Icma.az
close
up
RU
“Çirkin içində idilər”: Tanınmış bloger uşaq evində gördüklərindən şoka düşdü VİDEO

“Çirkin içində idilər”: Tanınmış bloger uşaq evində gördüklərindən şoka düşdü VİDEO

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Nur” uşaq evində tərbiyəçi və dayələrin kimsəsiz uşaqlara qarşı xoş olmayan münasibət sərgilədiyi iddia olunur.

"Cebheinfo.az" Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə ad gününü sözügedən uşaq evində qeyd edən bloger İlahə Mikayılova sosial şəbəkə hesabında paylaşım edib.

Blogerin sözlərinə görə, ziyarət zamanı müəssisə əməkdaşları onları rahat buraxmayıb, sanki düşmən kimi davranıblar. Eyni zamanda uşaqlar üçün gətirilən yeməklərin hamısı paylanmayıb:

“Dünən oradan bu qədər pis təəssüratla qayıdacağımı düşünmürdüm. Hansı birini deyim, bilmirəm… Ərzaqlar çox idi. Biz 20 pizza gətirmişdik. Axı balaca uşaqlar nə qədər yeyə bilər? Buna baxmayaraq, 10-dan çox pizza mətbəxdə qaldı, 1 metrlik tort var idi. Müəllimin mandarin soya-soya içəri girib “bu gün bayramdır” deməsi isə çox xoş olmayan görüntü idi.

Elə davranırdılar ki, sanki, tez bitsin, gedək. Saat 8 olmamış uşaqları yığıb apardılar. Uşaqlarla oturmaq, tortu birlikdə kəsmək imkanımız olmadı. Qətiyyən bizi rahat olmağa qoymadılar. Sanki biz düşmənik, nəyik. Daim fikrim onlarda idi ki, bunlar niyə belə edir. Yemək-içmək, hər şey bol idi, hər şey qaydasında. Sadəcə uşaqların o vəziyyətdə olması və həyətə çıxarkən ağlaşma…”

Bloger əlavə edib ki, uşaqların bir çoxunun əl-üzünün çirkli olması da mənfi təsir bağışlayıb:

“Bu insanlar maaş alırlar. Buna baxmayaraq, uşaqların vəziyyəti ürəkaçan deyildi”.

O bildirib ki, uşaqlar saat 8-dən sonra otaqlara aparılıb və tortun uşaqlar tərəfindən yeyilmədiyi halda, sonradan yarımçıq vəziyyətdə şəkli ona göndərilib.

“Rəhbərliyə axşam telefonla bildirdikdə dedi ki, mən onları danlamışam. Hər nə isə, ora bir də gedəcəyəm, heç ürəyimcə olmadı. İşçilərin davranışını heç bəyənmədim. Axşam rəhbərlik mənə 1 metrlik tortun şəklini göndərib. Təbii ki, orada işləyənlər tortu dadmalıdırlar, amma onu birinci uşaqlar dadmalı idi. Bütün uşaqları 8-dən yuxarı qaldırıblar ki, tortu sabah yeyəcəklər və mənə yarımçıq tort şəkli göndəriblər. Bəs o boyda tortu kim yedi?? Mən onu gətirmişdim ki, uşaqlar dadsın. Onu o vaxt dada bilərdiniz ki, uşaqlar yeyəndən sonra… O uşaqlar ki, torta baxa-baxa getdi, onu dadmağa haqqınız yox idi, o sizə halal olmaz.

Ora o qədər yardımsevər insanlarımız ərzaq göndərir ki… düşünürəm ki, bəziləri harınlaşıb. Rəhbərlik deyir, yaxşı maaş da alırlar. Mənim ürəyimdə qaldı o tortdan uşaqlar sabah necə dadacaqlar. Uşaqlar da gözü tox idi, amma imkan vermədilər dadsınlar”.

Bloger sonda qeyd edib ki, uşaq evinin direktoru Aynurə xanımla danışıq zamanı ona vəziyyəti izah edib:

“Bir ifadə işlətdi ki, “balıq başdan iylənər”. Məncə, bu çox düzgün ifadə idi. Dedi, mən Rusiyada oldum deyə bəzi şeylər baş verib, gəlib töhmət verdim, ona görə bu işçilər belə əsəbidirlər. “Siz gələn dəfə gəlin, mən də burada olacağam, onda fərqi görün”. Təbii ki, əminəm o fərqi görəcəyəm. Amma məsələ Aynurə xanım orada olmayanda baş verən davranış şəklidir. Olmayanda bu cürmü olurlar? Bu cürmü davranırlar?”

Məsələ ilə bağlı "Nur Uşaq Evi"nin direktoru Bakupost.az -a açıqlamasında səslənən iddiaları təkzib etdi:

"Mən öncə bloqerlə, daha sonra işçilərlə danışdım. Onlar bildirirdilər ki, burada deyilən hallar baş verməyib.

Xanım deyir ki, gətirdiyim tortu uşaqlara vermədilər. İşçilərim dedi ki, artıq onlar yemək yetib doyduqları üçün tortu yeyə bilmədilər. Bizdə də ziyarət saat 7-yə kimidir. 7-dən sonra işçilər çıxdığına görə, sadəcə gecə dayələri qalır və onlar da qonaq qəbul edə bilmirlər. Xanım da 8-ə qalmışa kimi burada qalıb. İşçilər bildirib ki, artıq çıxmalıdır, xanım da deyib ki, mən böyük uşaqlarla söhbət etmək istəyirəm. O uşaqlar da həm hazırlıqda olub, həm də iş vaxtı bitmək üzrə idi. Camaatın da ailəsi var. Mən bunları bilmirdim, birinci blogger xanımla danışdım, sonra məsələni işçilərlə müzakirə etdim. Mənə işçilərimin dediyini deyirəm.

Uşaqlara kobud davranış məsələsinə gəlincə, burada 3 yaşına qədər olan uşaqların anaları var, yuxarıı olanlar isə kimsəsizdir. Analı olanlar ayrı saxlanılır ki, digər uşaqlar görüb pis olmasın. İndi kiminsə anası uşağına qışqırıb, bunlar da eşidib, deyiblər ki, işçilər uşağa kobud davranıb. İşçilər orada olmayıb. Hətta bir ana var, 7 uşağı ilə burada qalır. Qışqıranlar uşaqların öz anası olub.

Tortun yarımçıq olması məsələsinə gəlincə, işçilər yeməyib. Böyük uşaqlar axşam saat 10-11-də hazırlıqdan gəliblər, onlar yeyiblər".

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Fevral 2026 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see660

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see275

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see250

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see229

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see219

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see210

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see187

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see187

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see183

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see170

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see166

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see159

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see155

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see153

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see151

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see146

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see146

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see145

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see139

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri