” Fondu və İtki və Zərərlərə Cavab Fondu kimi təşəbbüsləri dəstəkləməyə, eyni zamanda, çoxtərəfli inkişaf banklarının cəlb edilməsini təşviq etməyə davam edəcəyik. Lakin dekarbonizasiyanın istehsal və sosial sistemlərimizin davamlığını nəzərə alması eyni dərəcədə prioritetdir. Təbiəti insanla qorumalıyıq. Bu məsələdə çox ideoloji və praqmatik olmayan yanaşma bizi uğura aparan yoldan çıxarmaq riski daşıyır. Texnoloji neytrallıq düzgün yanaşmadır, çünki hazırda qalıq yanacaq təchizatına vahid alternativ yoxdur. Realist qlobal dünyagörüşünə malik olmalıyıq. 2030-cu ilədək dünya əhalisi 8,5 milyarda çatacaq və növbəti onillikdə qlobal ÜDM iki dəfə artacaq. Bu, süni intellektin inkişafına artan tələbatı nəzərə alaraq enerji istehlakını artıracaq”, – deyə o əlavə edib.

Ciorcia Meloni bildirib ki, keçid prosesini gücləndirmək üçün balanslaşdırılmış enerji qarışığına ehtiyac var: “Bütün mövcud texnologiyalardan istifadə etməliyik. Təkcə bərpaolunan mənbələr deyil, həm də qaz, bioyanacaq, hidrogen, CO2-nin tutulması və gələcəkdə təmiz, təhlükəsiz və hüdudsuz enerji istehsal edə bilən nüvə sintezi. İtaliya nüvə birləşməsində ön sıralardadır. G7-yə sədrliyimiz çərçivəsində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin təşkilatçılığı ilə Ümumdünya Termo Nüvə Enerjisi Qrupunun birinci nazirlər iclasını təşkil etdik.

Gəlin qlobal Şimal və qlobal Cənub arasında əməkdaşlıq imkanlarını artırmaq üçün yeni enerji diplomatiyası üzərində çalışaq. Bizim talelərimiz bir-birinə bağlıdır və enerji əlaqələrindən böyük imkanlar əldə edə bilərik. Bu səbəbdən iqlim-enerji əlaqəsi bizim Afrika üçün “Mattei Planı”mızın, İtaliyanın həyata keçirdiyi həmyaşıdlar arası əməkdaşlıq strategiyasının sütunlarından biridir”.

“Hər bir COP kimi, bunun uğurlu və ya uğursuz olacağını müəyyən etmək bizdən asılıdır. Biz bilirik ki, göstərdiyimiz səylərin nəticələrindən şəxsən faydalanmaya bilərik. Amma vacib olan bu deyil. Mən anayam və bir ana olaraq heç nə mənə qızıma və onun nəslinə daha yaxşı yerdə yaşamağa imkan verəcək siyasətlərlə çalışmaqdan daha çox məmnunluq vermir”, – deyə Baş nazir əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:251
embedMənbə:https://konkret.az
archiveBu xəbər 13 Noyabr 2024 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri